Facebook Twitter WhatsApp

Şəfalı bitki, tərəvəz və meyvələr

Sual: Hədisi-şəriflərdə tövsiyə edilən tərəvəz və meyvələr haqqında bilgi verərsinizmi?

CAVAB

Bəziləri bunlardır:

Kişmiş, ödü qovar, bəlğəmi sökər, sinirləri qüvvətləndirər və sıxıntını aradan qaldırar.” [Əbu Nuaym, Deyləmi]

“Qovun qarpızda on xüsusiyyət vardır: Yemək, içmək, qoxu, meyvə, çögən, sidik kisəsini yuyar, qarnı təmizləyər, daxili xəstəliklərə qarşı faydalıdır və dərini təravətləndirər.” [Deyləmi, İ.Rafii]

“Yeməklərdən əvvəl qovun, qarpız yemək şəfadır.” [İ.Asakir]

“Zeytun yağı 70 dərdə dəvadır.” [Əbu Nuaym, Deyləmi]

“Zeytun yağı ilə müalicə hemoroidə faydalıdır.” [Tabərani, Əbu Nuaym]

“Zeytun yağı ilə müalicə olun.” [Hakim]

“Zeytun yağını yeyin və onunla yağlanın. O, mübarək, bərəkətli bir ağacın meyvəsindən çıxar.” [Tirmizi, İbni Macə]

“Sarmısaq yeyin və onunla müalicə olun. Çünki o, 70 dərdə dəvadır. Əgər mənə mələk gəlməsəydi, əlbəttə mən də yeyərdim.” [Deyləmi, Tirmizi, Hakim]

“Soğan, sarımsaq yemək haram deyildir. Fəqət, qoxusu getmədən məscidimizə yaxınlaşmayın!” [İbni Huzeymə]

“Balqabaq beyni bəsləyər, ağlı artırar.” [Deyləmi, İ.Münavi]

“Balqabaq baş ağrısına yaxşıdır. Mərciməyə 70 Peyğəmbər dua etmişdir.” [Nəsai, Müslim, Təbərani, Deyləmi, İ.Qəzali]

Həzrəti Ənəs deyir: “Rəsulullahın şorba içində balqabaqları yığıb yediyini gördüyümdən bəri balqabağı sevirəm.” [Buxari, Müslim, Muvatta, Əbu Davud, Tirmizi]

“Yeməklərin seyyidi [üstünü] ət və düyüdür.” [Tirmizi, Hakim, Əbu Nuaym]

“Acvə xurması zəhərə qarşı, kümə göbələyinin suyu gözə şəfadır.” [Buxari, Tirmizi, Nəsai, İbni Macə, İ.Əhməd, Deyləmi, İ.Münavi]

Lohusa (yeni doğuş etmiş) qadın xurma yeyərsə, uşaqlar sakit olar. Həzrəti İsanın doğumunda Həzrəti Məryəm xurma yedi. Daha yaxşısı olsa idi Allahu təala onu verərdi.”  [Hatib]

Lohusa qadına təzə xuma, xəstəyə bal kimi şəfalı bir şey yoxdur.” [Əbu Nuaym]

“Göbələk suyu gözə şəfadır.” [Buxari, Müslim, Tirmizi, Nəsai, İbni Macə, İ.Əhməd, İbni Meniy, Z.Makdisi]

“Əncir qulunca faydalıdır.” [Deyləmi]

“Çörək otundan istifadə edin. Çünki onda ölümdən başqa hər dərdə şəfa vardır.” [Əbu Nuaym]

Rəsulullah xəstə olanda bir ovuc çörək otunu ağzına qoyub bal ilə su içərdi. (Hatib)

“Çörək otu dərdlərə şəfadır.” [İbni Sünni]

“Zəmzəm və çörək otu hər dərdə şəfadır.” [Deyləmi, İbni Sünni]

“Zəmzəm içənin niyyətinə görə şəfa verər, susuzluğu aradan qaldırmaq üçün içənin susuzluğunu aradan qaldırar. Şərdən qorunmaq üçün içən şərdən qorunar. Aclığı aradan qaldırmaq üçün içəni doyurar, xəstəliyə qarşı içənə şəfadır.” [Hakim]

“Yeməyə duzla başlamaq və bitirmək 70 xəstəliyə şəfadır.” [R.Nasıhin]

“İnək südü şəfa, yağı dərmandır.” [Beyhəqi]

“Südlü qidalar xəstənin qəlbini fərahlandırar.” [Şirə]

“Süd içən hamilənin oğlu olarsa qəlbi təmiz, qız olarsa gözəl olar.” [Əbu Nuaym]

Sual:Bitki mənşəli qidalar yemək yaxşıdırmı?

