Facebook Twitter WhatsApp

Dinimizdə ovçuluğun yeri

Sual: Dinimizdə ovçuluğun yeri nədir?

CAVAB

Allahu təala insanlar üçün müxtəlif heyvanlar yaratmışdır. Bildirçin, dovşan, balıq kimi heyvanların ətindən, dələ, porsuq, tülkü kimi heyvanların kürkündən, maralların dərisindən, tibbdə və ətriyyatda istifadə etmək üçün müşk ceyranlarının müşkündən, dəniz heyvanlarının incisindən, mərcanından, filin dişindən istifadə etmək üçün ovlamaq, canavar, donuz, ilan, siçan kimi heyvanları da zərərlərinə mane olmaq üçün işkəncə etmədən, məsələn, yandırmadan, suda boğmadan öldürmək caizdir.

Ovçuluq edərkən başqalarının məhsullarına zərər verməmək lazımdır. Təəssüf ki, “Zövq üçün balıq tutmağı və ovçuluq etməyi, incə ruhlu müsəlmanlara heç yaraşdırmıram. Özlərinə daha normal və dinə uyğun əyləncələr tapsınlar” deyən yazıçılar törəmişdir. Ticarət üçün olmasa da, yalnız balıq yeyə bilmək üçün balıq tutmaq haram və ya məkruh deyildir. Caizdir, hətta balıq yeməyə heç ehtiyacı olmasa belə, yalnız üzərindəki stressi atmaq üçün balıq ovlayıb, tutduğu balıqları möhtaclara vermək də caizdir.

Cənabı Haqq Qurani-Kərimdə balıq ovlamağı halal etmiş, “Dəniz ovu etmək və onu yemək halal qılındı” buyurmuşdur. (Maidə 96)

Allahu təalanın halal etdiyi ovçuluğu dinə zidd iş kimi göstərmək səhvdir.

Vəhşi heyvanları ovlamaq, mübah bir qazanc yoludursa, ticarət, əkinçilik, sənət kimi digər qazanc yolları bundan daha üstündür. Yalnız əyləncə üçün ovçuluq xoş deyildir. Qəlbə sıxıntı verər, heyvanlara qarşı şəfqət hisslərinin itirilməsinə səbəb olar, mərhəmət hissini azaldar.

Ancaq ovçuluğa, heyvan kəsməyə haram və ya dinə zidd iş demək caiz deyildir. Qəssab da heyvanları kəsir. Qəssabın etdiyi işə vicdansızlıq deyilərmi? Ovlanarkən, heyvan öldürərkən, heyvanlara işkəncə edilmirsə, dinimizin bildirdiyi qaydalara riayət edilirsə, məsələ yoxdur deməkdir.

Ovçuluq, tüfənglə, tələ qurmaqla edildiyi kimi, təlim görmüş it, tazı, şahin, qırğı, doğan kimi heyvanlarla da edilə bilər. Təlim görməmiş heyvanlarla ovçuluq edilməz.

Yəni, heyvanın ovu özü üçün deyil, sahibi üçün ovlaması lazımdır. Bir heyvanın təlim görmüş olduğu, dalbadal üç dəfə tutduğu ovu yemədən sahibinə gətirməsindən aydın olur. Qırğı, şahin kimi caynaqlı quşların isə buraxıldıqdan sonra, çağrıldığı vaxt uçub gəlmələrindən aydın olar. Bir it ovladığı heyvanı yesə və ya bir qırğı çağrıldığı halda gəlməsə, belə heyvanların ovladığı heyvan yeyilməz.

Ovun yeyilə bilməsi üçün bunlara riayət etmək lazımdır:

1- Ov, kəklik, dovşan kimi əti yeyilən heyvan olması lazımdır.

2- Ovçunun, Müsəlman və ya əhli-kitab olması, ova silah atarkən, heyvanı ova göndərərkən Bəsmələ çəkməsi lazımdır! Bəsmələ unudulsa zərəri olmaz. Qəsdən tərk edilsə ovun əti yeyilməz. Kitabsız kafirlərin, mürtədlərin kəsdiyi, ovladığı heyvanı yemək isə haramdır.

3- Ovun aldığı yaradan ölməsi lazımdır. Ölmədən ələ keçirilərsə bəsmələ ilə kəsilməsi lazımdır.

4- Ovçunun dərhal qaçıb getməsi, yara alan ov heyvanını dərhal boğazlaması lazımdır! Gedənə qədər ölərsə zərəri olmaz, yəni əti yeyilir. Ov, gözdən itdikdən sonra başqa uzaq bir yerdə ölü halda tapılsa əti yeyilməz. Çünki başqa bir səbəblə ölmüş ola bilər. Məsələn, yüksəkdən düşərək və ya bir ağaca çırpılıb ölmüş ola bilər. İlk aldığı yara dərindirsə, qanı axmışdırsa yeyilir.

5- Yara alan ovu, başqa birinə aid təlim görmüş bir heyvan tutub öldürsə yeyilməz. Öz heyvanının öldürmüş olması lazımdır.

6- Təlim görmüş bir köpək tutduğu ovun ətindən yeyərsə, o ovu yemək caiz olmaz. Ancaq şahin kimi bir quş tutduğu ovun ətindən yeyərsə zərəri olmaz. Çağrılanda gələn ovçu quşun tutduğu ov yeyilir. Ovunu köpək dişiylə və ya pəncəsiylə tutan heyvanın əti yeyilməz.

7- Ov tutanın olar. Bir kimsə bir ovu vurub düşürdükdən sonra, ov qalxıb qaçarkən başqası tutsa, ov tutanın olar.

8- Quru və su tısbağasıyla xərçəng və midyə kimi dəniz həşəratı yeyilməz.

9- Balıq surətində olmayan dəniz heyvanları yeyilməz. Su içində özbaşına ölüb, qarnı üst tərəfdə olan balıq yeyilməz. Ağla, balıq ovunda istifadə olunan xüsusi gülləylə, dərmanla, zəlzələ ilə, buz arasında sıxışaraq ölən balıq yeyilir.

10- Bəsmələsiz tutulan və ya kafirlərin, ovladığı balıqları yemək halaldır. Ancaq ovladıqları digər heyvanları yemək haramdır.

Ovçuluq mübahdır

Sual: Maidə surəsinin 94-cü, 95-ci və 96-cı ayələrindən ovçuluğun qadağan olduğu kimi bir şey anladım. Ovçuluq mübah deyilmi?

CAVAB

Bəli, mübahdır. Ayəti-kərimədən dini hökmlər öyrənilə bilməz, hətta hədisi-şəriflərdən də alimlərin şərhi olmadan din öyrənilə bilməz. Din fiqh kitablarından öyrənilər. O ayəti-kərimələr, həccdə ehramlı ikən ovçuluğu, quruda yaşayan heyvanları ovlamağı qadağan edir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину