Sual: Bərəkət, bərəkətsizlik nə deməkdir?
CAVAB
Bərəkət, az malın çox faydalı olması, çox işə yaraması deməkdir. Az bir mal bərəkətli olanda çox kimsənin rahat etməsinə, çox yaxşı işlərin edilməsinə yarayar. Bərəkətli olmayan çox mal vardır ki, sahibinin dünyada və axirətdə fəlakətinə səbəb olar. O halda malın çox olmasını deyil, bərəkətli olmasını istəmək lazımdır!
Ruzi heç dəyişməz, azalmaz və çoxalmaz. Kimsə kimsənin ruzisini yeyə bilməz. Heç kim öz ruzisini yeyib bitirmədən ölməz. Bir kimsə Allahu təala əmr etdiyi üçün çalışar, ruzisini halal yoldan axtararsa, əzəldə bəlli olan ruzisinə qovuşar. Bu ruzi ona bərəkətli olar. Əgər, ruzisini Allahu təalanın qadağan etdiyi yerlərdə axtararsa, yenə əzəldə ayrılmış olan o bəlli ruziyə qovuşar. Fəqət, bu ruzi ona xeyirsiz, bərəkətsiz olar. Ruzisinə qovuşmaq üçün qazandığı günahlar da onu fəlakətlərə sürükləyər.
İslam alimləri buyurdu ki:
“Evdə Mushaf saxlamaq bərəkətdir. Yaxşılıq edənin malı bərəkətli olar. Əshabı-Kəhfin və Əshabı-Bədrin adları yazılı kağızı evdə və üstündə daşımaqda bərəkət vardır. Tarlanı dəstəmazsız sürmək bərəkətsizliyə səbəbdir. Ustasına hörmət etməyənin də qazancının bərəkəti olmaz. Səhər vaxtı qalxmaq bərəkətdir.”
Hədisi-şəriflərdə buyuruldu ki:
“Yeməyi, birlik olaraq yeməkdə bərəkət vardır.” [İbni Macə]
“Bəsmələ ilə yeyilən yemək bərəkətli olar.” [İbni Macə]
“Bərəkət yeməyin ortasına enər. Onun üçün kənarından yeyin, ortasından yeməyin!” [Tirmizi]
“Sahurda və sahur yeməyində bərəkət vardır.” [Tabərani]
“Yeməkdən əvvəl və sonra əlini yuyanın evinin bərəkəti artar!” [İ.E.Şeybə]
“İsti yeməkdə bərəkət olmaz.” [Deyləmi]
“Balda bərəkət və şəfa vardır.” [T.Gafilin]
“Sirkədə, xurmada, süddə bərəkət vardır.” [İbni Macə]
“Ruzisinə razı olanın bərəkəti artar, razı olmayanınki bərəkətsiz olar.” [Əhməd]
“Alış-veridə çox and içmək malın bərəkətini aradan qaldırar.” [Müslim]
“Ticarətdə bərəkət vardır, ticarətə yalan, xəyanət qarışanda bərəkət gedər.” [Buxari]
“Bərəkət böyüklərinizdədir.” [İ.Rafii]
“İlk uşağının qız olması qadının bərəkətindəndir.” [İbni Asakir]
“Qız uşağı bərəkətlidir.” [Deyləmi]
“Uşaqsız ev bərəkətsiz olar.” [Əbuşşeyh]
“Evinə girəndə ev xalqına salam ver ki, evin yaxşılığı və bərəkəti artsın!” [Haraiti]
“Dua ömrün bərəkətini artırar.” [Tirmizi]
“Quran oxunan evin bərəkəti artar. Quran oxunmayan ev bərəkətsiz olar.” [Darimi]
“Qonaq, min bərəkət və min rəhmətlə gələr.” [Nisab-ül ahbar]
“Evindən erkən çıxanın işi bərəkətli olar.” [Bəzzar]
“Yola çıxarkən yoldaşı ilə vidalaşan onların duaları ilə bərəkətə qovuşar.” [Deyləmi]
“Ana-atasına xidmət edənin ömrü bərəkətli, onlara qarşı gələninki bərəkətsiz olar.” [İ.Əxlaqı]
“Muhamməd adlı kimsə olan ev və yerdə bərəkət olar.” [Deyləmi]
“Sübh namazının sünnətini evdə qılmaq ruzinin bərəkətinə səbəb olar.” [İmad-ül-islam]
“Namaz qılanın ruzisi bərəkətli olar.” [M.Cennə]
“Vədəli alış-verişdə, borc verməkdə və arpa qarışmış çörəkdə bərəkət vardır.” [İbni Macə]
“Evdə zibil olması bərəkətsizliyə səbəbdir.” [Deyləmi]
“Müğənni və faizçilərin qazancında bərəkət olmaz.” [Deyləmi]
“Bir cəmiyyətdə biri söyləyərkən digərləri susmazsa ora bərəkətsiz olar.” [Beyhəqı]
Zibili bağlı saxlamaq
Sual:Evdə zibilin saxlanması bərəkətsizliyə səbəb olduğu bildirilir. Zibil qutusunun ağzını bağlayarsaq yenə də bərəkətsizliyə səbəb olarmı?
CAVAB
Zibil açıqda deyilsə, bağlı bir qabda isə, görünmürsə, bərəkətsizliyə səbəb olmaz.
В корзине: 0 шт.
на сумму: 0