Facebook Twitter WhatsApp

Uşağın tərbiyəsində ilk şərt

Sual: İki uşağımız var. Biri qız, biri oğlan. Yetkinlik dövrünə çatdılar. Ancaq son bir, iki ildir çox dəyişdilər, əsəbi oldular, nəsihət qəbul etmirlər, cavab qaytarmağa, bizi danlamağa belə başladılar. Bunun üçün həyat yoldaşımla bərabər uşaq tərbiyəsi kitablarını oxuduq, bunlar yetkinlik dövründə normal imiş, sevgi və şəfqətlə yanaşmalı, onlarla dost kimi olmaq lazım imiş. Bunu da sınadıq, ancaq dəyişən bir şey olmadı. Sizin bir tövsiyəniz varmı?

CAVAB

     Diaqnoz düzgün edilməzsə müalicə də həm səhv, həm də nəticəsiz olar. Bir uşaq həddi-büluğa çatanda, yəni yetkinlik çağına gələndə mükəlləf olar, yəni dinimizin əmr və qadağalarına məsul olar. İmanın şərtlərini, yəni Aməntünü mənasıyla bərabər bilib söyləməyi, İslamın beş şərtinə inanması, lazım olanları etməsi  fərz olar. Qüsul və dəstəmaz alması, namaz qılması fərz olar. Ata-analar və gənclər buna diqqət etməzsə,  günaha girdikləri kimi, həm də rahatlıq görməzlər.

     Yetkinlik dövründəki gənclərdə problemlərin əsas səbəbi, bəlkə imanlarının olmaması, varsa qüsul etməməkləri və namaz qılmamalarıdır. Uşaq həddi-büluğa çatanda  bunları bilməzsə, inanmazsa, bəyənməzsə mürtəd olar. Buna səbəb olan ata-ana da mürtəd olar.

      Yəni, müsəlman olanın və ya həddi-buluğa çatan uşağın əvvəl Kəlimeyi-şəhadət söyləməsi və bunun mənasını öyrənib, inanması lazımdır. Bundan sonra Əhli-sünnət alimlərinin kitablarında yazılı olan etiqad, yəni iman etmək lazım olan bilgiləri öyrənib, bunlara inanmağı lazımdır.

     Sonra, Əhli-sünnətin dörd məzhəbindən birinin kitablarında yazılmış fiqh bilgilərini, yəni İslamın beş şərtini və halal, haram olan şeyləri öyrənməyi, bunlara inanmağı, uyğun yaşamağı lazım olar. Bunları öyrənmək və əməl etmək lazım olduğuna inanmayan, əhəmiyyət verməyən mürtəd olar. Yəni, kəlimeyi-şəhadət gətirərək müsəlman olduqdan sonra, təkrar kafir olar.

     Nikahlı müsəlman bir qız yetkinlik yaşına çatdığı zaman Müsəlmanlığı bilməsə nikahı pozular. Yəni, mürtəd olar. Allahu təalanın sifətlərini ona bildirmək lazımdır. O, da təkrar etməli və (bunlara inandım) deməlidir. (Dürrül-muxtar)

     İbni Abidin həzrətləri bunu açıqlayarkən deyir ki:

     Qız kiçik ikən Ata-anasına tabe olaraq müsəlmandır. Həddi-buluğa çatanda ata-anasının dininə tabe olması davam etməz. İslamiyyəti bilməyərək həddi-buluğa çatınca mürtəd olar. İman ediləcək şeyləri eşidib inanmamış kimsə kəlimeyi-təvhid söyləsə, yəni “Lə iləhə illəllah, Muhammədün rasullalah” desə, müsəlman olmaz. Aməntüdə olan altı əsasa inanan və “Allahu təalanın əmrlərinin və qadağalarının hamısını qəbul etdim, bəyəndim” deyən kimsə müsəlman olar.

     Hər müsəlman uşaqlarına Aməntünü əzbərlətməli, mənasını yaxşıca öyrətməlidir! Uşaq bu altı əsası öyrənməz və inandığını söyləməzsə həddi-buluğa çatdığı zaman müsəlman olmaz, mürtəd olar.

     Sadəcə Allaha inandım demək bəs deyildir. Aməntüdə bildirilən altı əsasdan birini, məsələn, təqdiri inkar edən kafir olar, bütün yaxşı əməlləri yox olar. [Rədd-ül-Muxtar]

     Hər müsəlmanın birinci vəzifəsi övladına İslamiyyəti və Qurani-kərimi öyrətməkdir. Övlad nemətinin qiyməti bilinməsə əldən gedər. Bunun üçün Pedaqoji [uşaq tərbiyəsi] dinimizdə çox qiymətli bir elmdir. İslam dininə qarşı olanlar bu vacib nöqtəni başa düşdüklərinə görə “Birinci hədəfimiz gəncliyin ələ keçməsi və onların dinsiz olaraq yetişdirilməsidir” deyirlər.