CAVAB

Bitki mənşəli qidalar yemək əlbəttə çox yaxşıdır. İbrahim Nəhai həzrətləri, Bitki mənşəli qida olmayan süfrə ağılsız qocaya bənzəyər” buyurur. “Mal və övladının çox olmasını istəyən, bitki mənşəli qida çox yesin” buyurulmuşdur. Süfrəyə bitki, yaşıllıq qoymaq müstəhəbdir. “Bitki mənşəli qida, yaşıllıq olan süfrədə mələklər də hazır olar” buyuruldu.

Cənabı Haqq heç bir otu səbəbsiz, lüzumsuz yaratmamışdır. Hər meyvə, tərəvəz və bitkinin müxtəlif faydaları vardır. Bir neçəsinin faydası belədir:

Çörək otu, müxtəlif xəstəliklərə şəfa verər. Çörək ilə yeyilərsə ağrıları aradan qaldırar, baş ağrısını dindirər. Qarın ağrısına, üşüməyə qarşı faydalıdır. Unutqanlığı aradan qaldırar. Aybaşı qovucu və qanı duruldur. Ayrıca, hemoroid xəstəliyinə qarşı faydalıdır. Gözü qüvvətləndirər, görmə qüsurunu önləyir. 

Əncir, gözəl bir meyvə, lətif bir qidadır. Həzmi asan, faydası çox olan bir dəvadır. Qəlbə fərahlıq verər, quluncu, həzm orqanı ağrılarını aradan qaldırar. Qəbizliyi önləyir, bəlğəmi əridər, böyrəkləri təmizləyər, sidik kisəsindəki qumları yox edər. Qaraciyər və dalağın tıxanan dəliklərini açar, hemoroidi yox edər, şişə, rematizmaya qarşı faydalıdır. Hər səhər ac qanına bir dənə yemək lazımdır.

Heyva, qəlbdəki sıxıntını aradan qaldırar, mədəni qüvvətləndirər, sidiq qovucudur, zəifliyi önləyər, həzmi asanlaşdırar, ürək bulanmasını kəsər, fəqət dişlərə və bağırsaqlara zərərlidir. Hamilə ikən heyva yeyənin uşağı gözəl olar. Kompotu uşaq ishalında çox təsirlidir.

Armud, mədəni qüvvətləndirər, həzmi asanlaşdırar, fərahlıq verər. Bağırsaq parazitinə də təsirlidir. 

Alma, ağıl pozuqluqları və tənəffüs yolları xəstəliklərini azaldar, diş çürüməsini önləyər.

Kişmiş, sinirləri qüvvətləndirər, öd açar, bəlğəmi sökər, yorğunluğu aradan qaldırar, ağız qoxusunu aparar, zehni açar. Fıstıqla birlikdə yeyilərsə, yaddaşı qüvvətləndirər. Çörəklə yeyilməyə davam edilərsə, xəstələnməni önləyər.

Qovun, qarpız böyrəkləri və mədəni təmizləyər, baş ağrısını aradan qaldırar. Qurdları salar. Gözlərə qüvvət verər, iştah açar.

Kərəviz, yaddaşı qüvvətləndirər, unutqanlığı aradan qaldırar, sidik qova, qaraciyəri təmizləyər, köpü aradan qaldırar, qan və süd əmələ gətirər. Toxumları sidik tutulmasına yaxşı gələr.

Balqabaq, beyni və ağlı qüvvətləndirər.

Nar, mədəni təmizləyər, sinəni yumşaldar, öskürəyə yaxşı gələr. Ürək döyünmələrinə yaxşıdır. Qabığı ilə birlikdə sıxılıb içilərsə, öd qovar, qəbizliyi aradan qaldırar. 

Sirkə, ödü qovar, bəlğəmi kəsər, şəhvəti qırar.

