Facebook Twitter WhatsApp

Yeni il qeyd etmək və Milad

Sual: Yeni il və Milad haqqında məlumat verə bilərsinizmi? Yeni ili qeyd etmək olarmı?
CAVAB
Yeni il ilə Milad  bir-birindən fərqlidir, lakin Milad şənliklərinin davamı sayıldığına görə yeni il gecəsi onlar kimi əylənmək, şam ağacı kəsib evi şam ağacıyla bəzəmək caiz olmaz. Çünki bayramlarında onlar kimi əylənmək, onlara bənzəmək sayılır.

Din kitablarında buyurulur ki:
Milad günü və gecəsində kafirlərin pasxa və bayramlarında onlar kimi bayram keçirən küfrə girər.

Yeni il münasibətilə Azərbaycanın, Türkiyənin və dünyanın müxtəlif yerlərində milyonlarla şam fidanı Milad xürafəsi uğruna kəsilib məhv edilməkdədir. Xristian ölkələrdə olduğu kimi, Müsəlman ölkələrdə də bu cinayətlər işlənməməlidir. Xristianlara bənzəməmək üçün Yeni il gecəsi hinduşka yeməmək lazımdır! Yeyilərsə, məkruh olar. Bir neçə gün sonra yemək olar. Qumar, loto oynamaq kimi oyunlar isə hər bir halda, hər zaman caiz deyildir. Bu gecə qeyri-müsəlmanlara bənzəmək niyyətilə çeşidli ərzaq və içkilər almaq da caiz olmaz.

Hər zaman nə alırıqsa onları almaqda zərər yoxdur. Bu gecəyə ayrı bir əhəmiyyət verilməməlidir.

Yalnız Xristianların deyil, Yəhudilərin və bütün batil dinlərin ibadətlərini etmək onlara bənzəmək sayılır. Məsələn, 21 Martı Novruz Bayramı deyərək qeyd etmək də belədir. Kafirlərin ibadətləri və çirkin işləri xaric, mübah olan adətlərini etməkdə zərər yoxdur. Yəni onlara bənzəmiş sayılmarıq.

Miladı qeyd etmək əsla caiz deyildir. Bir zərurət olarsa caiz olar. Məsələn, dövlətlərarası protokolda zərurət olduğu üçün qeyd etmək caiz olar. Lakin Milad ilə əlaqəsi olmayan Yeni ildə bir Müsəlmana təbrik kartı yazıb, yeni bir ilin insanlıq üçün, Müsəlmanlar üçün xeyirli olmasını diləmək günah deyildir. Yaxud, “yeni ilini təbrik edirəm” deyənə, “mən də təbrik edirəm” demək günah olmaz. Bu incəliyi anlamaq lazımdır!

Müsəlman hər gecə nə edirsə, bu gecə də onları etməlidir! Sanki mübarək gecə imiş kimi mövlud, kitab oxumaq, məclislər təşkil etmək doğru deyildir. Bu gecənin digər gecələrdən fərqi yoxdur. Bu gecəyə dəyər verirmiş kimi hərəkət etmək doğru deyildir. Müsəlman hər gecə nə edirsə, bu gecə də onları etməlidir!

Miladı qeyd etmək
Sual: Bir yazıçı, “Xristianların öz bayramlarını qeyd etmələri onların haqlarıdır. Müsəlmanlar da qarşılıqlı hörmət çərçivəsində sülh içində yaşadıqları Əhli-kitabın sevincinə qatılır, onların bayramlarını qeyd edirlər. Bunda hər hansı bir yalnışlıq görmürəm” deyir. Bu küfür deyilmi? Dinimizdə qeyri-müsəlmanların bayramlarını qeyd etmək caizdirmi?
CAVAB
Qətiyyən caiz deyildir. Bu xüsusda din kitablarında deyilir ki:
Məcusilərin bayramları olan Novruz və Mehrican günü şərəfinə bir şey vermək caiz deyildir. Bu günlərin adlarını söyləyərək və ya niyyət edərək bir şey hədiyyə etmək haramdır. Bu günlərə dəyər verərək hədiyyə vermək kafir olmağa səbəb olar, çünki bu günlərə müşriklər dəyər verir. Əbül Hafsı Kəbir deyir ki: Bir Müsəlman Allahü təalaya əlli il ibadət etsə, sonra bir müşrikə Novruz günü şərəfinə yumurta hədiyyə etsə kafir olar. Əgər bir Müsəlmana hədiyyə edib və bu günə dəyər verməyərək, adətə uyaraq verərsə kafir olmaz. Başqa bir gün almadığı bir şeyi o gün satın alarsa, o günə dəyər vermişsə kafir olar. Dəyər verməyib, yalnız yeyib-içmək üçün almışsa kafir olmaz. (Dürrül-muxtar 5 /481)

Bəzzaziyyədə, “Novruz günü Məcusilərin bayramıdır. O gün Məcusilərin yanına gedib, onların etdiklərini etmək küfürdür” deyilir. Miladda, kafirlərin pasxa və bayramlarında onlar kimi bayram edən də kafir olar. (S. Əbədiyyə)

Zünnar adlanan keşiş qurşağı bağlamaq və bütlərə, heykəllərə, məsələn, xaç deyilən İsa əleyhissalamın asılmış vəziyyəti dedikləri, bir-birinə əks kəsişən iki çubuğa sitayiş etmək, boynuna asaraq təzim etmək əmr olunan bir şeyi təhqir və təhqir etmək əmr olunan bir şeyə təzim etmək küfürdür. Bunları edənin imanı gedər, kafir olar. (Birgivi vəsiyyətnaməsi şərhi s.115, 202)

İmam Rəbbani həzrətləri buyurur ki: Hinduların bayram günlərinə [atəşə sitayiş edənlərin Novruz günlərinə və Xristianların Milad gecələrinə və digər pasxalarına] hörmət etmək və o ərəfədə onların adətlərini onlar kimi etmək şirk olar, küfrə səbəb olar. Kafirlərin bayramlarında Müsəlmanların cahilləri kafirlərin etdiklərini təkrarlayırlar və bu günləri Müsəlman bayramı zənn edirlər. Kafirlər kimi bir-birlərinə hədiyyə göndərirlər. Əşyalarını, süfrələrini kafirlərin etdikləri kimi bəzəyirlər. O gecələri başqa gecələrdən ayırd edirlər. Bunların hamısı şirkdir, kafirlikdir. (Məktubat 3/41, S. Əbədiyyə)

İbni Abidin həzrətləri  5-ci cild istibra babında “Ehtiyac olduqda zimmiyə salam vermək və müsafəha etmək caiz olar. Hörmət üçün caiz olmaz. Kafirə hörmət küfürdür” buyurur. (S. Əbədiyyə)

Kafirə hörmət etmək, hörmətlə salam vermək, “ustadım” demək küfür olar. (Bəriqa, İ. Əxlaqı)

Yazıçı, Müsəlmanların qeyr-müsəlmanlara hörmət etməsini bildirir. Yuxarıdakı yazılardan bu cür  hörmətin də küfür olduğu aydın olmaqdadır. Xristianları məmnun etmək üçün küfrə girmək ağıllı adamın işi deyildir.

Milad gecəsinin vaxtı
Sual:
 Xristianların dini bayramı olan Milad gecəsi nə vaxtdır?

CAVAB
İsa əleyhissalam dünyada az qalıb, səmaya çıxarıldığına görə, onu da ancaq 12 həvari tanıyıb, İsəvilər az olub və əsrlərlə gizli yaşadıqlarına görə Milad gecəsi doğru anlaşılmamışdır. 25 Dekabr, 6 Yanvar və ya başqa bir gündür, dəqiq deyildir. (Təqvimi Əbüzziya)

Miladi il ən az 300 il nöqsandır, çünki İsa əleyhissalam ilə Muhamməd əleyhissalam arasındakı müddət min ildən az deyildir. (Burxanı qəti)

İsa əleyhissalamla Muhamməd əleyhissalam arasında 963 il vardır. (Məvahibi lədünniyyə)

Hicri il dəqiqdir. Miladi il doğru və dəqiq deyildir. Günü də, ili də səhvdir. (S. Əbədiyyə)

Sual: Xristianlar, Həzrəti İsanın Yeni ildə gələcəyinə inandıqları üçünmü Yeni ili qeyd edirlər?
CAVAB
Xristianların Həzrəti İsanın Yeni ildə gələcəyinə dair bir etiqadları yoxdur. Onlar Həzrəti İsanın çarmıxda öldüyünə inanırlar. “İnsanları günahdan xilas etmək üçün Tanrı oğlu İsanı öldürdü” deyirlər. Bəzən İsa əleyhissalam üçün “Oğul Tanrı”, bəzən də “Tanrı üçdür. Üç tanrı birdir” deyirlər. Bu cəfəngiyatlar da İncillərdə olunan təhrifatdan irəli gəlməkdədir. Xristianların əyləncələri, Santa Klaus dedikləri xəyali məxluq üçündür.

Qurani-kərimdə Nisə surəsinin 157 və 158-ci ayəti-kərimələrində İsa əleyhissalamın öldürülmədiyi, öldürülən [Çarmıxa çəkilən] adamın başqa biri olduğu, İsa əleyhissalamın səmaya qaldırıldığı bildirilməkdədir. Ali İmran surəsinin 54 və 55-ci ayələrində və başqa surələrdə də bu xüsusda məlumat vardır. İsa əleyhissalam Həzrəti Mehdi [və Dəccal] dövründə səmadan enəcəkdir. (Məktubatı Rəbbani c.2, m.67)

Bu xüsusdakı hədisi-şəriflərdən bir neçəsi bunlardır:
“Ruhum yeddi qüdrətində olan Allaha and içirəm ki, Məryəm oğlu İsa adil bir hakim olaraq aranıza enəcək, xaçı qıracaq, donuzu öldürəcək, cizyəni götürəcək, İslamdan başqa şeyi qəbul etməyəcəkdir.” [Buxari]

“Vallahi Məryəmin oğlu adil bir hakim olaraq enəcək, xaçı parçalayacaq, donuzu öldürəcək, kin, nifrət və həsəd aradan qalxacaqdır.” [Müslim]

“İsa enəcək, İslamiyyət yolunda savaşacaqdır. Onun dövründə Allahü təala müsəlmanlardan başqa hər kəsi həlak edəcəkdir. Dəccal da həlak olacaqdır. İsa qırx il yer üzündə yaşayacaq, sonra öləcəkdir. Cənazəsini müsəlmanlar götürəcəklər.” [Əbu Davud]

“İsa mənim yanıma dəfn ediləcəkdir.” [Tirmizi]

[İzahı: Hədisi-şəriflərdə qeyd olunan Donuzu öldürəcək demək, donuz ovuna çıxacaq demək deyildir. “Donuz əti yeməyi qadağan edəcək” deməkdir. Xaçı qıracaq, yəni Xristianlığı ləğv edəcəkdir. Başqa bir hədisi-şərifdə, “Tütəyi qıracaq” buyurulmuşdur. Yəni hər növ çalğını qadağan edəcəkdir.]

Sual: Yeni ildə xristianlara təbrik kartı yazmaq caizdirmi?
CAVAB
Yeni il üçün caizdir, Milad üçün caiz deyildir.

Sual: Bir xristian Milad günündə, əvvəlində və ya sonrasında Milad məqsədi ilə bir müsəlmana (dostuna və ya qohumuna) hədiyyə versə, o müsəlmanın bu hədiyyəni alması və istifadə etməsi caiz olarmı?
CAVAB
Milad məqsədi ilə verilməz, Yeni il məqsədi ilə verilmişdir. Milada hörmət göstərən kafir olar.

Verilən hədiyyənin zərəri yoxdur. Qidadırsa, Yeni ildən iki- üç gün sonra yemək olar.

Sual: Yeni ildə ailələr evlərində televizor seyr edib, ailə üzvlərilə oturub vaxt keçirirlər, yeyib-içirlər. Bunlardan haram işləyənlərin (məsələn, spirtli içki içən, rəqs edən, lotoreya, loto oynayan və s.) kafir olmaq təhlükəsi vardırmı? Yuxarıda sadalanan işləri etmədən normal ailə görüşlərini bu günə təsadüf etdirməyin bir zərəri vardırmı?
CAVAB
Kafir olmaq niyyətə bağlıdır. Kafirlərin Miladını qeyd etmək niyyətilə olsa küfür olar. Yeni il əyləncəsi şəklində olarsa, küfür olmaz. Əlbəttə içki, qumar olarsa, hər bir halda haramdır.

Sual: Yeni il axşamını yeni ilə qədəm qoyuruq deyə qeyd edən, hədiyyələşən, sevinən Müsəlman kafir olurmu?
CAVAB
Niyyətləri əsasdır, yeni bir il gəldi deyə sevinib hədiyyələşsələr küfür olmaz.

Sual: Bir başqasının bu gecəyə xüsusi olaraq bişirdiyi mübah yeməkləri (hinduşka kimi) yemək olarmı?
CAVAB
Xüsusi yeməkləri o gecə yemək məkruh olar. Bir neçə gün sonra yeməkdə zərər olmaz.

Hicri şəmsi və hicri qəməri təqvim
Sual:
 Hicri şəmsi ilə hicri qəməri təqvim nə deməkdir? Bunlar nə zaman başladı?

CAVAB
Hicrət əsnasında Mədinə şəhərinin Kuba kəndinə gəlindiyi 622-ci ilin 20 Sentyabr günü “Hicri şəmsi” tarixi başlanğıcı oldu. “Hicri qəməri” tarix də, o ilin Məhərrəm ayından başlayır, yəni hicri qəməri Yeni il 1 Məhərrəmdir. Hicri qəməri ilin başlanğıcı da 622-ci ilin 16 İyul tarixində idi.

Sual: Kafirləri təqlid etmək necə olur?
CAVAB
Kafirlərə ibadətdə bənzəmək haram və ya küfürdür. Amma adətlərdə bənzəmək caizdir. Təyyarəyə, qatara, avtomobilə minmək, şalvar geyinmək caizdir. Peyğəmbər əfəndimiz keşiş ayaqqabısı, yunan cübbəsi geyinmişdi. Kafirin dininə bənzəmək caiz olmaz, xaç taxmaq, keşiş qurşağı taxmaq kimi. Miladı qeyd etmək caiz deyildir. Amma Yeni il fərqlidir. Miladı qeyd edən kafir olar. Yeni ildə birisinə, yeni ilini təbrik edirəm, yeni il müsəlmanlara xeyir və bərəkət gətirsin, demək caizdir. Hər kəs üçün yeni bir ildir. Milad isə həm hər kəs üçün deyil, həm də Xristianların bayram günüdür.

Yeni il və Milad
Sual:
 Yeni il və Miladı qeyd etmək, miladi yeni il üçün təbrik kartı satmaq, yeni il üçün təbrik kartı göndərmək caizdirmi?

CAVAB
Yeni il ilə Milad fərqlidir. Milad, Xristianların dini bayramıdır. Miladı qeyd etmək qətiyyən caiz olmaz. Bir zərurət olarsa, məsələn, dövlətlərarası protokolda zərurət olduğu üçün təbrik etmək caiz olar. Bir ehtiyac olduqda, yeni ilin insanlıq üçün, Müsəlmanlar üçün xeyirli olmasını diləmək və ya “Yeni ilini təbrik edirəm” deyənə “Mən də təbrik edirəm” demək caizdir, lakin bu gecəyə fərqli yanaşmamalı, hər gecə nə ediriksə, onları etməliyik. Məsələn, bu gecə evi şam ağacıyla bəzəmək, hinduşka kəsib yemək olmaz. Təbrik kartı da yeni il üçün caizdir, Milad üçün isə zərurətsiz caiz deyildir.

Miladi Yeni ildə ibadət
Sual:
 “Miladi Yeni il gecəsi İsa əleyhissalamın doğulduğu gecədirsə, bu gecəni Quran oxuyaraq, namaz qılaraq, mövlud oxuyaraq, ilahi söyləyərək keçirmək lazımdır” deyirlər. Bu gecə dinimizdə mübarək bir gecə olaraq bildirilmədiyinə görə, mübarək gecə kimi yanaşmaq, mövlud oxumaq yanlış olmazmı?

CAVAB
Əlbəttə, yanlış olar. Hər gecə Qurani-kərim oxuyan bu gecə də oxuya bilər, amma bu gecəyə fərqli münasibət göstərməməli, hər gecə nə ediriksə, bu gecə də onu etməliyik. İsa əleyhissalamın o gecədə doğulduğu onsuz da dəqiq məlum deyildir.

Dəqiq olsa belə, dinimizin mübarək olaraq bildirmədiyi bir günə xüsusi münasibət göstərmək, mövlud oxutmaq doğru olmaz.

Yeni il hinduşkası
Sual: Miladi Yeni ildə və ya Yeni il hazırlığı olan günlərdə Miladı düşünmədən hinduşka, şam ağacı və bənzəri şeyləri alıb-satmaqda zərər vardırmı?
CAVAB
Məkruh olar. Yeni il keçdikdən sonra alıb-satmağın zərəri olmaz.

Həzrəti İsanın doğum günü
Sual: Şaxta babanı tərifləyən bir molla, “Həzrəti-İsanın doğum tarixi dəqiq məlum deyilsə də, Miladda olsa, Yeni ildə olsa, onun doğum gününü qeyd etməyi hər kəsə tövsiyyə edirik” deyir. Niyə digər peyğəmbərləri deyil, ancaq xüsusilə İsa əleyhissalamı seçmişdir? Bəlkə Miladı qeyd etmək üşün yaşıl işıqmı yandırır? Xristianlığa heyran olunmağa çalışır?
CAVAB
Gizli niyyətinin nə olduğunu bilə bilmərik. Heç bir İslam aliminin etmədiyi bir şeyi etmək bidətdir. Xristianlığa heyran olma təhlükəsi də vardır. Müsəlmanlar dinimizin əmr etmədiyi belə şeylərdən çəkinməlidir.

Həzrəti İsanın doğumu məlum deyildirmi?
Sual: Həzrəti İsanın doğum gecəsi və miladi təqvimin başlanğıcı olaraq qəbul edilən Milad gecəsi bəlli deyildirmi?
Cavab:
 İsa əleyhissalam Peyğəmbərlik vəzifəsini etməyə başladığı zaman Yəhudilərdən bəziləri onu gözlənilən Məsih qəbul etdilər. Ancaq Onun sözlərini Yunan fəlsəfəsi və bütpərəst camaatların fikirləri işığında təfsirə tabe tutdular. Beləliklə, İsa əleyhissalamın həqiqi dini dəyişdirildi. İsa əleyhissalamın yolunu öyrətmək yerinə, Onun şəxsini ucaltmaq təşəbbüsləri bu dəyişikliyin ilk işarələri idi. Dr. Morton Scott Enslin, Christian Beginnings kitabında deyir ki:

“İsa əleyhissalamın kim olduğunu araşdırma, hər şeyi Onun şəxsiyyəti ilə əlaqələndirərək açıqlamaq cəhdləri, onun haqqında uydurulan və onun heç bir zaman söyləmədiyi şeyləri, təbliğ etdiyi, Allahü təalanın qullarından istədiyi şeyləri və tövbəyə çağırdığı xüsusunu unutdurdu. Beləcə, ümmətinə təbliğ etdiyi əhkamın öyrənilməsi və itaət edilməsi yerinə, şəxsiyyətinin açıqlanıb anlaşılması lazım olan bir şəxsiyyətə çevrildi.”

Qədim dövrdəki bütpərəstlərdə tanrıların və qəhrəmanların əfsanəvi hekayələrinə mifologiya deyilir. Xəyali tanrıların ölməsi və ya dirilməsi ilə özlərinin qurtulacağı zənn olunurdu. Xilasedici tanrıya inanan qövmlərin ayinlərinin ən mühimi insanın tanrı ilə birləşdiyinə, bütünləşdiyinə inandıqları, simvolik ət yemə və içki içmə ayinləridir. Hər bir xilasedici tanrının qışın başlanğıcında doğulduğuna inanılmışdı. Qışın başlanğıcı isə Yulian təqviminə görə 25 Dekabrdır. Xristianlar da İsa əleyhissalamı xilasedici bir tanrı hesab edərək bu tarixdə doğulduğunu qəbul etdilər və bu gecəni Milad olaraq hər il qeyd etməyə başladılar. New York Üniversitetində tarix professoru olan Waelance Ferguson deyir ki:
“Xristianların bayramları bütpərəst bayramları ilə eyni tarixlərə təsadüf edilir. Məsələn, Milad tarixi İran və Romada günəş tanrısı Mithrasın doğum tarixi idi. Həmçinin bu tarix çox qədimdən bəri bütpərəst dünyasında mühüm bir bayram günü idi.”

İsa əleyhissalam dünyaya gizli gəlib və dünyada az qalıb, səmaya çıxarıldığına görə və onu ancaq on iki həvari tanımışdır. İsəvilər az və əsrlərlə gizli yaşadıqlarına görə Milad gecəsi doğru anlaşılmamışdır.

Milad gecəsini qeyd etmək
Sual: Xristianların və digər qeyri-müsəlmanların
müqəddəs qəbul etdikləri gün və gecələri Müsəlmanların qeyd etmələrində zərər vardırmı?
Cavab:
 İslamiyyətdə günəş ilinin ayları içərisində əlamətdar  bir mübarək gün, bir gecə yoxdur. Novruz, Milad gecəsi, Müsəlman olmayanlar arasında dəyərli sayılır. Dürrül-muxtarda deyilir ki:

“Novruz və Mehrican günləri şərəfinə bir şey vermək caiz deyildir. Bu günlərin adlarını çəkərək və ya niyyət edərək bir şey hədiyyə etmək haramdır. Əgər bu günlərə əhəmiyyət verərək edilərsə, kafir olmağa səbəb olar. Çünki bu günlərə müşriklər əhəmiyyət verməkdədirlər. Əbül Hafsı Kəbir deyir ki: “Bir kimsə Allahü təalaya əlli il ibadət etsə, sonra bir müşrikə Novruz günü şərəfinə yumurta hədiyyə etsə, kafir olar. Etdiyi ibadətlərin savabları yox olar. Əgər bir Müsəlmana hədiyyə edər və bu günə dəyər verməzsə, adətə uyaraq verərsə,  kafir olmaz. Lakin təhlükədən qurtulmaq üçün bir gün öncədən və ya sonradan verilməlidir. Başqa günlərdə almadığını o gün satın alarsa, o günə dəyər vermişsə kafir olar. Dəyər verməyib, yalnız yemək-içmək  niyyət etmişsə kafir olmaz.”

İmam Rəbbani həzrətləri buyurur ki:
“Kafirlərin adətlərini, kafirlik alamətlərini edirlər. Xüsusən də çiçək xəstəliyi vaxtında bu bəla, yaxşılarında da, pislərində də müşahidə olunur. Bu şirkdən qurtula bilən və kafirlik əlamətlərindən birini etməyən qadın çox azdır. Hinduların bayram günlərinə, atəşə sitayiş edənlərin Novruz günlərinə, Xristianların Milad gecələrinə və digər pasxalarına hörmət etmək, onların adətlərini, onlar kimi etmək, şirkdir, küfrə səbəb olar. Kafirlərin bayramlarında Müsəlmanların cahilləri, kafirlərin etdiklərini edirlər və kafirlər kimi bir-birlərinə hədiyyə göndərirlər. Bunların hamısı şirkdir, kafirlikdir. Surəyi-Yusifdəki ayəti-kərimədə məalən; “Biz Allahü təalanın varlığına, birliyinə, hər şeyi yaradan O olduğuna inandıq, Müsəlman olduq deyənlərin çoxu, başqalarına ibadət və itaət edərək və daha bir çox hərəkətləri və sözləri ilə müşrik olurlar” buyuruldu.”

Böyük Kostantin bütpərəst ikən Xristianlığı qəbul etmiş və bütpərəstlikdən də bir çox şeyi Xristianlığa əlavə etmişdir. Milad gecəsinin Yeni il olmasını da qəbul etdirmiş, beləcə yeni bir Xristianlıq dini qurulmuşdur.

Sual: Dövrümüzdə istifadə olunan miladi və hicri illərin gün sayı, uzunluqları və bu təqvimlərin başlanğıcları eynidirmi?
Cavab:
 Uzunluq cəhətdən iki cür il vardır ki bunlar; Şəmsi və Qəməri ildir. Şəmsi il, günəş ili olub, Yer kürəsinin günəş ətrafında bir dövr etdiyi müddətdir ki, 365 ortalama günəş günüdür. Qəməri il; Ayın Yer kürəsinin ətrafında 12 dəfə fırlandığı müddət olub, 354 günəş günüdür. Günəş ili qəməri ildən 10 gün daha uzundur. Başlanğıc zamanına görə iki cür il istifadə olunur. Bunlar; miladi il, hicri il. Miladi il, İsa əleyhissalamın doğum günü zənn edilən dövrdən başlayır. Hicri il, Peyğəmbər Əfəndimizin Mədinəyə hicrət etdiyi ildən etibarən başlanmışdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину