Facebook Twitter WhatsApp

Ticarətdə irqi və dini fərq yoxdur

Sual: Ticarətlə məşğul olur, idxal və ixrac edirəm. Müştərilər arasında  hər millətdən olan insanlar var. Yəhudi və ingilislərlə ticarət etməyin uyğun olmadığı deyilir. Belə bir şey varmı?

CAVAB

Belə bir şey yoxdur. Dinimizə görə ticarətdə irqi və dini ayrı-seçkilik yoxdur. Hər bir millətdən, hər bir dindən olan insanlarla alış-veriş etməyin, hətta onların işində işləməyin heç bir zərəri yoxdur.

Tarix boyu müsəlman ölkələrində yaşayan qeyri-müsəlmanlar, İslam dövlətinin himayəsi altında çox rahat olublar. Onların nə dininə qarışılır, nə də ibadət etməklərinə mane olunurdu. İstədikləri sənət və ticarətlə məşğul olmaqda sərbəst idilər.

Dinimiz elmi, sənəti, ticarəti, kənd təsərüfatını əmr etmişdir. Bir ayəti-kərimə məalı:

“Allah alış-verişi halal, faizi haram etdi”. [Bekara 275]

“Quduri, Cevhərə, Viqayə, Hindiyyə, Məbsud, Dürr-ül-muxtar, Rədd-ül-muxtar” kimi mötəbər əsərlərdə müsəlmanın darül-hərbdə udmaq şərtilə qumar, faiz və sığorta yolu ilə pul qazanması caiz olduğu bildirilib. Eynilə, Məcmaul-ənhür və Dürərdə də “La riba beynəl müslimi vəl harbiyyi fi daril harbi = Dar-ül hərbdə müsəlman ilə kafir arasında faiz yoxdur” hədisi-şərifi ilə xəbər verilir. Çünki, onların razılığı ilə əmlakını almaq mübahdır. Əmlakına hücum edərək məcbur almaq caiz deyil.

Kilsə təmirində işləmək də məkruh deyildir. Çünki, bu işin özü günah deyil. (Bezzaziyyə)
İbni Abidin həzrətləri buyurur ki:

Kafirin şərabını ödənişlə daşımaq, donuz çobanlığı, kilsə təmir etmək və xristiyana zünnar [keşiş qurşağı] kimi küfr etmək imamı-əzəmə görə caizdir. [Rədd-ül-muxtar]
Əvvəlki haqq dinlərdə də kafir ölkəsində işləyib, kafirə xidmət etmək qadağan deyildi. Dinimizə görə də qadağan deyil. İndiki müsəlmanların Avropaya işləmək üçün getdikləri kimi, Məkkə müsəlmanları da Həbəşistana hicrət etmiş, orada qeyri-müsəlmanların işlərində işləmişdilər.

Yusif əleyhissəlam peyğəmbər olduğu halda, qulların sıxıntı içində olduğunu görüb, kafir olan hökumət rəisinin yanına gedərək ondan vəzifə istədi. Beləcə, insanlara xidmət etdi. Bu halda qullara xidmət edəcəyini bilən, bunu özündən başqa edə biləcək heç kimin olmadığını görən insan, bu vəzifəyə bir zalımın keçməsinin qarşısını almalı və müsəlmanlara xidmət etmək üçün kafir olan rəisdən belə vəzifə istəməlidir.

Peyğəmbər əfəndimiz vəfat etdiyi zaman dəmir zirehli gödəkcəsi otuz kiloqram arpa üçün bir yəhudidə girov qoyulduğu məlum oldu. Həzrəti Əli də vəfat edərkən dünya malı olaraq Rəsullulah əfəndimizdən qalan Düldül adında qatırı ilə Zülfikar adında qılıncı və mübarək köynəyi qalmışdır. Bunlar da bir yəhudidə girov idi.

Kafirlərin hazırladıqları malları, istehsal etdikləri qidaları, paltarları istifadə etmək və ya onlarla ticarət etməkdə heç bir zərəri yoxdur.

Başda peyğəmbər əfəndimiz olmaq üzrə əshabi kiram və 14 əsr boyunca alimiylə, övlüyasıyla bütün müsəlmanlar kafirlərlə ticarət etmişdilər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину