Facebook Twitter WhatsApp

Borc verməklə əlaqədar müxtəlif suallar

Sual: Bir yoldaşa borcum var. Lakin ödəyəcək pulum yoxdur. Bəzi əşyalarımı satıb ödəməyim lazımdırmı?

CAVAB

Tam Elmihal Səadəti-Əbədiyyədə deyir ki:

Hədisi-şərifdə, “Ən yaxşınız, borcunu bir an əvvəl ödəyəninizdir” buyuruldu. Bir kimsə, malı olduğu halda, borcunu ödəməyi bir saat gecikdirərsə, zalım və asi olar. Namaz qılarkən də, oruc tutarkən də, yuxuda da, yəni hər an lənət altında olar. Borc ödəməmək elə bir günahdır ki, yuxuda belə dayanmadan yazılar. Malı olmaq, pulu olmaq demək deyildir.  Satılıq  bir şeyi olub satmazsa, günah işləmiş olar. Buxaridəki hədisi-şərifdə, “Borcu var ikən sədəqə qəbul olmaz” buyuruldu. Alimlər də, “Borcu olan kimsənin, borcunu ödəmədikcə  yağlı və sirkəli yemək yeməməsi lazımdır”  buyururlar.

Borc verən, “İstədiyin vaxt ödə, mənim ehtiyacım yoxdur” desə, ödəmək imkanı varsa ödəməmək məkruh olar.

Borcu başqa maldan ödəmək

Sual: Qızıl olaraq alınan borcu ödərkən, qızılın o dövrdəki bazar dəyəri pul və ya yağ, düyü və ya başqa şey verilsə uyğun olarmı?

CAVAB

Borc verən qəbul edərsə uyğun olar.

Borc verərkən

Sual: Qızılın qramı 35 manat olduğu vaxt birinə 350 manat borc pul verərkən, “Borcu qaytardığın vaxt 10 qram qızıl verərsən” demək faiz olarmı?

CAVAB

İmam Əbu Yusifə görə caiz isə də, belə etmək daha uyğun olar: Borc alacaq olan kimsə, borc verəcək olana 10 qram qızılı 350 manata satar. Pulu aldıqdan sonra satdığı 10 qram qızılı borc verəndən borc alar. Beləcə 350 manat almış və 10 qram qızıl borclanmış olar.

Qızıla görə borc vermək

Sual: 24 əyarlı qızılın bir qramının qiyməti 40 manat ikən, bir yoldaş 400 manat borc istəyərsə, 400 manatla 24 əyarlı 10 qram qızıl alına bilsə, yoldaşa 400 manatı verib, ödədiyin vaxt 10 qram 24 əyarlı qızıl ala biləcək pul istəyirəm deyilsə, bir il sonra qızılın qiyməti iki qatına çıxsa, borc ödənərkən 10 qram qızıl və ya o qədər qızıl ala biləcək qədər pul verilsə, faiz olarmı?

CAVAB

Faiz olmaz, caiz olar, çünki 10 qram qızıl verildi, 10 qram qızıl istənilir. Yaxud o dəyərdə pul və ya mal istənilir. Qızılın dəyəri düşüb qalxa bilər. Əsas olan, borc ödənərkən, verilən miqdardan çox istəməməkdir.

Borcu başqasına ödəmək

Sual: Bir yoldaşa borcum vardı. Yoldaş iflas edib ortadan itdi. Başqa bir yoldaşın da, bu iflas edəndə eyni miqdar alacağı varmış. Mən borcumu yoldaşa versəm, bir gün çıxıb gələrsə, iflas edən şəxsin, məndən alacağını istəməyə haqqı olarmı?

CAVAB

Bəli, haqqı olar.

Faizini verməmək

Sual: Faizin haram olduğunu bilmirdim. Amerikada  işləyərkən bir qeyri-müsəlmandan faizlə pul almışdım. Əsas pulu ödədim. Borc verən də onsuz da istəmir. Haram olan faizini ödəməsəm günah olar?

CAVAB

Günah olmaz.

Borc igidin qamçısıdır

Sual: “Borc igidin qamçısıdır” sözüylə, Həzrəti Əlinin, “Dünyada ən böyük çətinlik borclu olmaqdır” sözü arasında ziddiyyət yoxdurmu?

CAVAB  

Ziddiyyət olmur, bir-birini açıqlayır. Ehtiyacı olanda borc almaq günah deyildir. Peyğəmbər əfəndimiz də borc almışdır. Bir dəmir zireh geyimini borcu üçün bir Yəhudiyə girov vermişdi.

İnsan borclu olanda rahat ola bilməz, boş otura bilməz, ödəmək üçün çalışar, səy göstərər, bir an əvvəl borcumu ödəyim deyər. Borcu çalışmasına köməkçi olar. İgidin qamçısı da bu deməkdir. İgid qamçı sayəsində, Həzrəti Əlinin dediyi çətinlikdən xilas olar.

Borc və ariyətin fərqi nədir?

Sual: S.Əbədiyyədə, “Ev, dükan, heyvan kimi kıyəmi olan, yəni misli [bənzəri] olmayan şeyləri borc vermək fasiddir, istifadə etmək haram olar” deyilir. Bunları ariyət vermək lazım imiş. Borcla ariyət arasında nə fərq vardır?

CAVAB

Borc, bazarda misli, yəni bənzəri olan hər şeyi, naməlum bir vaxt sonra, yəni vaxt təyin etmədən, misli qaytarmaq şərtilə alınan pul və ya maldır. Buna “Karzı-hasən” də deyilir. Bu gün verib sabah istənilə bilər. Məsələn; çörək, yağ, düyü, duz kimi şeyləri alan yerinə eyni miqdarını verər.

Ariyət isə, bir malın mənfəətini, istifadə edilməsini əvəzsiz olaraq vermək deməkdir. Məsələn; birinin evində bir ay ödənişsiz yaşaya bilər, hər şeyi istifadə etmək səhaliyyəti verilmişsə, hər şeyini istifadə edə bilər. Atını, maşınını alar, bir həftə və ya razılaşması nə qədər isə, o qədər gün istifadə edə bilər. Birinin gəlinliyi ariyət olaraq alınıb istifadə edilə bilər. Fabrik istehsalı gəlinlik borc da alınıb verilə bilər. Əgər alınan gəlinlik, kıyəmi bir mal, yəni bənzəri bazarda olmayan xüsusi bir şeydirsə, borc alanın bunun qiymətini ödəməsi lazımdır.

“Bu yerlərdə, bu vaxtda qədər, bu şəkildə istifadə edə bilərsən” deyə ariyət vermək də caizdir.

Bir evi, dükanı ariyət olaraq alan, kirayəyə və girov verə bilməz. Sahibi istəyəndə və ya müqavilədəki müddəti bitəndə, ariyət alınan şeyin geri verilməsi lazımdır.

Ariyət olaraq istifadə edilmək üçün alınan mal, işi bitəndə sahibinə verilər. Borc alınan mal isə xərclənir, istehlak edilir. Yerinə eyni cür maldan verilər.

Borc verərkən

Sual: Borc verən kimsə, borclusunun yeməyini yesə və ya ondan hədiyyə alsa “Mənfəət gətirən hər borc faizdir” hədisinə görə faiz olarmı?

CAVAB

Şafidə, razılaşdırılıb mənfəət təmin etmək şərtiylə borc verərsə faiz olar, şərtsiz olarsa faiz olmaz. Məsələn; borc verənin, alacağı olandan hər hansı bir hədiyyə qəbul etməsi, yeməyini yeməsi və ya hər hansı bir şəkildə özünə borcu olanın malından, pulundan faydalanması, adətdirsə caizdir. Hənəfidə və Malikidə isə, borc verənin, borclusunun malından faydalanması haramdır. (Mizan-ül kübra)

Borcu başqasının verməsi

Sual: Xanımıma verməli olduğum mehri-müəccəli, anam, atam, qonşum və ya başqa biri mənə vəkalətlə verə bilər? Məsələn anam xanımım olan gəlininə, razılaşdırılmış mehr qədər verəcəcəyi qızılı, “Bu qızıllar oğlumun mehri-müəccəlidir” deyərək versə, o da qəbul etsə, mehrim verilmiş olarmı? Yoxsa pulun mütləq məndən çıxması lazımdır?

CAVAB

Xeyr, pulun bizdən çıxması lazım deyildir. Xanım, aldığı qızılı mehri-müəccəl olaraq qəbul edərsə, kim verirsə versin, kimin puluyla verilmiş olursa olsun, mehr borcu ödənmiş olar. Bunun kimi, başqa biri vəkalətimizi alaraq qurbanımızı, nəzirimizi, and içmək kəffarəmizi və ya zəkatımızı öz puluyla həll etsə, ibadətimiz yerinə gəlmiş olar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину