Sual: Quranda, “Kafirlərin qəlblərini möhürlədik, onlar görə bilməz, eşidə bilməz və anlaya bilməzlər” buyurulur. Qəlbləri möhürləndiyi üçün kafirlər iman edə bilməz. İman etməmələri öz əllərində olmadığına görə, niyə axirətdə cəzalandırılacaqlar?
CAVAB
Bu sual qəza və qədəri bilməməkdən irəli gəlir. Allahü təala heç kimə zülüm etməz, heç kimi haqsız yerə Cəhənnəmə atmaz. Allahü təala əzəli elmi ilə onların kafir olacaqlarını bilirdi. Necə olsa kafir olacaqlar deyə, onları dünyaya göndərmədən Cəhənnəmə atsaydı, “Bizi dünyaya gətirsəydin, biz çox yaxşı əməllər edərdik” deyəcəkdilər. Ona görə onlar dünyaya gətirilir, onlara ağıl verilir, bərabər şərtlərdə imtahan edilir. Dağda, çöldə qalıb xəbəri olmayanları eyni imtahanı etmir. İnanmayacaqlarını əzəli elmi ilə bildiyi üçün, “Onlara nə söylənsə iman etməzlər” deyilir. Allahü təala əzəli elmi ilə bilir ki, onlar öz iradələriylə küfrə girəcəklər. Buna görə, “Qəlbləri möhürlü və kafir olaraq öləcəklər” deyilir. Cənab Haqqın onların kafir olaraq öləcəklərini bilməsi, kafir olaraq ölmələrini gərəkdirmir. Azad istəklərilə kafir olurlar. Bir neçə ayə məali:
“Allah onların qəlblərini də, qulaqlarını da möhürləmişdir. Gözlərində də pərdə var.” [Bəqərə 7]
“Onlar kar, lal və kordurlar, bu hallarından peşman olub iman etməzlər.” [Bəqərə 18]
“Qəlblərini möhürləyirik, onlar eşitməzlər.” [Əraf 100]
“Qəlbləri var, amma anlamazlar, gözləri var, amma görməzlər; qulaqları var, amma eşitməzlər. Bunlar heyvan kimidirlər, hətta daha da alçaqdırlar.” [Əraf 179]
“Onları doğru yola çağırsan eşitməzlər. Sənə baxarlar, amma görməzlər.” [Əraf 198]
“[Müşriklər, Rəsulullaha] dedilər ki: Dəvət etdiyin şeyə [İslamiyyətə] qarşı qəlblərimiz qapalıdır, qulaqlarımızda da bir ağırlıq [karlıq] var. Səninlə anlaşmamıza əngəl olan bir də pərdə [küfür pərdəsi] vardır.” [Fussilət 5]
“Onların qəlblərinə möhür vuruldu. Buna görə anlamırlar.” [Tövbə 87, Münafiqun 3]
Kar, lal, kor, qəlbi möhürlü ifadələri nə deməkdir? Qısaca izah edək:
Onlar, kardırlar eşitməzlər: Nəyi eşitməzlər? Haqqı eşitməzlər. Azanı eşitməzlər, Əhli-sünnət alimlərinin bildirdiyi bilgiləri eşitməzlər. Axirət üçün faydalı olan heç bir şeyi eşitməzlər.
Laldırlar, danışa bilməzlər: Nəyi söyləyə bilməzlər? Kəlimeyi-şəhadəti söyləməzlər, Allaha inanmazlar. “Kainatın bir yaradıcısı vardır” deməzlər. Haqq olan həqiqətlərin hamısını inkar edib söyləməzlər.
Kordurlar, görməzlər: Nəyi görməzlər? Haqq olan heç bir şeyi görə bilməzlər. Məsələn, Günəşi görə bilməzlər. Əgər görsələr, “Bu Günəşin hərarəti niyə heç bitmir, niyə dünyaya çox yaxınlaşmır, niyə dünyadan uzaqlaşmır? Deməli, bir yaradıcısı vardır” deyə düşünmələri lazımdır. Saysız heyvan növlərini, bitkiləri və göylərdəki nizamı görə bilmədikləri kimi, öz bədənlərindəki xariqələri də görə bilmirlər. Məscidləri, Cənnətə gedən yolları, Əhli-sünnət alimlərini və kitablarını görməzlər, görə bilməzlər. Bunun kimi ibrətamiz varlıqları, hadisələri görə bilmirlər.
Qəlbləri möhürlüdür, anlaya bilməzlər: Qəlbləri niyə möhürlüdür, nələri anlamırlar? Yaxşını-pisi, imanı-küfrü, xeyri-şəri, qazancı-zərəri, faydalını-zərərlini, Cənnəti-Cəhənnəmi, dostu-düşməni anlaya bilməzlər. Anlama yeri olan qəlbləri qıfıllıdır, qapalıdır. Göz, nə qədər baxırsa-baxsın, qulaq nə qədər açıq olursa-olsun, əgər içərisində bir eşitmə və ya görmə işi olmasa, baxsa da görməz, eşitsə də qulaq asmaz, çünki eşitdirən qulaq deyil, Cənab Haqdır.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0