Facebook Twitter WhatsApp

Başlıq pulu

Sual: Başlıq pulu almaqda zərər vardırmı?

CAVAB

Qızın atasının və ya qohumunun nikaha və ya qızı verməyə razı olmaları üçün kürəkəndən istədikləri pul və ya mal rüşvət sayılır. Rüşvət isə haramdır. Hədisi-şərifdə buyuruldu ki:

“Rüşvət alan da, verən də Cəhənnəmdədir.” [Tabərani]

Oğlan da, qız da övladdır. İnsan, övladının xoşbəxt olması üçün əlindən gələn köməyi etməli, kürəkəndən pul almaq yerinə, gücünün çatdığı nisbətdə kürəkənə kömək etməlidir! Qız övladının qiyməti böyükdür. Hədisi-şəriflərdə buyuruldu ki:

“Kimin qız uşaqları olar, onların çətinliklərinə dözər, yaxşı tərbiyə edər və tayı ilə evləndirərsə, bu qız uşaqları onun üçün Cəhənnəmə pərdə olar.” [Tirmizi]

“Qız uşaqlarını xor görməyin, çünki mən qızlar atasıyam.” [M.Cinan]

“Allahu təaladan zəhmətsiz uşaq istədim. Mənə qız uşaqları verdi.” [Şirə]

“İlk uşağının qız olması, qadının bərəkətindəndir.” [İbni Asakir]

Başlıq pulu üzündən evlənə bilməyənlər, pis yola düşənlər görülür. Evliliyi çətinləşdirmək günahdır.

Sual: Evlənməmizə mane olmasın deyə, qızın yaxınlarına verdiyim pul və əşyanı evləndikdən sonra istəmək haqqım varmı?

CAVAB

Bəli, kişinin bu məqsədlə verdiklərini istəyə biləcəyi Məcmuəyi-Zühdiyədə yazılıdır.