Sual: Qız uşağı olanda kədərlənənlər olur. Qız uşağının dinimizdəki yeri nədir?
CAVAB
Qız uşağı olanda kədərlənmək, hətta ananı günahlandırmaq doğru deyil.
Qurani-kərimdə məalən, “Allah istəyəndə qız, istəyəndə oğlan uşağı bəxş edər. Kiməsə həm oğlan, həm qız uşağı verər, istəyəndə də qısır edər. Hər şeyi haqqı ilə bilən və hər şeyə gücü çatan, ancaq Allahdır”, buyuruldu. (Şura 49,50)
Peyğəmbər əfəndimiz, “Qız uşaqlarını xor görməyin” buyurdu. Xor görmək dini bilməməkdən irəli gəlir. Xeyirli övlad istəmək lazımdır. Xeyirli olmadıqdan sonra qız və ya oğlan olsa da nə fərq edər ki?
Dinimizdə qadının və qız uşaqlarının fəziləti böyükdür. Hədisi-şəriflərdə buyuruldu ki:
“Qızlarınızı qızıl və gümüş ilə bəzəyin! Paltarları gözəl olsun! Etibar qazanmaları üçün ən gözəl hədiyyələrlə sevindirin!” [Hakim]
“Qız uşağını gözəl tərbiyə edib, Allahu təalanın verdiyi nemətlərlə bolluq içində yedirər, geydirərsə o qız uşağı onun üçün bir bərəkət olar, Cəhənnəmdən azad olub, rahat Cənnətə girməyinə səbəb olar.” [Tabərani]
“İki qız övladına gözəl rəftar edən, mütləq Cənnətə girər.” [İbni Macə]
“İki qızı və ya iki bacısı olub, ehtiyaclarını gözəl qarşılayanla Cənnətdə bərabər olarıq.” [Tirmizi]
“Bazardan aldığı şeyləri oğlan uşaqlarından əvvəl qız uşaqlarına verənə Allahu təala rəhmətlə nəzər edər. Allahu təala rəhmətlə nəzər etdiyinə də əzab verməz.” [Haraiti]
“Bazardan novbar meyvə alıb evinə gətirən sədəqə savabı alar. Gətirdiyi meyvəni oğlan uşağından əvvəl, qız uşağına versin! Qadınları, qızları sevindirən Allah qorxusundan ağlayanlar kimi savab qazanar. Allah qorxusundan ağlayanın bədəni də Cəhənnəmə haram olar.” [İbni Adiy]
“Üç qızına ehtiyacdan qurtulana qədər yaxşı baxan, yedirib geydirən, əlbəttə Cənnəti qazanar.” [Əbu Davud]
“Üç qızının və ya bacısının dolanışıq və yaxud başqa sıxıntılarına qatlaşanı Allahu təala Cənnətə qoyar.” Əshabı–kiramdan biri “İki dənə də olsa, eynidirmi?” deyə sual edəndə, Peyğəmbər əfəndimiz “Bəli, iki dənə olsa da eynidir” buyurdu. Başqa biri “Əgər bir dənə olarsa?” deyə sual etdi. Cavabında buyurdu ki: “Bir dənə də olsa yenə eynidir.” [Hakim, Haraiti]
Göründüyü kimi qız və qadınlara dəyər verməyənlər müsəlmanlığı bilməyənlərdir. Müsəlman dinini yaxşı öyrənib, qadına layiq olduğu dəyəri vermək lazımdır!
Başlıq pulu deyilən pis adətin bir çox regiondan ləğv edildiyini eşidirik. Hələ də bəzi bölgələrdə davam edən bu adətin ləğv edilməsinə çalışmaq lazımdır.
Qız övladı qiymətlidir
Sual: Mirasda fərqli olduğu kimi, oğlan uşağı üçün iki, qız uşağı üçün bir əqiq heyvanı kəsilir. Bu övlad ayrı-seçkiliyi deyildirmi? Qız övladına niyə az dəyər verilir?
CAVAB
Dinimizdə qadın miras almağa möhtac deyildir. Onun bütün ehtiyaclarını əri, atası, qardaşı və əmi kimi yaxınları ona verməyə məcburdur. Baxacaq heç bir qohumu yoxdursa, onun ehtiyaclarını Beyt-ül-mal ödəyər. Qadın işləyib qazanmaq məcburiyyətində deyildir. Kişilərin bu çətin vəzifələrinə görə, mirasın hamısını almaq lazım olduğu halda, dinimiz qadınlara yenə də ikidə bir pay verdi. İki əqiq kəsmək yerinə bir əqiq kəsilməsi qızların fəzilətini göstərir. Yəni, qız üçün kəsilən bir əqiq, oğlan üçün kəsilən iki əqiq savabı qədərdir. Dinimiz qadınlara çox dəyər verir. Bir çox hədisi-şərif məalı belədir:
“Kimin qız uşaqları olar, onların sıxıntılarına qatlanar, yaxşı böyüdər və adətiylə evləndirərsə, bu qız uşaqları onun üçün Cəhənnəmə pərdə olar.” [Tirmizi]
“İlk uşağının qız olması qadının bərəkətindəndir.” [ İbni Asakir]
“Üç qız uşağını tərbiyə edib evləndirən və onlara yaxşılıq edən, Cənnətə gedər.” [Buxari]
Qadınlara, qızlara dəyər verməyənlər, Müsəlmanlığı bilməyən cahillərdir. Dinini bilən bir Müsəlman qız uşaqlarına və qadına layiq olduğu dəyəri verər. Üç hədisi-şərif məalı da belədir:
“Qadınlara ancaq alicənab və şərəfli olan dəyər verər. Onları ancaq pis və alçaq insanlar xor görər.” [İ.Asakir ]
“Allahu təaladan xeyirli övlad istədim. Mənə qız uşaqları ehsan etdi.” [ Şira]
“Qız uşaqlarını xor görməyin; çünki mən qızlar atasıyam.” [M. Cinan]
Peyğəmbər əfəndimiz qız atası olmaqla fəxr edir. Bu sübutlar qarşısında heç kim İslamiyyət qadınlara, qızlara dəyər vermir deyə bilməz.
Əvvəlki millətlər 300, 500, hətta 1000 il yaşayıb, ibadət edərdilər. Peyğəmbər əfəndimiz, “Ya rəbbi, mənim ümmətimin ömrü qısadır. Digər ümmətlər çox yaşadı, çox savab qazandı. Ümmətimin halı necə olar?” deyə sual etdiyi zaman, “Allahu təala, mən ümmətinə bir aydan daha xeyirli olan Qədir gecəsini verdim” buyurdu. Min ay, 83 il edər. 50 il ibadət edən bir müsəlman, 4000 ildən artıq ibadət etmiş kimi savab qazanır. Bu ümmətin az yaşaması, az ibadət etməsi bir faydasız kimi görünə bilməz. Ümmətin az ibadəti, digər ümmətlərin çox ibadətindən üstün olduğu kimi, qız uşağı üçün kəsilən bir əqiq, oğlan uşağı üçün kəsilən iki əqiqə bərabər gəlir. Dinimiz qız övladları üçün bu rahatlığı bildirmişdir. Bu da qız uşaqlarının dəyərini göstərir.
В корзине: 0 шт.
на сумму: 0