Facebook Twitter WhatsApp

Evlilik və ailə ilə əlaqədar müxtəlif suallar

Sual: Evlənəcək olanlara, Mürşidi mütəəhhilin kitabı tövsiyə edilir. Bu kitab mötəbərdir?

CAVAB

Osmanlıca orjinalı mötəbərdir. Bunun xaricindəki dərcləri, bəzi zərərləri olduğu üçün tövsiyə etmirik. Evliliklə əlaqədar, saytımızda kiyafət qədər məlumat mövcuddur.

Sual: Tanımadığımız bir insanın yaxşı və ya pis olduğunu necə anlaya bilərik?

CAVAB

Sözlərinə və işlərinə baxılır. Dinə uyğun hərəkət edirsə və dinə uyğun danışırsa yaxşı, dinə ziddirsə pisdir. Bir hədisi-şərif məali:

“Hər kəsin dəyəri, söylədiyi gözəl sözlərə, etdiyi yaxşı işlərə görə ölçülər.” [M.Cami]

Sual: Bir qadının qalxdığı yer soyumadan dərhal oraya bir kişinin oturması məkruh olar deyilir. Bələdiyyə avtobuslarında da vəziyyət belədir?

CAVAB

Bəli. Ancaq bələdiyyə avtobuslarında oturması lazım olan kimsənin, başqası qapmasın deyə oturması məkruh olmaz.

Sual: Müsəlman bir yoldaş, qonşu qızımıza talib oldu. Bizdən də, “ Bu qızın pis xasiyyətləri varmı?” deyə soruşdu. Biz də bəzi pis xasiyyətlərini bilirdik. Biz bilmirik deyərək bu pis xasiyyətlərini gizləməmiz caiz olarmı?

CAVAB

Caiz olmaz. Deyilməsi lazım olanları söyləmək lazımdır.

Sual: Bəy qara paltar geyinsə caizdirmi, kafirə bənzəmiş olarmı?

CAVAB

Caizdir. Bənzəmiş olmaz.

Sual: Kürəkən namizədinə, “ Evinə paltaryuyan maşın ilə qızıma 3 bilərzik alarsan, evlənmənizə razı olaram” demək caizdir?

CAVAB

Bəli.

Sual: Toya kimləri dəvət etmək lazımdır?

CAVAB

Toyda, kasıb-zəngin ayrımı etmədən dəvət edilməsi lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

“Yeməklərin ən pisi, zənginlərin dəvət edilib, amma kasıbların çağırılmadığı toy yeməkləridir.” [Buxari]

Sual: Toyda baraban və dəf çalmaq günahdır?

CAVAB

Baraban çalaraq toyu tanışlara eşitdirmək sünnətdir. Qadınların da toyda öz aralarında dəf çalıb oynamaları caizdir. (Mənahic-ül-ibad, K. Səadət)

Sual: Toyda çalğı çalmaq əylənmək günahdır?

CAVAB

Toyda qadınların dəf çalıb oynaması caizdir. Toyu eşitdirmək üçün baraban çalmaq da caizdir. Digər musiqi alətlərini çalmaq caiz deyildir. Haram işləmədən əylənmək günah deyildir.

Sual: Bir toyda əgər çalğı çalınırsa oraya gedilməzmi?

CAVAB

Məcburiyyət yoxdursa gedilməz.

Sual: Bəzi yoldaşlar, evlənmədən əvvəl işlədikləri günahları ərlərinə söyləyirlər. Söyləmək lazımdır?

CAVAB

Xeyr, bir qadın, evlənmədən əvvəl işlədiyi günahları ərinə söyləməməlidir. Əslində günah heç kimə deyilməz. Tövbə edilib bir daha edilməyən günahları Allahu təala əfv edər.

Sual: Evdəki işləri kimin etməsi lazımdır?

CAVAB

Xanım ev işlərini etməyə məcbur deyildir. Ancaq, kişi də ehsan etməyə məcbur deyildir. Qadın ev işini edəndə kişi də çox ehsan edər. Bu işlər qarşılıqlı olmalıdır.

Sual: Küçədə həyat yoldaşımızla əl-ələ tutub gəzməmizdə, öpüşməmizdə bir zərər vardırmı?

CAVAB

Qol-qola girilə bilər. Ancaq digərlərini etmək həyasızlıq olar. Hədisi-şərifdə “Həya imandandır” buyuruldu. (Buxari)

O dediyiniz işləri evdə, insanların görmədiyi yerlərdə etmək savabdır. Hədisi-şəriflərdə buyuruldu ki:

Ər-arvad bir-birinə sevgi ilə baxanda Allahu təala da onlara rəhmət nəzəri ilə baxar və əllərini əllərinə aldıqlarında, günahları barmaqları arasından tökülər.” [Rafii]

“Kişi xanımın üzünə sevgi ilə baxarsa, bir kölə azad etmiş savaba qovuşar. Təbəssüm edərsə həcc və ümrə savabı, qucaqlayıb öpərsə siddiqlik savabı verilər. Əgər birlikdə olsalar, günahları çox olsa da, ikisi də mağfirət olar.” [R.Nasıhin]

Rəsulullah əfəndimiz, “Xanımıyla cima edənə sədəqə savabı verilər” buyuranda, Əshabı-kiram, “Bu işi şəhvətlə edən də eyni savaba qovuşar?” deyə soruşdular, “O kimsə, şəhvətini harama xərcləməsində [zina filan edərsə] günah olduğu kimi, halala xərcləməsində də savab vardır.” buyurdu. (Mülsim)

Sual: Yeni doğulan uşaqları duzlamaq lazım olduğu deyilir. Belə bir şey vardırmı?

CAVAB

Duzlamaq lazım deyildir. Duzlama deyə bir şey yoxdur. Bəzi yerlərdə edilirsə də, dini mahiyyəti yoxdur.

Sual: İki yeni doğulan uşağın 40  günlük olmadan bir araya gəlməsinin bir zərəri vardırmı?

CAVAB

Heç bir zərəri yoxdur.

Sual: Mənim bir qızım var, çox utancaqdır. Kişilərin yanına çıxmağa, onlarla üzü qızarmadan danışmağa utanır. Bu bir xəstəlikdir?

CAVAB

Utanmaq çox yaxşıdır. Peyğəmbər əfəndimizin həyasından, yəni utanmasından bəhs edilərkən, “Rəsulullahın həyası, bakirə İslam qızlarının həyalarından daha çoxdu” buyurulur. Qadınlar üçün utanmaq fəzilətdir. Hədisi-şərifdə buyurulur ki:

“Həya on qisimdir, biri kişilərdə, doqquzu qadınlardadır. Belə olmasaydı qadınlar, heyvanlar kimi, kişilərin ayaqları altına, tökülərdi.” [Deyləmi]

Sual: Xanımım çox çəkingəndir. Çəkingən olması pisdir?

CAVAB

Həzrəti Əli buyurur ki:

Üç xislət var ki kişilər üçün pis, ev qadınları üçün yaxşıdır:

  1. Xəsislik kişi üçün pisdir, evinə və ehtiyaclarına xərcləyə bilmə
  2. Özünü bəyənmək kişi üçün pisdir. Özünü bəyənən, başqasını aşağı görə Bu da yaxşı deyildir.
  3. Qorxaqlıq, çəkingənlik kişilər üçün yaxşı Faydalı işləri edə bilməz.

Eyni xasiyyətlər ev qadınları üçün yaxşıdır:

  1. Qadın xəsis, çox tutumlu olarsa, ərinin və öz malını mühafizə edər, hər yerə xərcləmə
  2. Qadın özünü bəyənərsə, sərt və qəti danışar, kişilər bundan ümidini kəsmiş
  3. Qadının çəkingən olması da çox yaxşıdı Lüzumsuz yerlərə getməz, təhlükəli işlərdən qaçarlar.

Sual:Almaniyada yaşayırıq. Doğumu etdirəcək olan həkimin qadın həkim olması lazımdır? İstəyimizə bağlı ola bilər, anlayışla qarşılayırlar?

CAVAB

Qadın həkim olması lazımdır. Əlbəttə qadın həkim istəyin.

Sual: Əmi qızı ilə evlənən bir dəfəmi tənzihən məkruh işləmiş olar?

CAVAB

Bəli, bir dəfə tənzihən məkruh işləmiş olar.

Sual: Mömin qadına, mələk kimidir demək caizdir?

CAVAB

Deyilə bilər.

Sual:Xanımın, ərinin əlini öpməsi caizdir?

CAVAB

Bəli.

Sual: Xanım, ərini, Əli bəy, Vəli əfəndi deyə çağırsa, caizdir?

CAVAB

Oranın adətinə etibar olunar. [Ayıblanmırsa caizdir.]

Sual: Xanımla yaxşı dolanmaq fərzdir?

CAVAB

Hər kəslə yaxşı dolanmaq fərzdir. Qəlb qırmaq haramdır.

Sual: Nikahlı qıza, atasının evində ikən, əri aliment verməlidirmi?

CAVAB

Xeyr.

Sual: Hamiləlikdə düşən uşaq da ana-atasına şəfaət edər?

CAVAB

Canlı doğulub ölən uşaqlar şəfaət edər.

Sual: Aldığımız paltarları, uşaqlara borc versək, birininkini o biri uşağa geydirə bilərikmi?

CAVAB

Borc veriləndə uyğun olar.

Sual: Saqqal buraxmaq üçün, xanımdan icazə almaq lazımdır?

CAVAB

Xeyr.

Sual: Uşağa ərim üçün (atamız çağırır) deməm günahdır?

CAVAB

Xeyr.

Sual: Əsəbi xanımın ölməsini istəmək caizdir?

CAVAB

Zərərli kafir və zalımdan başqasının ölümü istənilməz.

Sual: Ata, yetkin qızını öpə bilərmi?

CAVAB

Bəli.

Sual: Ramazan ayında uşaq düzəltsək asi olarmışıq, doğrudurmu?

CAVAB

Belə bir şeyin əsli yoxdur. Uşaq düzəltmək kəliməsindən istifadə etmək də xoş deyildir. Uşağı Allahu təala yaradar. İnsanlar yalnız səbəbdir.

Sual: Qadın və ya kişi, namaz qılmayan həyat yoldaşından ayrılmazsa günaha girərmi?

CAVAB

Qadın, namaz qılmayan ərindən ayrıla bilməz. Çünki ərin günahı xanımından soruşulmaz. Fərzi etməyən qadını boşamamaq günah deyildir. Namaz qılmayan qadını boşamaq lazım deyildir. Çünki namazın faydası əri üçün deyildir.

Sual: Bədən təmizliyində, dırnaq, tük kəsməyin ölçüsü nədir?

CAVAB

Hər həftə saç, saqqal və bığ taraş etmək, dırnaq kəsmək, qol altı, qasıq təmizləmək sünnətdir. Daha çox gecikdirmək və hələ qırx gün uzatmaq günah olar.

Sual: Hər kəsə etimad edirəm. Bu səbəbdən çox aldadılıram. Doğru edirəm?

CAVAB

İndiki vaxtda hər kəsə etimad etmək doğru deyildir. Hədisi-şərifdə buyuruldu ki:

“Axır vaxtda, halal pul və özünə etimad edilən yoldaş az tapılar.” [Asakir]

Sual: Yoldaşlarla bir araya gəldiyimiz vaxt az da olsa dindən bəhs edək deyirəm. İş üçün toplandıq deyənlər olur. Halbuki, bəhs edilsə daha yaxşı olmazmı?

CAVAB

Nə məqsədlə olarsa olsun,  yığıncaqlarda, mütləq dindən, imandan bəhs edilməsi lazımdır, Allahu təalaya həmd, Muhamməd əleyhissəlama salavat gətirmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Allahı xatırlamadan, Peyğəmbərə salavat gətirmədən toplanıb dağılmaq, leşin başından dağılmaq kimidir.” [İ.Əhməd]

Sual: Oturarkən bir şeyə diqqət etmək lazımdır?

CAVAB

Oturarkən qibləyə qarşı oturmaq yaxşı olar. Hədisi-şərifdə buyuruldu ki:

“Hər şeyin bir əfəndisi vardır. Məclislərin əfəndisi də qibləyə doğru oturmaqdır.” [Tabərani]

Sual: Mən ginekoloq bir qadın həkiməm. Bəkirəliyini itirən qızlar, tikdirmək üçün bizə müraciət edirlər. Mən Müsəlman bir həkim olaraq bunu etməyi doğru bilmirəm. Ancaq təsəttürlü qızlar da gəlir. Zina etmədiklərini təxmin etdiyim bu qızlar, iti hər hansı bir şeyi qəsd edərək, bir qəza keçirdik bizimkini tikərsənmi deyirlər. Bunlarınkini tikməm günah olarmı?

CAVAB 

Zina edənlərinkini tikmək, onların etdikləri hiyləyə ortaq olmaq deməkdir. Məsuliyyətli bir işdir. Bu arada qəza ilə itirilənlərin də olması mümkündür. Bunu təsbit etmək tibbi baxımdan mümkün olmadığına görə, müsəlman olan qızların sözlərinə etimad etmənizdə məsuliyyət olmaz. 

Sual: Yoxsulluğa səbəb olanlar nələrdir?

CAVAB

Hədisi-şərifdə belə bildirilmişdir:

Qüsulsuz olaraq yemək yemək.

Çörək qırıntısını, xor görüb basmaq.

Böyüklərin önündə gəzmək.

Atasını və anasını adıyla çağırmaq.

Ayaq yolunda, təmizlənmədən dəstəmaz almaq.

Nimçəvə boşqabı, yumadan yemək qoymaq.

Paltarını üstündə tikmək.

Aç ikən soğan yemək.

Üzünü paltarı ilə silmək.

Evində hörümçək buraxmaq.

Sübh namazını qılanda məsciddən tələsik çıxmaq.

Bazara, erkən gedib, gec qayıtmaq.

Ataya və anaya pis dua etmək.

Yemək qablarını açıq buraxmaq.

Bir işi edərkən bəsmələ çəkməmək.

Ayaq yolunda, zərurətsiz ayaq üstə dəfi-hacət etmək.

Sual: Günümüzün şərtləri çox ağırdır, artıq bezginlik gəldi,hər şeyə küsüb, məğlub olmaq üzrəyəm...

CAVAB

Qorxmaq, məğlub olmaq olmaz. Bu hadisə bəlkə əzmimizi artıracaqdır. Elmi və alimləri sevən və İslamiyyətə çox xidmətləri keçən Teymur Xan, ilk hərblərinin birində təxribata uğradıqdan sonra, çadırına çəkilər. İşin içindən necə çıxacağını düşünərkən, çadır parçasının üstündə bir qarışqanın dırmana dırmana yuxarı çıxdığını görər. Dərhal bir çırtma atıb yerə salar.  Yenə düşüncələrə dalar. Bir iki dəqiqə sonra heyvanın təkrar yuxarı çıxmağa başladığını görər. Onu təkrar yerə salar. Amma bir az sonra yenə eyni mənzərəylə qarşılaşar. Bu hal çox dəfə təkrarlananda, Teymur Xan, nəhayət əlini alnına qoyub, “İşin sirrini indi həll etdim. Bunu mənə bu qarışqa öyrətdi. Müvəffəqiyyətin yeganə çarəsi səbat etməkdir” deyər və ondan sonra ömrü boyunca bu əsasdan ayrılmaz.  

Sual: Yatağa girəndə hansı tərəfə yatılır?

CAVAB

Sağ tərəfə, qibləyə qarşı yatılır. Sonra sola dönülə bilər. Hətta narahat olan kürək üstü də yata bilər. Üzüstə yatmaq məkruhdur. 

Sual: Kürək üstə yatmaq da məkruhdur?

CAVAB

Bəli. Xəstələr rahat etdiyi şəkildə yatar.

Sual: Ehtiyac olanda, 2 qadın və ya 2 kişi eyni yataqda yata bilər?

CAVAB

Yata bilər.

Sual: Öyrətmək üçün ağıl yetkin oğulun əlini öpmək haramdır?

CAVAB

Xeyr.

Sual: Məni boşayan ərimin, məhkəmə qərarı ilə uşağıma verdiyi alimenti almam caizdir?

CAVAB

Əlbəttə caizdir.

Sual: Vəzifə zərurəti döymək lazım olduğunda, nə etmək lazımdır?

CAVAB

Tərbiyə üçün ata oğlunu, xoca tələbəsini yüngül döyə bilər. Sillə ata bilməz. Başqa cəza vermək lazımdır.

Sual: Doğulub böyüdüyün yeri, qohum olmasa da ziyarət yaxşıdırmı?

CAVAB

Faydalıdır, qəlbə riqqət verər.

Sual: Gündüzün ilk vaxtında yatmaq məkruhdur. Bu hansı vaxtdır?

CAVAB

Günəş doğulduqdan sonra işraq (orta) vaxta qədər olan vaxtdır.

Günəş doğulduqdan İsra vaxtına qədər olan vaxtdır.

Sual: Hansı dili öyrənmək lazımdır?

CAVAB

İngilis və Ərəb dillərini.

Sual: Qurumuş çörəkləri zibilə atmaq uyğundur?

CAVAB

Qurumuş da olsa, çörəyi zibilə atmaq heç uyğun deyildir. Üstəlik israf da olar. Bir heyvana yedirilsə israf olmaz. Çörək parçalarını, qırıntılarını zibilə atmayıb yemək savab olar. Hədisi-şərifdə buyuruldu ki:

“Süfrədən düşən qırıntıları yeyən kasıb olmaz, uşaqları da axmaq olmaz.” [Nəccar]

Sual: Oturmaq üçün ev axtararkən nələrə diqqət etmək lazımdır?

CAVAB

Hər müsəlmanın xüsusilə yeni evlilərin, əhli-sünnət olan və haramlardan çəkinən, ibadətlərini edən saleh müsəlmanlar arasında ev axtarması lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ev satın almadan əvvəl, qonşuların necə olduqlarını axtarın! Səfərə çıxmadan əvvəl yol yoldaşınızı seçin!” [Şirə]

Sual:Sırğa üçün qulağımı deşdirmədim. Bəzi qadınlar, “Qulağı deşdirmək sünnətdir. Sırğa üçün qulağını deşdirməyən günaha girər” dedilər. Qulağımı deşdirməsəm günaha girərəm?

CAVAB

Sırğa taxmaq üçün qız uşağının qulağını deşmək caizdir. (Eşbah)

Sırğa taxmaq ibadət deyil adətdir. Peyğəmbər əfəndimizin ibadət olaraq deyil, adət olaraq davamlı etdiyi və ya edilməsinə icazə verdiyi şeylərə, “Sünnəti zəvaid” deyilir. Zəvaid sünnətləri tərk etmək günah olmaz. Məsələn, Peyğəmbər əfəndimiz, gümüş üzük taxardı. Gümüş üzük taxan Əshabı-kirama da mane olmazdı. Kişilərin gümüş üzük taxmaları (sünnəti zəvaid) olduğu üçün tərk etmələri günah olmaz. Bayramlarda hər kəsin taxması müstəhəbdir. Nümayiş üçün taxmaq haramdır. (Məvahib)

Sual: Hamiləykən saç kəsdirməkdə zərər vardırmı?

CAVAB

Hamiləykən və ya deyilkən, ehtiyac varsa saç kəsdirməkdə zərər yoxdur. Hamilə deyilkən də, lüzumsuz yerə saç kəsdirmək uyğun deyildir. (Hədiqə)

Sual:Neçə yaşa gələn qız uşağının otağını ayırmaq lazımdır?

CAVAB

On yaşına gələn qız və oğlan uşağının yataq otağını bir-birindən və ana-atanın otağından ayırmaq lazımdır. (Hədiqə)

Sual:Məscidə bitişik zalda, dinimizə zidd olmayan yığıncaqlar etmək, xina gecəsi təşkil etmək caizdir?

CAVAB

Caizdir.

Sual: Burada din bilgisi olmayan qoca bir qadın, Qırx Yasin Yığıncağı təşkil edir. Namazdan xəbəri olmayan və təsəttürə riayət etməyən qadınları yığır, müxtəlif dedi-qodulardan sonra əzbərdən bilənlərə Yasin oxudur. Beləcə Cənnətə gediləcəyini söyləyir. Bu qadının etdiyi uyğundurmu?

CAVAB

Yalnız orada deyil, dünyanın müxtəlif yerlərində dinə zidd əcaib yığıncaqlar edilir, adətlər ibadətlərə qarışdırılır. Belə yığıncaqlarda mötəbər bir elmihal oxunması çox yaxşı olar. Çünki etiqadı düzgün olmayanın, bidət işləyənin, ibadətləri qəbul olmaz.

Sual: Evdə narahatlıq olmaması yaxşıdırmı?

CAVAB

Əlbəttə yaxşıdır. Hədisi-şərifdə buyuruldu ki:

“Allahu təalanın sevdiyi ev xalqı arasında mülayimlik [uyğunluq, yumşaqlıq] olar.”  [İ.Ebiddünya]

Sual:Bir uşaqlı həyat yoldaşım Bakıdan Gəncəyə gedəndə, orada bir yoldaşımla birlikdə olduğunu etiraf etdi. Bir daha belə bir şey olmaması üçün, o yoldaşı təhdid etməm və ya göz dağı üçün yaralamam doğru olarmı?

CAVAB

O insanın yaralanması və ya öldürülməsi əsla çarə deyildir. O yoldaşla niyə birlikdə olduğunu öyrənmək lazımdır. Sizdən daha zəngindir? Vəzifəsi daha yüksəkdir? Daha yaraşaqlıdır? Mütləq bir səbəbi vardır. O səbəblər bir başqasında da ola bilər. Sizdən ayrılıb, o yoldaşla evlənsə belə, ondan daha yaxşısını tapanda bu səfər onunla da birlikdə ola bilər.  

O yoldaş Bakıya gəlib birlikdə olmur ki, qəbahət onda olsun. Qəbahət ayağına gedən həyat yoldaşınızdadır. Təhdid edilməsi lazım olan biri varsa həyat yoldaşınızdır. Bir daha elə bir şey eşidərsəm səni boşaya bilərəm deyə göz dağı verməniz lazımdır.Uşağınız var deyə göz yumursanız, bu da sizin biləcəyiniz bir işdir.

Bir hədisi-şərifdə “Qadınlarınızın iffətli olmasını istəyirsənizsə, siz də iffətli olun” buyurulur. Siz başqasının arvadına qızına belə şeylər edirsəniz, sizin başınıza da eyni şeylərin gəlməsi anormal sayılmaz. Etdiyin bir gün başına gələr dünyasındayıq. 

Sual: Din kitablarında vaty və cima kəlimələri keçir. Bunlar eyni şeylərdir?

CAVAB

Vaty, cinsi əlaqənin ümumi adıdır. Nikahlı ilə olan əlaqəyə cima, nikahsız olan əlaqəyə isə, zina deyilir.

Sual: Evimizin ehtiyacları üçün, ərimin cibindən xəbərsiz pul almam, caizdir?

CAVAB

Caiz deyildir, haramdır.

Tək başına

Sual: Bir kimsənin evdə tək başına yaşaması caizdir?

CAVAB

Məkruhdur. Bir bəhanəsi varsa, o vaxt tək qala bilər.

Sual: Dində ikinci bir qadınla evlənməyin hökmü nədir?

CAVAB

Din kitablarında belə bildirilir:

Dördə qədər evlənmək, vacib, hətta məndub da deyilir. Ehtiyac halında icazə verilmişdir. Bu bir əmr olmadığı kimi, qadınlar da bunu qəbul etməyə məcbur deyildir. (Neməti İslam)

Dövlət haram olmayan bir şeyi qadağan edərsə, bu şeyi etmək mübah olmaqdan çıxar, haram olar, çünki Müsəlman, qanuna qarşı gəlməz, cinayət də törədməz. Bir kişinin ikinci bir qadınla evlənməsi üçün, bu barədə birinci xanımının haqqını qoruyan iqtisadi və ictimai şərtləri vardır. İkinci qadının da, ayrıca haqqları vardır. Bu şərtlərə sahib olmayanın, ikinci bir qadınla evlənməsini dinimiz qadağan etmişdir. Zərurətsiz, belə bir şey edərək birinci qadını incitmək haramdır. Həyat şərtləri də, göz önünə alınanda, ikinci bir qadınla evlənməyin caiz olmayacağı açıqdır. Ənənə  və adətə tabe olan əhkamın, zamana görə dəyişə biləcəyini İslam dini qəbul edər. (H.L.O.İman)

Sual:Toylarda, adətə uyaraq, gəlin avtomobilinin önünü kəsib, pul alırlar. Gəlinin qohumları qapını bağlayıb, pul almadan açmırlar. Belə alınan pullar halal olar?

CAVAB

Razılıqlarıyla verirlərsə halal olar. Məcbur buraxılaraq, qəsb edilirsə halal olmaz.

Evlilik günü

Sual: Evlilik üçün bəlli bir gecə vardır?

CAVAB

Bazar ertəsi və Cümə gecələrini seçmək lazımdır.

Allahın əmri ilə

Sual:Qız istənərkən “Allahın əmri ilə” deyilir. Evlənmək fərzdirmi ki, belə deyilir?

CAVAB

Allahu təalanın hər əmri fərz deyilir. Qurani-kərimdə evlənilməsi haram olanlar və caiz olanlar bildirilmişdir. Evlənmək, Allahu təalanın əmrinə zidd deyildir. Qurani-kərimdə, “Haqsızlıq etməkdən qorxarsanız, bir qadınla evlənin!” buyurulur. Evlənmək fərz deyildir. Allahın əmri ilə demək, Allahın əmrinə zidd olmayan, onun əmrinə uyğun olan deməkdir. 

Qadının südü

Sual: “Üç yaşındakı bir uşaq, bir qadının südünü içsə, o qadının süd uşağı olmaz. Bu baxımdan, kişinin xanımının südünü əmməsində bir zərər yoxdur” deyilir. Doğrudur?

CAVAB

Səhvdir. Kişinin, xanımının südünü içməsiylə süd uşağı olmadığı doğru isə də, xanımının südünü içməsi haramdır. Ancaq saleh və mütəxəssis olan həkim, “ Qadın südü, bu xəstəliyə yaxşı gələr” deyərsə, o zaman dərman olaraq içə bilər. (İslam Əxlaqı)

Yemək üçün ödəniş

Sual:Dinimizə görə qadın evdə yemək bişirmək məcburiyyətində olmadığına görə, yemək hazırlayarsa, bunlar üçün ərindən ödəniş istəməsi lazımdırmı? Qadın yemək hazırlamazsa, qadının yeməyini kişinin gətirməsi lazım deyildir?

CAVAB

Qadın ödəniş istəməz. Özünə etdiyi yeməkdən ərinə də verər. Müsəlman qadınlar bu ehsanı ərlərinə etmişdirlər. Qadın yemək bişirmərəm deyərsə, bişir deyə məcbur edilə bilməz. Əri ona pendir, zeytun kimi şeylər gətirər.(Hindiyyə)

Nikahda istibra

Sual:  S.Əbədiyyədə, “Zina edən qadını başqasının, istibra etmədən nikah etməsi caiz olar” deyilir. Burada istibra nədir?

CAVAB

Buradakı istibra, nikahla alınan zina etmiş bir qadının, hamilə olmadığına qənaət gətirmək üçün, bir heyz görənə qədər gözləmək deməkdir. Bu zamanı gözləmədən başqa birinin nikah etməsi, yəni evlənməsi caizdir.

Evlənənə kömək

Sual: “Ev alana, evlənənə Allah kömək edər” atalar sözü doğrudurmu? Evlənəcək olan kasıba Allah kömək edər?

CAVAB

Atalar sözü ümumiyyətlə ayəti-kərimə və hədisi-şəriflərin şərhi mahiyyətində olar. Bu söz də, digər atalar sözü kimi doğrudur. Nur surəsinin, “Aranızdakı subay [və ya dul] kölə və nökərlərdən [evlənəcək vəziyyətdə olan] salehləri evləndirin! Əgər onlar kasıbsalar, Allah öz lütfü ilə onları zənginləşdirər. Allahın lütfü boldur. O, hər şeyi haqqıyla biləndir” məalindəki 32-ci ayəti-kəriməsi ilə, Deyləminin bildirdiyi “Ruzini evlilikdə axtarın!” hədisi-şərifi lazımınca, evlilik ümumiyyətlə ruzi bolluğuna və nemət çoxluğuna səbəb olar.  

Şahidlərin qızın tanıması

Sual: S.Əbədiyyədə, “Nikah kəsilərkən, vəli və ya vəkil, şahidlərin bildiyi qadının tək adını söyləyər. Şahidlərin tanımadıqları qadının, atasının və ya babasının adını da söyləməsi lazımdır. Tanımaq, kimin qızı və hansı qızı olduğunu bilmək deməkdir. Şəxsini, şəklini bilmək deyildir”deyilir. Buna görə, atasını və babasını da heç tanımasaq, nikah səhih olarmı? Qızı olduğu kimi oğlanı da tanımaları lazımdır?

CAVAB   

Tanımaq təsvir edilərkən, “ Adını bilmək demək deyildir” deyilir. Qız nikahda yoxsa, yəni şahidlər qızı görmürsə, qızın adı və soyadı söylənilsə, lakin o qız bilinmirsə, nikah səhih olmadığı kimi, yalnız atasının və babasının adını bilməklə də nikah etibarlı sayılmaz. Məsələn, Əli oğlu Vəlinin qızı deyilsə, Məhmət ağanın qızı kimi bir şey olar. Məhmət ağanı bilmirik ki, nikah səhih olsun. Qızı tanımaq, kimin hansı qızı olduğunu bilmək deməkdir deyilir. Böyük qızımı, kiçik qızımı, bunu da bilmək şərtdir. Əli və oğlu Vəli də bilinmirsə nikah səhih olmaz. Məsələn, Turğut Özalın böyük qızı deyilsə, Özalı şahidlər tanıdığı üçün nikah səhih olar. Böyük qızını heç görməsələr də, səhih olar. Kimin hansı qızı olduğu bəllidir.

Oğlan da, nikahda olmayıb yerinə vəkili varsa, oğlanın da kim olduğu bilinmirsə, şahidlərin, qızda olduğu kimi oğlanı da tanımaları lazımdır. Kişi ümumiyyətlə tanındığı üçün, tanınmasa da nikahta olduğu üçün, kitablarda qızı tanımaq bildirilir. Əli oğlu Vəlinin qızı, Mahir oğlu Tahirin oğlu evlənsə, şahidlər bunları tanımasa nikah səhih olmaz. Yaxud qızı tanısalar, oğlanı tanımasalar yenə nikah səhih olmaz. 

Həyat yoldaşını adıyla çağırmaq

Sual:Qadın, həyat yoldaşına adıyla xitab etsə günah olarmı?

CAVAB

İbni Abidin həzrətləri buyurur ki: Ana atanı və qadının ərini, adlarıyla çağırması təhrimən məkruhdur, kiçik günahdır. Təzimlə, hörmət bildirən sözlərlə və yanına gedərək çağırmaları lazımdır. Uzaqdan, yüksək səslə çağırmamaq lazımdır. (S.Əbədiyyə) 

Adı nə isə sonuna bəy sözünü gətirərək, məsələn, Əli Bəy, Vəli bəy kimi deyilə bilər. Peşəsi nə isə elə xitab edilə bilər. Həkimdirsə həkimim və ya həkim deyə bilər. Bunun kimi, əsgərim, polisim,müdirim, memarım, tacirim, kapitanım, pilotum, vəkilim, ustam, rəisim, başçım,xocam, müəllimim, şefim deyilə bilər. Yaxud sevdiyi sifət nə isə o da deyilə bilər. Bəyim, aslanım, igidim, həyatım, şəkərim kimi müraciət oluna bilər. Kişi  hansından xoşlanırsa onu söyləmək lazımdır, istəmədiyi adı və ya sifəti söyləməməlidir. Eyni şəkildə kişi də xanımına, onun xoşlanacağı şəkildə xitab etməlidir. Məsələn, gözəlim, bir dənəm kimi şeylər söyləməsi uyğun olar. 

Vidalaşarkən qucaqlaşmaq

Sual: Bir qadın, atasıyla, oğluyla və ya qardaşıyla vidalaşarlən qucaqlaşıb öpüşə bilər?

CAVAB

Qadın qadınla, kişi kişiylə qucaqlaşıb öpüşmək də uyğun olmaz. Bir hədisi-şərifdə, “Qarşılaşdığınız vaxt qucaqlaşmayın!” buyurulur. (Bəriqə)

Qadınların bir-birləriylə kişilərin yanında öpüşmələri də ayrıca uyğun deyildir. Müsafəha etmək lazımdır, çünki müsafəha sünnətdir. Müsafəha edəndə günahlar tökülər.

Məhrəm qohum ilə öpüşərkən az da olsa şəhvət meydana gələrsə hörməti müsahərə olar. Məsələn, əmi ilə hörməti-müsahərə olsa, o əminin oğlu ilə evlənilə bilməz. Atayla hörməti-müsahərə olarsa, anası atasına haram olar. Onun üçün çox yaxınımız da olsa, məhrəmimiz də olsa, şəhvətlənmə təhlükəsi varsa, uzaq dayanmaq lazımdır. Qız, atasının və ya oğlan, anasının əlini öpərkən belə buna diqqət etməlidir. Sıxışıq oturmamaq lazımdır.   

Həyat yoldaşından icazə almaq

Sual: Qadın küçəyə çıxarkən ərindən icazə alması lazım olduğu kimi, kişi də küçəyə çıxarkən xanımından icazə alması lazımdır?

CAVAB

Kişi, evin rəisidir. Rəis, maiyyətində olanlardan icazə almaz, amma evdəki dincliyin pozulmaması üçün, “ Mən buraya gedirəm” deyə xəbər verməsi lazımdır.

S.Əbədiyyədə, “ Zövcəsindən icazəsiz səfərə, hətta nafilə həccə getməməli” deyilir. Aliment buraxmadan fərz olan həccə getmək də haram olar. Köhnədən həccə getmək də səfər çıxmaq da uzun sürərdi. Həccə gedərkən, səfərə çıxarkən evin ehtiyacları təmin edilsə, icazə almaq şərt olmaz. 

Evin işinə qarışmaq

Sual: Kişinin, xanımının ev işlərinə qarışmasının, evdəki hüzura nə kimi təsiri olar?

CAVAB

Bu mövzuda, Ənvər abimizin iki sözü var:

Allahu təala, evin xaricini kişiyə, içini də qadına vermişdir. Bir kişi, evin içinə nə qədər çox qarışsa, dünyada və axirətdə o qədər çətinliyini çəkər.

Digər sözü də belədir:

Fizika qaydaya görə, maqnit eyni qütbləri bir-birini itələyər, zidd qütbləri bir-birini çəkər. Yəni, müsbət qütb müsbəti, mənfi qütb mənfini itələyər, müsbət qütb mənfini, mənfi qütb də müsbəti özünə çəkər. İki adamın ikisi də, “Mən haqlıyam” deyərsə, nəticədə dava çıxar, narahatlıq başlayar. Biri, “Sən haqlısan” deyə bilərsə, dava, mübahisə bitər. Ər-arvaddan biri də, digərinə “Sən haqlısan” deyərsə dolanışıq olar. Yəni heç olmazsa, bir tərəfin mütləq altdan alması lazımdır. Amma bunu özü etməlidir, qarşı tərəfdən gözləməməsi lazımdır. İkisi də, “Mən haqlıyam” deyərsə, o evdə  döyüş bitməz. İkisi də, “Sən haqlısan” deyərsə nə olar? Heç vaxt dava-dalaş olmaz, o evdə ilahi eşq başlayar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину