Facebook Twitter WhatsApp

Ailədə ədəb qaydaları

Sual: Cəmiyyətdə yazılmayan və qanun hökmündə olan ədəb qaydalarının əhəmiyyəti haqqında məlumat verərsinizmi? Türk ailə quruluşunda ədəb qaydaları nələrdir?

CAVAB

Ədəb qaydaları, cəmiyyətlərin dini, təhsil, iqtisadi güc, texnoloji səviyyə, ənənə və adətlərinə görə dəyişir. Dünyadakı cəmiyyətlərin ədəb qaydaları müxtəlif ola bildiyi kimi, zamanın ötməsi və texnoloji inkişaf da bəzi ədəb qaydalarının yerinə yenilərinin əmələ gəlməsinə səbəb olur.

Ədəb qaydalarında məqsəd bir cəmiyyətdəki insanların bir-biriylə münasibətlərində tam, mədəni davranışlar içində olaraq fərd və cəmiyyətin əmin-amanlığı, rahatlığını təmin etməkdir. Ayrıca bu qaydalar insanların gündəlik işlərində bir nizam və intizamın hakim olmasını təmin edir. Beləcə cəmiyyət bəlli bir əmin-amanlığa qoşuşar.

Türklər müsəlman olmadan əvvəlki həyatlarında ədəbə çox əhəmiyyət vermişdir. Obalardan meydana gələn köçəri Türk boyları bəşəri münasibətlərini təşkil edən səviyyəli və ciddi ədəb qaydalarını inkişaf etdirmişdir. Digər bir adı adət olan bu davranışlar, ənənə və adətlər olaraq cəmiyyətdə riayət edilən qaydalardır. Tabe olmayanlar müxtəlif cəzalara düçar edilərdi. Müsəlman olduqdan sonra köhnə inanışları ilə birlikdə, ədəblərindən dinimizə uyğun olmayan tərəflərini tərk edərək, uyğun olanlarını isə dinin verdiyi eşq və şövqlə gözəl gücləndirmişdirlər. Bu baxımdan millətimiz arasında bu zamana qədər bu qaydalar sanki yazılmayan bir qanun halını almışdır. Beləcə səviyyəli, hüzurlu və sistemli bir cəmiyyət həyatı yaşanmışdır. Bu gün millətimizin övladlarına böyük bir qayğı ilə öyrətdiyi ədəb qaydalarının çoxu əsrlər öncəsindən gəlir.

Bunlar qısa şəkildə aşağıdakı kimidir:

Türk ailəsində evin rəisi atadır. Ailə fərdləri atanın verdiyi qərarlara tabe olar, onun arzu və istəklərini yerinə yetirər. Ana, ailənin ən hörmətə layiq üzvüdür. Evin daxili nizamından ana məsuldur. Uşaqlar, hər zaman şəfqət ilə böyüyər, yaxşı yetişmələri üçün etina edilər. Baba və nənələrin də birlikdə olduğu ailələrdə, onların söz haqqı və qərarları daha əvvəl gələr. Ədəbin əsasını böyüklərə hörmət və itaət, kiçiklərə şəfqət və mərhəmət təşkil edər. Bu baxımdan hər ədəb qaydası bu təmələ görə şəkillənmişdir.

Evdə kiçiklər böyüklərin yanında daim ədəbli olar. Yanlarına icazə alaraq girər və çıxarlar, özlərinə deyiləni diqqətlə dinləyirlər. Böyüklərin sözünə icazə almadan qarışmazlar və sözü lüzumsuz yerə uzatmazlar. Özlərinə xitab edildiyində, “Buruyun əfəndim” deyə cavab verərlər.

Ana-atanın yataq otaqlarına qapını döyüb icazə almadan girməzlər. Qardaşlar bir-birinə bağlı və hörmətlidirlər. Qardaş, bacı son dərəcə şəfqətlidirlər, özlərini kiçiklər qarşısında məsul hiss edərlər. Kiçiklər də böyük qardaşlarına hörmət göstərər, onların istəklərini yerinə yetirərlər. Onların sözlərini diqqətlə dinləyib, baş üstə, deyərək cavab verərlər. Bir-birinin əşyalarından və oyuncaqlarından icazəsiz istifadə etməzlər. Özlərində olanlardan bir-birinə ikram edərlər. Heç kimi narahat etməz, səs-küy çıxarmazlar.

Qonaqlığa getmədən əvvəl ev sahibinə xəbər verilər. Qərarlaşdırılan gün və saatda gedilər. Evinə girərkən, qapının zəngini çalaraq və ya səslənərək, icazə istəyirlər! İcazə üç dəfə olar. Birincidə səs verilməzsə, bir dəqiqə qədər sonra, ikinci dəfə də səs çıxmazsa, üçüncü dəfə zəngə basmaq lazımdır, yenə səs yoxdursa, 4 rükət namaz qılacaq qədər gözlədikdən sonra getmək lazımdır! Qapı açılarsa, axtardığını soruşmadan əvvəl özünü tanıtması lazımdır. Evdə ev sahibinin göstərdiyi yerə oturular. Əşyalar, rəsmlər, kitabxanadakı kitablardan icazəsiz istifadə edilməz. Nə ikram edilərsə, sevərək qəbul edilər. Ev sahibinin o günkü halına görə kədər və ya sevincinə ortaq olunar. Onun xoşlandığı mövzulardan danışılar. Çox uzun oturulmaz. Evin içinin şəkli, əşyaların yeri və vəziyyəti tənqid  edilməz. Gedərkən icazə istənilər, təşəkkür edilər, dua etməsi istənilər və bizə də buyurun, deyilər.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину