Facebook Twitter WhatsApp

Doğuşda günahlar əfv olunur

Sual: Doğuş əsnasında ölən Müsəlman qadın şəhid olar?

CAVAB

Bəli, şəhid olar. Şəhidin fərz borcları və qul haqları xaric bütün günahları əfv olar. Üç hədisi-şərif məali belədir:

“Qadın hamiləliyində, doğum edənə və uşağı süddən kəsəcəyi günə qədər Allah yolunda keşik çəkən mücahid kimidir. Bu vaxt ölərsə şəhid əcri vardır.” [Tabərani]

“Hamiləykən, doğuş edərkən və ya lohusaykən ölən qadın şəhiddir.” [Əbu Davud, Tabərani]

“Qadın, hamiləykən, gündüz saim, gecə qaim və Allahdan qorxan bir mücahid savabı qazanar. Onu ağrı tutduğu zaman ona verilək savabın çoxluğunu heç kim bilməz. Körpəni hər əmizdirəndə bir can diriltmiş kimi savab alar.” [Əbuş-şeyx] (Saim oruclu, qaim  gecə qalxıb ibadət edən deməkdir.)

Sancısız doğuşun savabı

Sual: Kimi sancısız, kimi süni sancı ilə doğuş edir. Kimi də keysəriyyə yoluyla doğum edir. Bunlar da doğum savabı alırmı?

CAVAB

Doğuş hansı yolla olur olsun, Müsəlman qadın doğuş savabı alır.