Sual: Uşaq doğulanda nələr etmək lazımdır?
CAVAB
Yeddinci günü ad qoymaq və saçını qırxıb, saçının ağırlığı qədər qızıl və ya gümüş sədəqə vermək və imkan daxilində əqiq heyvanı kəsmək müstəhəbdir. (S.Əbədiyyə)
Saçını qırxmadan təxmini olaraq verilə bilər. Qızıl və gümüş yerinə kağız pul verilsə və yeddinci gündən sonra da verilsə olar.
Sual: Dinimizdə oğlan uşağı daha məqbuldur?
CAVAB
Xeyr, qız uşağı daha məqbuldur.
Sual: Övladımı rədd edə bilərəmmi?
CAVAB
Ata, ağıllı-yetkin olan oğlundan cavabdeh olmağı rədd edə bilər. Övladlıqdan rədd deyə bir şey yoxdur. Əmri-məruf etməyi, tövbəsini, ziyarətə gəlməsini, hədiyyəsini və varis olmasını rədd edə bilməz. Rədd etdim desə də etibarlı deyildir.
Sual: Uşaq nə zamana qədər əmizdirilər?
CAVAB
Uşağı altı aya qədər ana südü ilə bəsləmək kafidir. Uşaq yeməyi yeyə biləcək hala gələnə qədər əmizdirmək vacib, bundan sonra iki yaşına qədər müstəhəb, iki yaş yarıma qədər isə caizdir. Bundan sonra əmizdirməsi günahdır. (Rədd-ül Muxtar)
Sual: Neçə yaşına gələn qız uşağının otağını ayırmaq lazımdır?
CAVAB
On yaşına gələn qız və oğlan uşağının yataq otağını bir-birindən və ana-atanın otağından ayırmaq lazımdır. (Hədiqə)
Sual: Uşaq, xanım (həyat yoldaşı) və mala fitnə deyilərmi? Fitnə nə deməkdir?
CAVAB
Fitnə imtahan deməkdir. Anarxiya, fitnə-fəsad, günah, şirk, bəla, düşmən və daha başqa mənalara da gələr. Mal, xanım və uşaqlar xeyirli olmazsa bəla olar, fitnə olar. Hədisi-şərifdə də buyuruldu ki:
“Ya Rəbbi, məni sevənlərə xeyirli mal ver! Mənə düşmənlik edənlərə də çox mal, çox övlad ver!” [İbni Asakir]
Uşağı və malı olan imtahan içindədir. İmtahanı qazanmazsa başı bəlaya girər, Cəhənnəmə gedər. Mal, uşaq və xanım cihad, namaz kimi ibadətlərdən ayıra bilər. Qurani-kərimdə məalən buyurulur ki:
“Ey iman edənlər, xanımlarınız və uşaqlarınızdan sizə düşmən olanlar vardır. Onlardan çəkinin!” [Təqabun 14]
“Mallarınız və uşaqlarınız sizin üçün əlbəttə bir fitnədir.” [Təqabun 15]
Buradakı fitnə də imtahan və bənzəri mənalardadır.
İnsan, ümumiyyətlə malından yaxşı yolda istifadə etməz. Bu baxımdan malı onun üçün düşmən olar. Əslində mal qılınc kimi bir nemətdir. Yaxşı istifadə edilməzsə sahibini kəsər. Övlad da bir nemət ikən, yaxşı tərbiyə edilməzsə, ana-ataları ilə birlikdə Cəhənnəmə gedər. Nemət düşmən olar. Əksəriyyət bu imtahanı qazanmadığı üçün mala, xanıma və övlada fitnə, düşmən kimi təbirlərdən istifadə edilmişdir. Məsələn, Şotlandlar ümumiyyətlə xəsis olduqları üçün, hər Şotlanda xəsis gözü ilə baxılır. Bəlkə də içlərində çox comərd olanları da vardır. Kaysərililər gözü açıq olaraq bilinir. “Oxumaq-yazmaq bilmirəm amma Kaysəriliyəm” deyilir. Kaysəridə gözü açıq olmayan da vardır. Hökm əksəriyyətə görə verilər. Peyğəmbər əfəndimiz, “Zənginləri və qadınları Cəhənnəmdə gördüm” buyurmuşdur. Halbuki Cənnətə gedəcək zənginlər və qadınlar çoxdur. (Ramuz)
Sual: Uşaqlara böyüklərin əllərini öpdürmək caizdir?
CAVAB
Salehlərin əlini öpməyə alışdırmaq lazımdır. Məndubdur.
Sual: “Uşaqlarım böyüyüncə kafir olacaqsa, indidən ölsün” demək caizdir?
CAVAB
Caizdir. Həmişə xeyir-dua etməyə çalışmaq lazımdır!
Sual: Ərimdən ayrıldım. Ondan olan oğlumu on yaşına qədər böyütdüm. Pis olduğu üçün atasını tanıtmadım. Günah oldumu?
CAVAB
Bəli.
Sual: Ərimin ilk xanımından olan 5 yaşındakı uşağını evə qoymamağa haqqım varmı?
CAVAB
Kiçik olduğu üçün haqqınız yoxdur.
Sual: Cəmiyyətdə atası bilinməyən uşaqlar gün keçdikcə çoxalır. Ana-atalarının günahları bu uşaqlara da yazılır?
CAVAB
Vələdi-zinanın çoxalması qiyamət əlamətidir. Hədisi-şərifdə buyuruldu ki:
“Axır zamanda vələdi-zina çoxalar.” [Tabərani]
Kafir uşaqları belə günahsız doğular. Ana-atanın günahını uşağı çəkməz. Hədisi-şərifdə buyuruldu ki:
“Vələdi-zina atasının günahını çəkməz. Heç kim digərinin günahını daşımaz.” [Hakim]
Qurani-kərimdə də məalən buyuruldu ki:
“Bir kimsə digər kimsənin günahını çəkməz.” [Nəcm 38]
Uşağı süddən ayırmaq
Sual: İki yaşına girmək üzrə olan uşaqları Üç aylarda süddən ayırmaq və bir dəfə ayırdıqdan sonra təkrar süd vermək haramdırmı?
CAVAB
Xeyr, haram deyildir.
Uşağı əmizdirmək
Sual: Ana körpəsini əmizdirmək məcburiyyətindədir?
CAVAB
Xeyr, amma ehsan edərək əmizdirməsi çox savab olar. Anası əmizdirməzsə atasının süd anası tutması lazımdır.
Övladın malından yemək
Sual: Ata oğlunun malından icazəsiz yeyə bilərmi? Övlad atasına baxmağa məcburdur?
CAVAB
Əgər ata möhtac deyilsə, xəsis oğlunun malından icazəsiz yeyə bilməz, yeməsi halal olmaz. Comərd oğlunun malından ehtiyacı olmasa da yeməsi halal olar. (Hindiyyə)
Övlad zəngin ataya baxmağa məcbur deyildir. Ata kasıb övlad zəngin isə, Müsəlman ana-atanın ehtiyacını qarşılaması (nəfəqə vermək) fərz olar.
Övlad da, ata da kasıb isə yenə ataya nəfəqə vermək fərz deyildir. Kasıb olan övlad kasıb ana-atasını öz evinə alıb onlarla birlikdə dolanarlar. (Fətavayi-Xayriyyə)
Doğulmamış uşağa
Sual: Uşaq doğulmadan əqiq kəsmək və sədəqəy- fitrini vermək lazımdırmı?
CAVAB
Xeyr, lazım deyildir.
В корзине: 0 шт.
на сумму: 0