Facebook Twitter WhatsApp

Baş sağlığı vermək

Sual: Müsəlmanın cənazəsi olanda nə etmək lazımdır?

CAVAB

Baş sağlığı verməli, yəni səbr etməsini söyləməli və cənazəsinin xidmətinə tələsmək lazımdır.

Bir hədisi-şərifdə buyuruldu ki:

“Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: Salamını almaq, xəstələnəndə ziyarət etmək, cənazəsinə getmək, dəvətini qəbul etmək, asqırıb əlhamdülillah dediyi vaxt, yərhamükəllah deməkdir.” [Müslim]

Cənazə sahiblərindən böyük-kiçik kişilərə və qoca qadınlara rast gələndə baş sağlığı vermək, yəni, başın sağ olsun, demək kimi, səbr tövsiyə etmək müstəhəbdir. Baş sağlığı üçün, “Azamallahü əcrək və əhsənə əzaək və gafəra liməyyitik” deyilir ki, “Allahu təala savabını, dərəcəni artırsın və gözəl səbr etməyini nəsib etsin və meyidinin [ölünün] günahlarını əfv etsin” deməkdir.

Müsibətə uğrayanı təsəlli etmək lazımdır. Bir hədisi-şərifdə buyuruldu ki:

“Uşağı ölən kimsəni təsəlli edənə Cənnət əbası verilir. Müsibətə uğrayanı təsəlli edən onun savabı qədər savab qazanar.” [Tirmizi]

Rəsulullahın baş sağlığı

Rəsulullah əfəndimizin baş sağlığı məktubu belədir:

Allahu təala sənə salamatlıq versin! Ona həmd edirəm. Hər kəsə yaxşılıq və zərər yalnız Ondan gəlir. Allahu təala sənə çox savab versin. Səbr etməyini nəsib etsin! Onun nemətlərinə şükr etməyinizi ehsan etsin! Yaxşı bilməliyik ki, öz varlığımız, mal, sərvət, qadın və uşaqlarımız Allahu təalanın saysız nemətlərindən, şirin və faydalı ehsanlarındandır.

Bu nemətləri bizdə sonsuz qalmaq üçün deyil, əmanət kimi istifadə etmək, sonra geri almaq üçün vermişdir. Bunlardan müəyyən bir zamanda istifadə edirik. Vaxtı gələndə hamısını geri alacaqdır.

Allahu təala nemətlərini bizə verərək sevdindirdiyi vaxt, şükr etməyimizi, vaxtı gəlib geri alanda da səbr etməyimizi əmr eylədi.

Sənin bu oğlun Allahu təalanın şirin, faydalı nemətlərindən idi. Geri almaq üçün sənə əmanət vermişdi. İndi geri alarkən də sənə çox savab, yaxşılıq verəcək, acıyaraq, doğru yolda  getməyini, yüksəlməyini ehsan edəcəkdir.

Bu ehsana çata bilmək üçün səbr etmək, Onun etdiyini xoş qarşılamaq lazımdır! Əgər hirslənər, qışqırar, çığırarsan, savaba qovuşa bilməz və sonunda peşman olarsan.

Yaxşı bil ki, ağlamaq, sızlamaq, bəlanı geri çevirməz, kədəri dağıtmaz. Qədərdə olanlar başa gələcəkdir. Səbr etmək, olmuş bitmiş şeyə hirslənməmək lazımdır. Allahu təala hamınıza salamatlıq versin!

Sual: Cənazə dəfn edildikdən sonra qəbiristanlıqda olanların cənazə sahiblərinə baş sağlığı vermələri bidətdirmi?

CAVAB

Bidət deyildir.

Sual: Ölü üçün neçə günə qədər baş sağlığı vermək uyğun olar?

CAVAB

Üç gündən sonra baş sağlığı vermək məkruhdur. Ancaq uzaqda olanlar və yaxında olub gec xəbər alanlar üçün məkruh olmaz.

Sual: Bəzi yerlərdə cənazə çıxan evə girən hər kəs Fatihə oxuyur. Hər kəsin Fatihə oxuyub ölüyə bağışlamağı bidətdirmi?

CAVAB

Adətdə bidət olduğu üçün caizdir.

Sual: Ölü sahibinin baş sağlığını qəbul üçün evdə üç gün qalması lazımdırmı?

CAVAB

Qalması caizdir, amma qalmaması yaxşıdır. İbni Abidin həzrətləri, “Ölü sahibinin baş sağlığı üçün evində oturması məkruh, qəbirstanlıqdan çıxarkən baş sağlığı məkruh deyildir” buyurur.

Sual: Ölünü baş sağlığına gələnləri bir şeylərə qonaq etmək caizdirmi?

CAVAB

Evə gələni bir şeyə qonaq etmək adətdir, caizdir.

Sual: Baş sağlığı üçün uzaqdan gələn qonağa yemək yedirmək caizdirmi?

CAVAB

Bəli.

Sual: Ölü evinə gətirilən yeməkləri xarab olmaması üçün baş sağlığına gələnlərə vermək caizdirmi?

CAVAB

Kasıba vermək savabdır. Ölünün ruhuna bağışlanar.

Sual: Baş sağlığı məktub ilə də olarmı?

CAVAB

Bəli olar.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину