Facebook Twitter WhatsApp

Sağlamlıq bir nemətdir

Sual: Heç xəstə olmamaq, hər zaman sağlam olmaq pisdirmi?

CAVAB

Heç xəstə olmamaq, hər zaman sağlam olmaq pis deyildir. Cənabı Haqq dünya səadətini də istəməyimizi əmr edir: “Ey Rəbbimiz, bizə dünyada və axirətdə də həsənə ver!” [Bəqərə 201] [Həsənə - yaxşılıq, gözəllik, səhhət və sağlamlıq içində xoşbəxt yaşamaqdır.]

Hər Peyğəmbər bəladan Cənabı Haqqa sığınmış, dünya və axirət gözəlliyi istəmişdir. Allahu təala, “iman edib, saleh əməl edərsəniz, sizə dərd-bəla və qorxu vermərəm, məyus etmərəm” buyurdu. O halda, bir kimsədə iman, saleh əməl və səhhət varsa, ən böyük səadət və sultanlıqdır. Səhhətin əhəmiyyəti haqqındakı hədisi-şəriflərdən bir neçəsi belədir:

“Duanın üstünü, dünya və axirətdə Rəbbindən əfv və afiyət (sağlamlıq) istəməkdir. Əfvə və afiyətə qovuşan, dünya və axirətdə qurtuluşa çatmışdır.” [Tirmizi]

“İxlasdan sonra, afiyətdən yaxşısı yoxdur. O halda Allahu təalandan afiyət istəyin!” [Nəsai]

“Səhhət, müttəqı (təqva əhli) olana, zənginlikdən xeyirlidir.” [Müslim]

“Səyahət edin ki, sağlamlığa qovuşasınız.” [Şirə]

“Oruc tutun ki, səhhətə qovuşasınız.” [Tabərani]

“Ya Rəbbi, bədənimə, qulağıma, gözümə səhhət ver!” [Tərqib]

“Ya Rəbbi, səhhət, afiyət və gözəl axlaq ver.” [Həraiti]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину