Sual: Çox gəyirirəm. Nə etməyim lazımdır?
CAVAB
Gəyirmək çox yeməyin əlamətidir. Xəstəlik istisna olmaqla ac insan gəyirməz. Hədisi-şəriflərdə buyuruldu ki:
“Gəyirməni qısalt. Çünki bu dünyada çox doyan, axirətdə çox aclıq çəkər.” [Hakim]
“Yanımızda gəyirmə. Dünyada çox tox olan [çox yeyib-içən], axirətdə ən uzun aclığı çəkər.” [Tirmizi]
Gəyirərkən yeməyə və ya insanlara qarşı deyil, başı başqa tərəfə çevirmək, çox səs çıxmaması üçün ağzı bağlamağa çalışmaq lazımdır!
Hədisi-şərifdə buyuruldu ki:
“Gəyirərkən, asqırarkən səsinizi yüksəltməyin.” [Beyhəqı]
В корзине: 0 шт.
на сумму: 0