Facebook Twitter WhatsApp

Ticarətdə günahdan çəkinmək

Sual: Ticarətlə məşğul oluruq. Harama düşməmək üçün nələrə diqqət etməliyik?

CAVAB

İmam Qəzali həzrətləri buyurur ki:

Hər sənət və hər ticarətdə hiylə etməmək fərzdir. Müştəriyə hər hansı bir şəkildə zərər verilməməlidir. Zərər verən hər iş zülm sayılır. Zülm isə haramdır. Hər müsəlman özünə edilməsini istəmədi bir şeyi kafirlərə də etməməlidir.

Ən əsas dörd şeyi etməmək lazımdır:

1- Satılan malı həddindən artıq tərifləməlidir.

Çünki həm yalan söyləmiş, həm aldatmış, həm də zülm etmiş sayılır. Hətta doğru olaraq da müştərinin bildiyi şeyi deməməlidir. Çünki bu da faydasız söz deməkdir. Qiyamətdə hər sözdən sorğu-sual olunacaq. And içməklə malı satmağa gəldikdə isə, yalan yerə and içmək haramdır. Yəni böyük günahdır. Doğru olaraq and içmək isə, az bir şey üçün Allahu təalanın adını söyləmək hörmətsizlik olar. Hədisi-şərifdə buyuruldu ki:

“Alış-veriş edərkən vallahi belədir, billahi helə deyil deyə and içənə və “bu gün get sabah gəl” deyərək sözündə durmayan sənətkara təəssüflər olsun!” [Deyləmi]
“Malını and içərək bəyəndirməyə çalışan şəxslərə qiyamətdə mərhəmət edilməyəcək” [İ. Qəzali]

“Əsnafın, bazarçıların çoxu facirdir. Çünki çox and içərək, yalan danışaraq günaha girərlər. Alış-verişləri halal olmaz.” [Hakim]

“Bir əsnaf verdiyi sözündə durar, alacaqlısını sıxmaz, malını çox tərifləməz və yalan danışmazsa qazancı ona mübarək olar”. [Deyləmi]
2- Malın qüsurunu gizləmək.

Malın eyibini, qüsurunu müştəridən gizləməmək, hər şeyi olduğu kimi göstərmək lazımdır. Qüsuru gizləmək xəyanətdir. Hədisi-şərifdə buyuruldu ki:

“Satılan bir şeyin qüsurunu gizləmək halal deyil. O qüsuru bilib söyləməmək də heç kimə halal olmaz”. [Hakim]

Malın yaxşı tərəfini göstərmək, pis tərəfini gizləmək zülm, hiylə sayılır. Rəsulullah əfəndimiz buğda satan bir kəndlinin buğdasına mübarək barmaqlarını salıb yaş olduğunu gördükdə, səbəbini soruşdu. Kəndli yağışın yağdığını dedikdə, buyurdu ki:

“Niyə yaş yerini gizlədib göstərmirsən? Hiylə edən bizdən deyildir”. [Müslim]

Onu da bilmək lazımdır ki, hiylə ilə ruzi artmaz, əksinə malın bərəkəti gedər. Hiylə ilə az-az yığılan şeylər anidən gələn bir fəlakətlə birdən-birə əldən çıxar, yerində yalnız günahları qalar. Bir südçü südə su qatardı. Bir gün anidən sel gəlib inəyi boğdu. Adam təəccüblü bir vəziyyətdə olarkən, övladı, “Südə qatdığımız su yığılaraq inəyi apardı” dedi. Hədisi-şərifdə buyuruldu ki:

“Ticarətə xəyanət qarışdıqda bərəkət gedər”. [Müslim]

Bərəkət demək, az malın çox faydası olması, çox işə yaraması deməkdir. Az bir mal bərəkətli olarsa, çox insanların rahat olmasına, çox yaxşı yaşamasına səbəb olar. O halda malın çox olması deyil, bərəkətli olmasını istəmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Lə iləhə illallah deyən dünyanı dindən üstün tutmadığı müddətdə Allahu təalanın qəzəbindən, əzabından qurtular. Dini tərk edib dünyaya sarıldıqda kəlmeyi-təvhid söylədikdə, Allahu təala, yalan deyirsən, buyurar”. [Beyhəqı]

3- Ölçüdə, tərəzidə hiylə etməmək.

Qurani-kərimdə məalən buyurulur ki:

“Verərkən nöqsan, alarkən artıq ölçənə acı əzablar veriləcək”. [Mutaffifin 1]

Hədisi-şəriflərdə buyuruldu ki:

“Alış-veriş etdiyin zaman de ki: Dinimizdə aldatma yoxdur”. [Buxari]

“Münasibətlərində hiylə edən bizdən deyildir”. [Baxari]

Malın qüsurunu gizlədənə Allahu təala qəzəb edər, mələk də lənət edər”. [İ. Macə]

“Ölçü və tərəzidə hiylə etdikdə, məhsullarda qüsurlar əmələ gəlir”. [Tabərani]
Böyüklərimiz hər aldıqlarını bir az əskik, verdiklərini də bir az artıq ölçüb, “Bu az fərq Cəhənnəmlə aramızda pərdədir. Cənnəti bir miqdar pula satanlar və bir miqdar pul üçün Cəhənnəm əzabına layiq olanlar nə qədər axmaqdırlar” deyərdilər. Malın yaxşı ilə pisini qarışdırırb, hamısını yaxşı deyə satmaq haramdır.

4- Satış qiymətində hiylə etməmək.

Peyğəmbər əfəndimiz, müsəlmanların şəhərə mal gətirən kəndliləri qarşılayıb bazar qiymətini gizlədərək mallarını ucuz almalarını qadağan etdi. (Müslim)
Bazarı bilməyənlərə bahalı qiymətə mal satmaq da haramdır. Hətta ucuz satan və ya bahalı alan təcrübəsizlərlə alış-veriş etməmək lazımdır. Bazardakı qiyməti bunlardan gizləmək günahdır. Müştəriyə doğrunu demək, hiylə etməmək lazımdır. Malda bir nasazlıq olmuşsa, xəbər verilməlidir. Malı qohumu və ya dostundan ona kömək olsun deyə bahalı almışsa, müştəriyə bunu deyərək doğru qiymətini bildirmək lazımdır. Məsələn, 10 manat qiyməti olmayan malı 10 manata almışsa, o malı satarkən 10 manata aldığını deməməlidir. Ucuz aldığı malın qiyməti qalxıb bahalı satırsa, aldığı qiyməti demək lazımdır. Xəyanət etməkdən qurtulmaq üçün hər kəs özünə edilməsini istəmədiyi şeyi başqasına da etməməlidir. Çünki hər kəs diqqətlə, bazarlıq edərək tam dəyərini verib aldığını hesab edir. O halda aldadaraq satmaq xəyanət və dələduzluq sayılır.  

Sual: Həbsdə və bir neçə illik rüsum borcu olan maşınımı bir nəfərə satdım. Satarkən, “Maşınımın həbsi, məbsi ilə birlikdə al” dedim, o da “aldım” dedi. Sonra rüsum borclarının olduğunu öyrəndikdə, “Mənə rüsum borcu da olduğunu deməmişdin. Demədiyin borcları ödəmərəm” dedi. Halbuki ona bütün borcları ilə satmışdım. Həbsi, məbsi var demişdim. Rüsum borcları məbsinin içində idi. Rüsum borclarını da ödəməməlidir?

CAVAB

Xeyr, ödəməməlidir. Çünki, Müsəlmanlıqda aldanmaq və aldatmaq yoxdur. Hədisi-şərifdə buyuruldu ki:

“Satılan malın qüsurunu gizləmək və söyləmək halal deyil”. [Hakim]

“Alıcı ilə satıcı bir-birilərinə doğru danışıb, nəsihət etdikdə, qazancları bərəkətli olar, malın qüsurunu gizləyib, yalan söylədikləri zaman bu bərəkət qalxar”. [Buxari]

Həbsi, məbsi ilə maşın satmaq və almaq caizdir. Ancaq həbsi nə qədər, məbsi müəyyən olmalıdır. Nağdmı, hissə-hissəmi, nə qədər pul veriləcək bunlar bilinmədən alış-veriş səhih olmaz.

Sual: “Saniyə geri və irəli getməz” deyə saat satıram. Bəzən 5 saniyə irəli və geri gedir. Alıcı saatı geri qaytarmaq istəsə satışı geri almalıyammı?

CAVAB

Saniyə səhv etməz demək, muhayyər (geri qaytarıla və ya dəyişdirilə bilən) deməkdir. Geri gələn saatı almaq lazımdır. Doğru olmayan sözü də deməmək lazımdır.  

Zay iş görmək

Sual: Emal etdiyimiz malların bəzilərində yaxşı, bəzilərində pis material istifadə edirik. Hamısını da eyni qiymətə satırıq. Günah olarmı?

CAVAB

Qəsdən zay iş görmək və bu işi gizləmək hiylədir, haramdır.

Halal ruzi və halal iş

Sual: Uyğun olmayan iş səbəbi ilə qazancının halal olmasından şübhə edən nə etməlidir?

CAVAB

Halal ruzi və halal bir iş üçün dua etmək lazımdır. Peyğəmbər əfəndimiz, “Cəbrayıl əleyhissəlam bu iki duanı bildirdi: Allahım, mənə halal ruzi və saleh bir nəsib et” deyə dua edərdi. [Hakim]

Pis peşə

Sual: “Vəkil haqsız olanı da müdafiə etməyə, yalan danışmağa məcburdur. Ona görə də vəkil olmaq günahdır” deyilir. Vəkil olmaq günahdırmı? 

CAVAB

Vəkil olmaq günah deyil. Hər peşədə qanunsuz iş görülərsə günah olar.

Haqsız olanı müdafiə etməklə, təqsirkarı müdafiə etmək ayrı-ayrı şeylərdir. Məsələn, bir nəfər yol qəzası etdi. Cəzası, məsələn, 3 ay həbs yerinə, müdafiə edə bilməsə 1 il həbs cəzası ala bilər. Vəkil bu hüquqpozmanın cəzası üç aydır deyərək lazımı müdafiəni edər. Üç ay cəza alarsa layiq olduğu cəzanı alar, haqsızlığa məruz qalmaz. Vəkil burada təqsirkarı deyil, haqqı ortaya çıxarmağa çalışır. Vəkillik həddini aşıb yalanı müdafiə edən də olur, təqsirkarı təqsirli çıxarmağa çalışan da. Bu hər peşədə olur. Həkim xəstə olmayan adama xəstəlik kağızı verə bilməzmi? Buna görə həkimliyi pisləmək yanlış olar. Məmur rüşvət alıb rüşvət verənin işini asan görə bilər. Qəbahət məmurluqdadırmı yoxsa rüşvətdədirmi?

Nəticədə vəkil yaxşı iş də görə bilər pis iş də. Hakim də, müəllim də həmçinin. Təqsiri məsləkdə deyil, o pis işi görən adamda axtarmaq lazımdır.

Hiylə edən bazarçılar

Sual: Bazarçılar çox vaxt meyvə və tərəvəzlərin yaxşılarını önə, əziklərini arxaya qoyurlar. Müştəriyə meyvə-tərəvəz verərkən yaxşı, əzikləri qarışdırıb verirlər. Çox and içirlər, əksis çəkirlər. Bunlara çox şahid olmuşam. Belə etmələri günah deyilmi?

CAVAB

Əlbəttə günahdır.  İki hədisi-şərif məalı:

“Müsəlmanı aldadan, ona zərər verən və ona hiylə edən bizdən deyildir”. [İ. Rafii]

“Bazarçıların çoxu facirdir. Çünki çox and içərək, yalan danışaraq günaha girirlər. Alış-verişləri də halal olmaz”. [Hakim]

Bazarçının, əsnafın yaxşısı da təriflənir. İki hədisi-şərif məalı belədir:

“Yalan danışmayan, sözündən dönməyən, satdığı malı tərifləməyən əsnafın qazancı məqbuldur”. [Deyləmi]

“Doğru tacir peyğəmbərlərlə, siddiqlərlə və şəhidlərlə birlikdədir”. [Tirmizi]

Hiylə etməyib doğru tacirlərdən olmağa çalışmaq və beləcə yaxşılarla birlikdə olmaq nə böyük nemətdir.

Hildə edən bizdən deyil

Sual: Satışda olan hər cür malın eyibini, qüsurunu, çürüyünü gizləmək, yəni müştərini aldatmaq günah deyilmi?

Cavab: Malın eyibini, qüsurunu müştəridən gizlətməmək, hər şeyi olduğu kimi göstərmək lazımdır. Qüsuru gizləmək xəyanətdir, zalım, asi olmaq deməkdir. Malın yaxşı tərəfini göstərmək, qaranlıqda göstərmək zülm, hiylə sayılır. Rəsulullah əfəndimiz buğda satan bir nəfərin buğdasına mübarək barmaqlarını salıb içinin yaş olduğunu hiss etdikdə,

-Bu nədir? buyurdu.

- Yağış isladıb.

 - Niyə göstərmirsən? Hiylə edən bizdən deyil, buyurdu.

Bir nəfər 300 dirhəm dəyərində dəvə satdı. Dəvənin ayağında yara var idi. Əshabi-iramdan Vəsilə ibn Əsqa həzrətləri orada idi və o anda fikirli idi. Dəvənin satıldığını gördükdə alanın arxasında qaçıb;

- Dəvənin ayağında yara var. Müştəri dəvəni geri gətirib, pulunu aldı. Satıcı;

- Satışımı niyə pozdun, dedikdə, Həzrəti Vəsilə dedi ki;

- Rəsulullah əfəndimizdən eşitdim, buyurdu ki; “Satılan bir şeyin qüsurunu gizləmək halal deyil. O qüsuru bilib deməmək də heç kimə halal deyil”. “Həzrəti Vəsilə yenə dedi ki:

- Rəsulullah əfəndimiz bizdən söz aldı ki, müsəlmanlara nəsihət və onlara mərhəmət edək. Malın qüsurunu gizləmək nəsihət etməmək sayılır. Hiylə ilə ruzi artmaz, bəlkə də malın bərəkəti gedər. Hiylə ilə az-az yığılan şeylər anidən gələn bir fəlakətlə gedərək yerində yalnız günahları qalar. Rəsulullah əfəndimiz buyurdu ki:

“Ticarətə xəyanət qarışdıqda bərəkət gedər”. Bərəkət demək, az malın çox faydası olması, çox işə yaraması deməkdir. Az bir mal bərəkətli olarsa, çox insanların rahat olmasına, çox yaxşı işlərin görülməsinə yarayar. Bərəkətli olmayan o qədər mal var ki, sahibinin dünyada və əxirətdə fəlakətinə səbəb olur.  O halda malın çox olmasını deyil, bərəkətli olmasını istəmək lazımdır. Bir neçə günlük ömrünün qızıl və gümüşünü artırmaq üçün əbədi ömrünü ziyana salmaq kim isəyər. Bu cür düşünən bir satıcı xəyanət edə bilməz. Rəsulullah əfəndimiz buyurdu ki:

“Lə iləhə illallah deyən dünyanı dindən üstün tutmadığı müddətdə Allahu təalanın qəzəbindən, əzabından qurtular. Dini tərk edib dünyaya sarıldıqda kəlmeyi-təvhid söylədikdə, Allahu təala, yalan deyirsən, buyurar”. [Beyhəqı]

Şübhəli şeylərdən çəkinmək

Sual: Bir müsəlman alış-veriş edərkən nəyə diqqət etməsi lazımdır, hər kəslə alış-veriş edə bilərmi, yoxsa seçim etməlidirmi?

Cavab: Mövzu ilə əlaqədar olaraq İmam Qəzali həzrətləri Kimyayı-səadət kitabında buyurur ki:

“Şübhəli şeylərdən qaçmaq lazımdır. Harama yaxınlaşan asi, fasiq olar. Şübhə edilən şeylər Əhli-sünnət kitablarından öyrənilməlidir. Cahil hafizlərə, xocalara və hər kitaba güvənmək olmaz. Qəlbinə sıxıntı gətirən şübhəli şeyləri almamalıdır. Zalımlarla, hiylə, xəyanət edənlərlə, and içməklə mal satanlarla, dükanında haram mal satanlarla alış-veriş etməmək lazımdır. Zalımlara, fasiqlərə hissəli ödənişlə mal satılmamalıdır. Çünki onlar ölərkən borclarını ödəmədikləri üçün insan üzülər. Halbuki zalımlar, yəni müsəlmanlara və İslamiyyətə əli, dili və qələmi ilə ziyan vuranlar öldükdə kədərlənmək günahdır. Onlara yardım etmək caiz deyil. Məsələn, dini məsxərəyə qoyanlara, yalan-yanlış kitablar yazaraq dini yıxmağa çalışanlara kağız satmaq günahdır. Vəlhasil, hər kəslə ticarət münasibəti qurmamaq, doğru insan axtarmaq lazımdır. Əvvəllər bir tacir hər kəslə ticarət münasibətləri qura bilirdi. Çünki, hər kəs alış-veriş elmini bilir və bildiyi ilə əməl edərdi. Sonralar elə zamanlar gəldi ki, bir neçə şəxslə münasibət qurulmadı. Daha sonra isə ancaq bir neçə şəxslə münasibət qurmaq məcburiyyəti əmələ gəldi. Elə bir zamana gəlmək qorxusu var ki, artıq heç kimlə alış-veriş edəcək şəxs qalmaz. Bunu uzun zaman əvvəl demişdilər. Bizlər bəlkə də böyüklərimizin qorxduğu o zamandayıq. Kim olur olsun, hər kəslə alış-veriş edilir. Cahil hafizlər yanğına körüklə gedib, “Bu gün dünyanın hər tərəfi eynidir. Hər yerdə mala haram qarışdı. Haramdan qurtulmaq imkansız oldu” deyirlər. Bu söz çox yanlışdır. Heç də dedikləri kimi deyil. Bunların hamısını kim edə bilər deyərək ümidsizliyə düşmək doğru deyil. Nə qədər edə bilərsək qazancdır. Axirətin dünyada daha yaxşı olduğuna inanan şəxs bunların hamısını edə bilər”. 

Sual: Çox qazanmaq üçün insanların əlindəki malı dəyərindən aşağı almaq, satdığı malın qiymətini qaldırmaq üçün bahalı almadığı halda bahalı aldığını demək dinə uyğundurmu?

Cavab: Müştəriyə doğru söyləmək, hiylə etməmək lazımdır. Malda bir nasazlıq varsa, bunu bildirmək lazımdır. Malı qohumu və ya dostundan ona kömək olsun deyə bahalı almışsa, müştəriyə bunu deyərək bazar qiymətini bildirmək lazımdır. Məsələn, 10 manat qiyməti olmayan malı 10 manata almışsa, o malı satarkən 10 manata aldığını deməməlidir. Ucuz aldığı malın qiyməti qalxıb bahalı satırsa, aldığı qiyməti demək lazımdır. Bu şəkildə satan çoxdur, halbuki bunun xəyanət olduğunu bilməyən çoxdur. Xəyanət etməkdən qurtulmaq üçün hər kəs özünə edilməsini istəmədiyi şeyi başqasına da etməməlidir. Çünki hər kəs diqqətlə, bazarlıq edərək tam dəyərini verib aldığını hesab edir. O halda aldadaraq satmaq xəyanət və dələduzluq sayılır. 

Ölçüdə, çəkidə hiylə etməmək lazımdır

Sual: Alış-veriş edərkən ölçüdə, çəkidə hiylə etməyi, insanları aldatmağı dinimiz qadağan etməmişdirmi?

Cavab: Bu mövzuda Kimyayı-Səadət kitabında deyilir ki:

“Ölçüdə hiylə etməmək, doğru ölçmək lazımdır. Qurani-kərimdə, Mutaffifin surəsi, birinci ayəsində məalən, “Verərkən nöqsan, alarkən artıq ölçənlərə çox acı əzablar ediləcək” buyuruldu. Böyüklərimiz hər aldıqlarını bir az nöqsan, verdiklərini də bir az artıq ölçərlərdi, bu az fərq Cəhənnəmlə aramızda pərdədir, deyərdilər. Bunu tam doğru ölçə bilməmək qorxusundan edərlərdi. Yeddi qat yer və yeddi qat səma genişliyində olan Cənnəti bir miqdar qəpiyə satanlar və bir miqdar arpa dənəsi üçün Cəhənnəm əzabına layiq olanlar nə qədər axmaqdır, buyururdular. Rəsulullah əfəndimiz hər nə alsaydı, pulunu bir az çox verərdi. Fudayl ibn İyad həzrətləri oğlunu, bir şey almaq üçün verəcəyi qızıl pulun kirini təmizləyərkən gördükdə, “Ey oğlum! Bu etdiyin iş sənə iki nafilə həcdən və iki umrədən daha faydalıdır” buyurdu.

Böyüklərimiz buyurur ki: Fasiqlərin ən pisi alarkən çox, satarkən az ölçəndir. Manifakturaçılardan parçanı alarkən boş, satarkən dartıb satanlar da onlardandır. Sümüyü çox qoyan qəssablar da belədir. Dənli bitkilərin içinə toz-torpaq qarışdırıb satan kəndlilər də belədir. Malın yaxşısı ilə pisini qarışdırıb satan bazarçılar da belədir. Bu şeylərin hamısını etmək haramdır. Beləliklə, alış-verişdə hər kəsə qarşı doğru hərəkət etmək vacibdir. Hətta, özü eşitmək istəmədiyi sözü başqasına deməməlidir. Belə haramlardan qurtulmaq üçün də özünü din qardaşından üstün görməmək lazımdır. Bunu da hər kəsin etməsi çətindir. Bunun üçün Allahu təala, “Hamımız Cəhənnəmdən keçəcəksiniz!” buyurur. Amma hər kəs Allahu təaladan qorxusuna görə oradan tez və ya gec qurtulacaq”.

Satıcının malını tərifləməsi

Sual: Tacirin, bazarçıların, nəhayət, hər hansı malı satanların satdıqları malı tərifləmələri və and içmələri dinimiz tərəfindən bir zərəri varmı?

Cavab: Bu mövzuda Kimyayı-səadət kitabında buyururlur ki:

“Satılan malı həddindən artıq tərifləmək olmaz. Çünki, həm yalan danışmış, həm aldatmış, həm də zülm etmiş sayılır. Hətta doğru olaraq da müştərinin bildiyi şeyi deməməlidir. Çünki bu da faydasız söz sayılır. Qiyamətdə hər sözdən sorğu-sual olunacaq. Boş yerə faydasız söz söyləyənlər heç üzr tapa bilməyəcəklər. And içməklə malı satmağa gəldikdə isə, yalan yerə and içmək haramdır, yəni böyük günahdır. Doğru olaraq and içmək isə, az bir şey üçün Allahu təalanın adını söyləmək hörmətsizlik sayılır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Alış-veriş edərkən vallahi belədir, billahi helə deyil deyə and içənə və “bu gün get sabah gəl” deyərək sözündə durmayan sənətkara təəssüflər olsun!” [Deyləmi]
“Malını and içərək bəyəndirməyə çalışan şəxslərə qiyamət günü mərhəmət edilməyəcək” [İ. Qəzali]

Yunis ibn Abid həzrətləri ipək parça satardı. Malı satarkən heç tərifləməzdi. İşçisi bir gün parçanı göstərərkən, müştərinin yanında, “Ya Rəbbi, bu Cənnət parçasından mənə də nəsib et” dedikdə, Yunis ibn Abid həzrətləri bu sözün parçanı tərifləmək olacağını düşünərək, parçanı satışdan qaldırıb, satdırmadı”.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину