Facebook Twitter WhatsApp

Hamınız bir sürünün çobanı kimisiniz!

Ona tabe olmaq “Əhkamı-İslamiyyə”ni bəyənib, sevə-sevə  əməl etmək, Onun əmrlərini, İslamiyyətin qiymət verdiyi, üstün tutduğu şeyləri, alimlərini, salehlərini böyük bilib, hörmət etmək, Onun dinini yaymağa çalışmaq və Allahü təalanın əmrlərinə tabe olmaq istəməyənləri sevməməkdir.

Hədisi-şəriflərdə buyuruldu ki;
“Hamınız bir sürünün çobanı kimisiniz. Çoban sürüsünü qoruduğu kimi, siz də evlərinizdə və əmriniz altında olanları Cəhənnəmdən qorumalısınız! Onlara Müsəlmanlığı öyrətməlisiniz! Öyrətməsəniz məsul olacaqsınız.” [Müslim]

“Bir müsəlmanın övladı ibadət etdikdə, qazandığı savab qədər, atasına da verilir. Bir kimsə, uşağına fisq, günah öyrətsə, bu uşaq nə qədər günah işləsə, atasına da o qədər günah yazılır.” [S. Əbədiyyə]

Dini-İslamın təməli, imanı, fərzləri, haramları öyrənmək və öyrətməkdir. Allahü təala, Peyğəmbərləri bunun üçün göndərmişdir. Gənclərə bunlar öyrədilmədiyi zaman, İslamiyyət yıxılar, yox olar. Allahü təala, müsəlmanlara “Əmri-maruf” etməyi əmr edir. Yəni, mənim əmrlərimi, bildirin, öyrədin deyir və “Nəhyi-anil-münkər” əmr edir. Yəni, qadağan etdiyim haramları bildirin və işlənməsinə razı olmayın, deyir.

Hədisi-şəriflərdə buyuruldu ki:
“Bir-birinizə Müsəlmanlığı öyrədin. Əmri-marufu tərk etsəniz, Allahü təala, ən pisinizi üstünüzdə başçı edər və dualarınızı qəbul etməz.” [Bəzzar]

“Bütün ibadətlərə verilən savab, Allah yolunda döyüşə verilən savabla müqayisədə, dəniz yanında bir damcı su kimidir. Döyüşün savabı da, əmri-məruf və nəhyi-anilmünkər savabının yanında, dənizə nisbətdə bir damcı su kimidir.” [Deyləmi]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину