Facebook Twitter WhatsApp

Bərəkətli olsun


Sual: Xalq arasında, “Gəliri az amma bərəkətlidir” və “ Bərəkətli olsun, bərəkətini gör” kimi sözlər deyilir. Bərəkətin dinimizdəki yeri nədir?

CAVAB

Bərəkət, az malın çox faydası olması, çox işə yaraması deməkdir. Az bir mal bərəkətli olanda, çox kimsənin rahat etməsinə, çox yaxşı işlərin görülməsinə yarayar. Bərəkətli olmayan çox mal vardır ki, sahibinin dünyada və axirətdə fəlakətinə səbəb olar.

O halda malın çox olmasını deyil, bərəkətli olmasını istəmək lazımdır! (K.Səadət)

Bərəkətin dinimizdəki əhəmiyyəti böyükdür. Hədisi-şəriflərdə buyuruldu ki:

Alış-verişdə çox and içmək malın bərəkətini aradan qaldırar.” [Müslim]

“Ticarətdə bərəkət vardır, ticarətə yalan, xəyanət qarışanda bərəkət gedər.”  [Buxari]

“Evindən erkən çıxanın işi bərəkətli olar.” [Bəzzar]

“Namaz qılanın ruzisi bərəkətli olar, qılmayanın bərəkətsiz olar.” [M. Cenne]

“Vədəli alış-verişdə, borc verməkdə və arpa qarışmış çörəkdə bərəkət vardır.” [İbni Macə]

“Müğənni və faizçilərin qazancında bərəkət olmaz.” [Deyləmi]

“Ruzisinə razı olanın bərəkəti artar, razı olmayanınki bərəkətsiz olar.” [Əhməd]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину