Facebook Twitter WhatsApp

Haram mal

Sual: Haram yoldan gələn pul ilə sədəqə verməyin, məscid tikdirməyin dinimizə görə hökmü nədir?

CAVAB: Bu barədə İbni Abidin və Qadizadə Əhməd Əfəndi  Birgivi Vəsiyyətnaməsi şərhində deyir ki:

 “Bir şəxs əlindəki şübhəli, qəti haram olan maldan sədəqə verib savab umsa, alan yoxsul haram olduğunu bilərək verənə Allah razı olsun desə, verən də və ya başqa bir kimsə də amin desə hamısı kafir olar.” İbni Abidində buyurulur ki:

“Haram olduğu bilinən bəlli mal ilə məscid tikdirmək, başqa xeyirli iş görmək və bunlara qarşılıq savab gözləmək də küfürdür, imanı aparar.”

 Haram yol ilə gələn mülk olmaz

Sual: Bir şəxs haram yol ilə pul əldə etsə, bunları dolanışıq üçün istifadə edib, zəkatını verə bilərmi?

CAVAB

Bir şəxsin tam mülkü olması demək, halal yoldan gəlib, istifadəsi mümkün və halal olan öz malı deməkdir. Fondun pulu heç kimin mülkü deyildir. Kiminsə qəsb, oğurluq, rüşvət, qumar, spirtli içki satışının qarşılığı, bədəli və fasid olaraq satın aldığı mal kimi, haram malı öz halal malı ilə və ya başqa kimlərdənsə aldığı haram malları bir-biriləri ilə qarışdırmayıbsa, bu, haram mallar o insanın mülkü olmaz. İstifadə etməsi halal olmaz. Bunlarla məscid və başqa xeyirli işlər görə bilməz. Bunların zəkatını verməsi fərz olmaz. Yəni, zəkat nisabının hesabına qatılmazlar. Sahibləri və ya varisləri bəllidirsə, özlərinə geri verməyi fərzdir. Bəlli deyilsə, hamısını sədəqə olaraq kasıblara dağıtsa, sonra sahibi çıxıb təzminatını ödəməyini istəyərsə, dəymiş zərəri ödəməlidir. Sahiblərini tapana qədər zay olacaq  malı özü istifadə edib, sonra təzminatı ödəməyi, yəni bənzərini, bənzəri yoxdursa, dəyərini ödəməyi caizdir.

Hər kəsin əlindəki mal onun mülküdür.

Sual: Bir şəxs halal və haram yoldan gələn pulu qarışdırmış olsa, onun verdiğini almaq və yemək olarmı?

CAVAB

Hər kəsin əlində olan malı onun mülkü bilmək lazımdır. Qəsb, zülüm, rüşvət, oğurluq, faiz, xərac, xəyanət yollarından biri ilə və spirtli içki sataraq ələ keçdiyi açıq şəxildə bilinən bir malı onun mülkü olmaz. Başqa malları mülkü qəbul edilər. Onları verəndə almaq haram olmaz. Haramdan yığdığı malları öz halal malı ilə, yaxud bir-biri ilə qarışdırsa, buna Mülki-xəbis deyilər. Bu xəbis qarışımdan verəndə, haram olduğunu tanımadığı malı, pulu almaq caiz olar. Çünki, imamı əzəm Əbu Hənifə həzrətlərinə görə belə haram yolla gələn və əmanət olaraq alınan pulları öz halal malı ilə və ya bir-biriləri ilə qarışdırıb ayıra bilməzsə, hamısı xəbis mülkü olar və öz halal malından sahiblərinə təzminat ödəməyi lazım olar. Təzminatdan sonra bu xəbis mülkünü istifadə etməsi uyğun olar. Fasid sözləşmə ilə xəbis mülk olan malı istifadə etmək isə heç uyğun deyildir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину