Facebook Twitter WhatsApp

Vəkalət və vəkil olmaq

Sual: Vəkalət nədir, bir nəfərə necə vəkalət verilir, necə vəkil edilir və xəbərçi kimə deyilir?

Cavab: Vəkalət bir insanın hər hansı bir işi etməsi üçün başqasını öz yerinə qoyması, başqasına iş həvalə etməsi deməkdir. Yerinə keçirilən şəxsə Vəkil deyilir. Vəkil edənə Sahib deyilir. Kiminsə sözünü başqasına çatdırana Rəsul və ya Xəbərçi deyilir.

Bir şəxsi vəkil etmək istək və qəbul ilə olur. Yəni “Səni vəkil etdim” və “Qəbul etdim” sözləri və ya yazıları ilə olur. Vəkil cavab vermədən işi görməyə başlasa, qəbul etmiş sayılır. İş xəbərsiz edildikdən sonra sahibinin razılıq verdim deməsi ilə də vəkil etmiş sayılır. Kirayəçi kirayə pulu ilə kirayədəki malı təmir etməyə vəkil edilə bilər. 

Sual: Bir malı satın almaq üçün vəkil olan kimsə, o malı özü üçün satın ala bilərmi?

Cavab: Bəlli bir malı satın almağa vəkil olan kimsə, o malı özü üçün satın ala bilməz.

Sual: Bir mövzuda vəkil olan kimsə, başqasını eyni mövzuda vəkil edə

bilərmi?

Cavab: Vəkil sahibindən icazə almadıqca və ya “istədiyini et” deyərək “Ümumi vəkil” edilmədikcə başqasını özünə vəkil edə bilməz. Yalnız zəkat vermək üçün olan vəkil icazəsiz olaraq başqasını, o da digərini vəkil edə bilər. İkinci vəkil birbaşa sahibin vəkili sayılır.

Sual: Bir nəfər vəkil olduğu şəxsin malını öz istədiyi qiymətə sata bilərmi və özü satın ala bilərmi?

Cavab: Ümumi vəkil olan adam sahibinin, yəni, vəkil olduğu adamın malını istədiyi qiymətə sata bilər. Qiymət deyilmişsə artıq aşağı sata bilməz. Satarsa ödəyər. Vəkil sahibinin malını özü üçün satın ala bilməz və qohumuna da sata bilməz. Ancaq, bunlar ümumi vəkildirsə, dəyərindən yüksək sata bilər. Ümumi vəkil nağd da, nisyə də sata bilər. Lakin, nağd sat və ya bu malımı satıb borcumu ver deyildisə, nisyə sata bilməz.

Sual: Bir şəxs vəkilinə filankəsə sədəqə ver desə, vəkil öz pulundan versə, sonra bunu vəkil edəndən geri istəyə bilərmi?

 

Cavab: Bir şəxs filankəsə borc və ya sədəqə, yaxud hədiyyə ver desə, vəkil bunu verəndə əmr edəndən istəyə bilməz. Sonra mən sənə verərəm dedisə istəyə bilər.

Sual: Bir şəxs başqa birinin bağcasındakı almaları toplayıb yoxsullara paylayın, deyə əmr versə, bu əmrə tabe olanlar payladıqları almaların dəyərini ödəyərlərmi?

Cavab: Hər kəs ancaq öz mülkü üçün əmr verə bilər. Başqasının malını dənizə at deyə bir nəfər əmr versə, bu əmrə tabe olub o mal dənizə atmaq olmaz, atan ödəyər. Vəkilinə borcumu öz malından ödə desə, vəkil qəbul etsə belə ödəməyə məcbur olmaz. Lakin, vəkildə alacağı və ya əmanət pulu varsa, o vəkil əmri yerinə yetirməyə, ödəməyə məcburdur. Malımı satıb ödə desə bu əmri yalnız ödənişlə vəkil etməyə məcburdur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину