Facebook Twitter WhatsApp

Qonağın vəzifələri

Sual: Qonaq ev sahibinə qarşı necə hərəkət etməsi lazımdır?

CAVAB                                

Qonağın diqqət etməsi lazım olan ədəblərdən bəziləri bunlardır:

  • Dəvətə gec qalmaması, erkən də getməməsi lazımdır. Gedərkən, bir az yeyib getmək sünnətdir. Yalnız yemək üçün deyil, ev sahibini məmnun etmək üçün getdiyi bəlli olması lazımdır!
  • Qonaq sağına-soluna baxmamalı, sıxıntı verməkdən çəkinməsi lazımdır. Ev sahibindən icazəsiz bir başqa qonağa bir şey ikram etməməsi lazımdır! Ev sahibinin göstərdiyi yerə oturmalı, icazəsiz nafilə oruc tutmamalı və ev sahibi təklif etmədən imam olmaması lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:

“Qonaq, evin baş küncündə oturmasın!” [Müslim]

“Qonaq, ev sahibindən icazəsiz [nafilə] oruc tutmasın və göstərilən yerə otursun! Çünki ev sahibi evinin adətini daha yaxşı bilir.” [İbni Asakir]

“Qonaq ev sahibinə imam olmasın!” [Tirmizi]

  • Süfrəyə ədəbli bir şəkildə oturması və bu ədəbi sonuna qədər mühafizə etməyə çalışması lazımdır! Rəsuli Əkrəm əfəndimiz yer süfrəsinə bəzən diz çökər, bəzən də sağ ayağını bükərək sol ayağı üzərinə oturub buyurardı ki:

“Yemək yeyərkən söykənməm! Mən Allahın quluyam, qul necə yeyərsə elə yeyər, elə oturaram.” [Buxari]

Yemək yeyərkən söykənmək günah deyildir. Başqalarının yanında səbəbsiz söykənmək ədəbə ziddir.

  • Gələn yeməkdə qüsur tapmamaq lazımdır. Bir qüsuru olsa da deməmək lazımdır. Məsələn, yeməyin duzu çox və ya az olsa, yaxud yeməkdən xoşlanmasa, bir şey deməməsi, bəyənmədiyini bəlli etməməsi lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

“Qonağın gələn yeməyi bəyənməməsi, ona şər olaraq bəs edər.” [İbni Əbiddünya]

  • Qonaq, arzu etdiyi şeyləri istəməməli, gələn ilə kifayətlənməli, “bu varmı?” deyə bəlli bir yemək istəməməlidir! Əgər ev sahibi bir neçə yemək adı sayıb, “hansını hazırlayaq?” deyə soruşarsa, əziyyətsiz, sıxıntıya salmayacaq şəkildə hər zaman asan, ucuz və zəhmətsiz olanını seçməsi lazımdır! Peyğəmbər əfəndimiz seçim qarşısında qaldığı zaman iki şeydən daim yüngülünü, asan olanını seçərdi. (Buxari)

Atalarımız, “Qonaq umduğunu deyil, tapdığını yeyər” buyurmuşdur. Çörəyə hörmət etmək lazımdır. Çörəyə hörmət ona əlavə bir şey istəməməkdir. İnsanı sağlam saxlayan və ibadət etməyə imkan verən hər yemək bərəkətdir, onu bəyənməmək doğru olmaz. Yalnız çörəklə sirkə verilsə də  xor baxmamaq lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:

“Bir evdə çörəyə əlavə olaraq sirkə varsa, bu ev yoxsul sayılmaz.” [Tirmizi]

“Ya Rəbbi, sirkəyə bərəkət ver. Sirkə nə gözəl nemətdir. Məndən əvvəlki ənbiyanın əlavəsi də sirkə idi. Sirkə olan evin başqa əlavəyə ehtiyacı yoxdur.” [İbni Macə]

  • Ev sahibinin və ya oradakı digər qonaqların xoşuna gəlməyəcək hərəkətlər etməməli, iyrəndirəcək hərəkət və sözlərdən çəkinmək lazımdır.
  • Dini inanışı, siyasi görüşü fərqli olsa da ev sahibini və ya oradakıları üzəcək sözlər söyləməmək lazımdır.
  • Qonaq lazımi şəkildə ikram edilməmiş olsa da, könül xoşluğu ilə və məmnuniyyətini ifadə edəcək şəkildə ayrılması lazımdır! Məsələn “Çox məmnun olduq, Allah razı olsun, evinizdə oruclular iftar etsin, yeməyinizi yaxşı insanlar yesin!” kimi dua etməsi sünnətdir. (Tirmizi)

Peyğəmbər əfəndimiz, özü ev sahibinə ən gözəl dualar edər və müsəlmanlara da, “Ev sahibinə bərəkətlə dua edin” buyurardı. (Beyhəqı)

Belə etmək, çox az da olsa bir yaxşılığı kiçik görməmək gözəl əxlaqın əlamətidir. Hədisi-şərifdə buyuruldu ki:

“Mömin, gözəl əxlaqı ilə gündüz orucla, gecəni ibadətlə keçirənlərin dərəcəsinə yüksələr.” [Tirmizi]

  • Ev sahibindən icazəsiz və ya xəbərsiz evi tərk etməmək lazımdır! Peyğəmbər əfəndimiz belə xəbərsiz getməyi heç uyğun görməzdi. Gedərkən də yenə ev sahibinə dua etmək lazımdır.

Hədisi-şərifdə buyuruldu ki:

“Xudahafiz demədən ayrılan qonaq oğru olaraq girmiş, soyğunçu olaraq çıxmış sayılır.”  [İ.Qəzali]

  • Qalmaq üçün gedən qonaq ev sahibinə əziyyət verməmək üçün zərurət yoxsa, üç gündən çox qalmamağa, yük olmamağa səy göstərməsi lazımdır!

Əgər ev sahibi səmimi olaraq təkid edərsə, daha çox qalmaq olar. Hədisi-şərifdə buyuruldu ki:

“Qonaqlıq üç gündür. Çoxu sədəqədir. Qonağın ev sahibini sıxacaq qədər çox qalması halal deyildir.” [Buxari]

Qonaq ikən

Sual: Qonaq olduğumuz evdə yerə düşən şeyi özümüz təmizləməyə çalışsaq uyğun olar?

CAVAB

Ev sahibi, təmizliyimi bəyənmədi, evimi təmizləyir, deyə kədərlənib xəcalətli ola bilər. Ev sahibi kədərlənməyəcəksə, ondan icazə alınarsa, zərəri olmaz.

Qonağın ev işinə qarışması

Sual: Evimizə gələn qonaqlardan bir qismi bizə yaxşılıq olsun deyə, mətbəximizə icazəsiz girir, stəkanları gətirir, süfrə salır, çay qoyur, çox işıq yanır deyə bir qismini söndürür və ya ehtiyac var deyə bəzilərini yandırır, evi süpürür. Qısacası evin qadını kimi hər işi etməyə çalışır. Ev sahibindən icazəsiz bunları etməsi doğrudurmu?

CAVAB

Heç doğru deyildir. Belələri üçün atalarımız, “Axmaq qonaq, ev sahibini ağırlar” buyurur. Qonaq ev sahibindən icazəsiz iş edə bilməz. Kömək edəcəksə, mütləq əvvəl icazə alması lazımdır. Ev sahibi oradakı qonaqların əmiridir. Bir hədisi-şərif:

“Bir camaat bir yerə qonaq gedərsə, o evdən gedənə qədər ev sahibi o camaatın əmiri olar, ona itaət vacib olar.” [Deyləmi]

Buradakı vacib fərz deməkdir. Ev sahibinin razılığına zidd iş etmək günah olar. Ev sahibi istəmirsə, qonaq xidmət edə bilməz.

Qadınlarda olduğu kimi, kişilər arasında da ev sahibinin işinə qarışanlar olur. Məsələn, qonaq olaraq gəldiyi evdə icazə almadan imamlığa keçir. Çox bilgili olsa belə elə etməsi səhvdir. Bir hədisi-şərif:

“Bir yerə ziyarətə gedən onlara imamlıq etməsin!” [Tirmizi]

Bir evdə ev sahibi imam olar və ya imamı o təyin edər.

Qonağın da ev sahibinin də vəzifəsini bilməsi lazımdır, birini üzəcək hal və hərəkətlərdən çəkinməsi lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину