Facebook Twitter WhatsApp

İmanın əlaməti

Sual: İnsan, özünün mömin olduğunu bilə bilər mi? İmanın əlaməti nədir?
CAVAB
İman, Amentüdə bildirilən altı əsasa inanmaqdır. Hədis-i şərifdə buyurulur ki:
(İman; Allaha, mələklərə, kitablara, peyğəmbərlərə, axirət gününə, [yəni Qiyamətə, Cənnətə, Cəhənnəmə, hesaba, mizana], qədərə, xeyirin və şərin Allahdan olduğuna, ölümə, öldükdən sonra dirilməyə, inanmaqdır. Allahdan başqa ilah olmadığına və mənim Onun qulu və elçisi olduğuma şahidlik etməkdir.) [Buxari, Müslim, Nəsai] (Bunları ürək ilə təsdiq etmək də şərtdir.)

İmanın qüvvətli olmasının əlamətləri çoxdur. Bu xüsusdakı hədisi-şəriflərdən bir neçəsi belədir:
(İmanı ən qüvvətli mömin, gözəl əxlaqlı olandır. Yanına hər kəs asanca yaxınlaşar, gələni gedəni çox olar. Hər kəslə yaxşı dolanar. Ətrafındakılarla yaxşı dolana bilməyən də xeyir yoxdur.) [Taberani]

(Harada olursa olsun, Allahu təalanı unutmayanın imanı qüvvətlidir.) [Beyhəki]

(Allah və Rəsulunu hər şeydən çox sevən, sevdiyini tək Allah razılığı üçün sevən və atəşə düşməkdən çox, küfrə düşməkdən qorxan imanın dadını tapar.) [Buxari]

(Bir-birinizi sevmədikcə, iman etmiş olmazsınız.) [Taberani]

(Həya imandandır.) [Buxari]

(Təmizlik imanın yarısıdır.) [Müslim]

(Əhdə vəfa [sözündə durmaq] imandandır.) [Hakim]

(Öz əleyhinə də olsa ədalətli davranmaq imandandır.) [Bəzzar]

(Müsibətə səbr etmək imandandır.) [Bəzzar]

(İman çılpaqdır. Paltarı təqva, bəzəyi həyadır, sərmayəsi fiqh, meyvəsi isə əməldir.) [Deylemi]

(İmanın yetmişə yaxın şöbəsi var. Ən üstünü "La ilahə illəllah", ən aşağısı da, yolda çətinlik verən bir şeyi qaldırmaqdır. Həya da imandan bir şöbədir.) [Tirmizi]

(İman, namaz deməkdir. Namazı etina ilə, vaxtına, sünnəsinə [və digər şərtlərinə] riayət edərək qılan mömindir.) [İ. Nəccar]

(İmandan olan üç şey: Darlıqda sərf etmək [Xeyirə xərcləmək], rast gəldiyi müsəlmana salam vermək və öz əleyhinə də olsa ədalətli davranmaq.) [Nəsai]

(Bu kimsənin imanı qüvvətlidir: Allah üçün etdiyi işlərdə tanınmaqdan heç qorxmaz, nümayişdən uzaq əməl işlər, iki işdən biri axirətə, digəri də dünyaya faydalı olsa, axirətə faydalı olanı seçər.) [Deylemi]

(Pisləyən, lənət edən,söyüşlə danışan və həyasız olan mömin-i kamil deyil.) [Buxari]

(Məni övladından, ana-atasından və bütün insanlardan daha çox sevməyən, iman etmiş olmaz.) [Buxari]

(Öz istədiyini insanlar üçün də istəməyən, imana qovuşa bilməz.) [Əbu Yala]

Üst qisimdəki hədis-i şəriflərə baxınca təmiz olan hər kəs imanlı olar kimi yalnış anlaşılar. Halbuki bir kafir də təmiz ola bilər. Bir kafir də həyalı ola bilər. Bir kafir də ədalətli davrana bilər. Bir kafir də bəzəkdən qaça bilər. Hədisləri alimlərin şərhləri ilə oxumaq lazımdır. Biz oxusaq səhv başa düşürük.

Günah üçün də vəziyyət eynidir. Günah işləyənə kafir deyilməz. (Söz daşıyan Cənnətə girməz) hədisindən məqsəd, günahının cəzasını çəkmədən yaxud əfvə, şəfaətə kavuşmadan girə bilməz deməkdir. (Qeybət edən Cəhənnəmlikdir) hədisindən məqsəd, savabları günahlarından az olsa, qeybət Cəhənnəmə aparar deməkdir.

(Ürəyində zərrə qədər qürur olan, Cənnətə girə bilməz) hədisindən məqsəd, günahının cəzasını çəkmədən yaxud əfvə, şəfaətə kavuşmadan Cənnətə girə bilməz deməkdir.

Yenə hədis-i şərifdə, möminin hər günahı edə biləcəyi, üç şeyi edə bilməyəcəyi, bunlardan birinin də yalan olduğu bildirilmişdir. Hədis-i şərifdən zahirə görə, yalan söyləyənin mömin olmadığı aydın olar. Kamil mömin deyil deməkdir. Ayrıca yalanın münafiqlik əlaməti olduğu bildirilmişdir. Yalan danışan münafiq deyil, lakin münafiqlik əlamətindən birini işləmiş olar.

Bir şəxs, (Ya Rəsulullah, ana-ata, övladına zülm etsə də razılıqlarını almayan Cəhənnəmə girər mi) deyə soruşduqda, cavab olaraq 3 dəfə (Bəli zülm etsələr də razılıqlarını almayan Cəhənnəmə girər) buyurdu. Sanki buradan ana atasının razılığını etməyən kafir kimi aydın olur. Halbuki elə deyil. Günahlarının cəzasını çəkmədən Cənnətə girə bilməz deməkdir.

(Xəsis, Cənnətə girməz), (Xəsislik küfrdür) kimi hədis-i şərifləri şərhi ilə birlikdə oxumalıdır. Açıqlaması oxunsa səhv anlamağa səbəb olar. Xəsislik hər nə qədər pis əxlaqdan isə də, imansızlıq deyil. (Xəsis, günahının cəzasını çəkmədikcə Cənnətə girə bilməz) deməkdir. Hətta savabı günahından çox gəlirsə, Cəhənnəmə girmədən də Cənnətə gedər. Əfvə və şəfaətə uğrayaraq da Cənnətə gedə bilər.

Doğru imanın əlaməti
İmam-ı Rəbbani həzrətləri buyurur ki:
Doğru imanın əlaməti, kafirləri düşmən bilib, onlara məxsus olan və kafirlik əlaməti olan şeyləri etməməkdir; çünki İslam ilə küfr, bir-birinin əksinədir. Bunlardan birinə qiymət vermək, digərinə təhqir və pisləmək olar. Allahın düşmənlərini sevmək və onlarla qaynaşma, insanı Allaha düşmən olmağa sürüyər. Bir adam, özünü Müsəlman zənn edər. Kəlime-i tövhidi söyləyər, inanıram deyər. Namaz qılar və ibadət edər. Halbuki bilməz ki, Allahın dostlarını sevməmək və ya Allahın düşmənlərini sevmək onun imanını yox edər. (1/163)

Ayəti-kərimələrdə tərcümə olaraq buyurulur ki:
(Allaha və qiyamət gününə iman edənlər; ataları, qardaşları və qohumu olsa da, Allahın və Rəsulunun düşmənlərini sevməz.) [Mübarizə 22]

(Ey iman edənlər, mənə və sizə düşmən olanları dost tutmayın, sevməyin!) [Mumtəhinə 1]

Hədis-i şəriflərdə də buyuruldu ki:
(Üç şey imanın ləzzətini artırar: Allah və Rəsulunu hər şeydən çox sevmək, özünü sevməyən müsəlmanı Allah razılığı üçün sevmək və Allahın düşmənlərini sevməmək.) [Taberani]

(İmanın ən möhkəm təməli və ən qüvvətli əlaməti, hubb-i fillah, buğdi-i fillahtır.) [Əbu Davud](Buğz, sevməmək, düşmənlik deməkdir. Buğdi-fillah, Allah üçün sevməmək, Allah üçün düşmənlik etmək deməkdir. Zidd olan Hubb-i fillah, Allah üçün sevmək, Allah üçün dost olmaq deməkdir.)

(Allahın düşmənlərini düşmən bilməyən, həqiqi iman etmiş olmaz.) [İ. Əhməd]

(Allahın dostunu sevən, düşmənini düşmən bilənin imanı kamil olar.) [Əbu Davud]

Kim imanlıdır?
Sual: Bir insan, özünün və ya başqasının imanlı olub olmadığını anlaya bilər mi?
CAVAB
Bəli, anlaya. Bir hədis-i şərif tərcüməsi belədir:
(Savabı işləyincə sevinən, günah işləyincə kədərlənən mömindir.) [Tirmizi]

Namaz qılırsa, imanlı olduğu aydın olar. Allahdan qorxub, bir günahı buraxmışsa, bu da iman əlamətidir. Yaxud günah işləyəndə kədərlənmişsə, bu da imanlı olduğunu göstərir.

Müsəlmanları sevir, din düşmənlərini, sevmirsə bu da iman əlamətidir.

Bir başqa hədis-i şərif tərcüməsi də belədir:
(Allahı sevən, iman sahibidir.) [Deylemi]

Allahı sevmək demək, Onun dostlarını dost, düşmənlərini düşmən bilməkdir. İmanın əlaməti, hubb-i fillah, buğdi-i fillahtır. İmanlı olub olmamaq buradan müəyyən olar. Məsələn bir kimsə, saleh müsəlmanları sevir, kafirləri, bidət əhlini sevmirsə, o adamın iman sahibi olduğu aydın olar. Allahu təalanın əmr və qadağalarına da əməl edirsə, artıq onun müsəlman olduğuna heç şübhə qalmaz.