Ənginar, öd daşını əridər, qanı təmizləyər, damar sərtliyinə yaxşı gələr. Beyinə qüvvət verər. Tər qoxusunu da aradan qaldırar. 

Bir məmləkətə gələnin əvvəl bir az çiy soğan yeməsi səhhətə yaxşıdır. Soğan mikroblara qarşı gücü artırar. Soğandan sonra kərəviz yeyilərsə, pis qoxusunu aradan qaldırar.

Turp, sidik qovar, həzmi asanlaşdırar, sarılığı aradan qaldırar, gözə qüvvət verər. Rəndələnən qara turp sıxılar, suyu aç ikən bir çay stəkanı bir neçə gün içilərsə, böyük-kiçik hər daşı əridər.

Kök,  qansızlığa, qəbizliyə yaxşı gələr. Göz və dəri xəstəliklərini önləyər. 

Limon, içində C vitamini olduğu üçün, skorbüt və qanamalarda, soyuğa qarşı və yorğunluqda, rematizm, ruh xəstəliklərində faydalıdır. Qreypfrutun faydası daha çoxdur.

Sarımsaq, sayıla bilməyəcək qədər çox faydası olan super bir bitkidir. Soyulmuş bir ovuc sarımsaq, axşam bir litr süd ilə, jele halına gələnə qədər qaynadılar, nəmlənməsi üçün səhərə qədər bağçada buraxılar. Süd qisimi aç ikən [bir və ya bir neçə dəfədə] içilərsə xərçəngə yaxşı gələr. Bu işə bir həftə davam edilə bilər.

Qüdrət narı (acı qovun), mədə xorasına qarşı çox yaxşı dərmandır. İki ədədi doğranıb, şüşədəki bir litr zeytun yağına qoyular. Şüşəni günəş altında saxlanılır. Bir ay sonra səhərləri aç ikən bir xörək qaşığı içib, bir saat hərəkətsiz kürək üstü yatılar.

Şaftalı tumunun içi, 3-5 dənəsi səhərləri ac qarnına yeyilərsə, hemoroidə çox faydalıdır. Bir ay qədər davam etmək lazımdır.

Hemoroid üçün 50 qr qara hili tozunu səhər ac ikən və yatarkən bir qram içilir. Hədisi-şərifdə “Qara hil acı isə də hər dərdə dəvadır” buyuruldu. (Hakim)

Hər meyvə və hər yeməyi çox yemək zərərlidir. Yeyib içmə bilgisini öyrənmək, ibadət bilgisini öyrənməkdən əvvəl gəlir. Hədisi-şərifdə “Xəstəliklərin başı çox yeməkdir. Dərmanların başı pəhrizdir”, buyuruldu. (S.Əbədiyyə)

Böyrək daşına qarşı təsirli dərman

Sual: Böyrəkdəki daş və qum üçün həkimdən başqa bir tövsiyəniz vardırmı?

CAVAB

Qara turpun suyu sıxılır. Ac ikən bir çay stəkanı bir neçə gün içilir. Böyük, kiçik daşları əridər. Təcrübə edilmişdir. Böyrək daşını parçalamaq üçün qarpızın suyu içilir. Göbələk, qaymaq, ağ pendir, balıq, jele və südlü şeylər böyrəklərdə daş və qum əmələ gətirir. Bunları yeməmək lazımdır. Duzlu, əhəngli su içməmək lazımdır. Bayat ət, mal əti, düyü yeməkləri qadağandır. Qara noxudun suyu, darçın suyu, cirə, zirə, yeyilər və ya suları içilərsə və çəmən çörək ilə yeyilərsə, böyrəkdəki və sidik kisəsindəki daşları parçalayıb tökər.

Səhərləri ac ikən bir xörək qaşığı badam yağı içmək böyrək və sidik kisəsi daşlarını salar. Bir fincan zeytun yağı içmək də qumları tökər.

Sual: Meyvə yeməkdən sonra yeyilir?

CAVAB

Adətə və şəxsin vəziyyətinə görə dəyişər. Əvvəl də, sonra da yemək arasında da yeyilər. İmam Qəzali həzrətləri yeməkdən əvvəl yeməyi tövsiyə edir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину