Facebook Twitter WhatsApp

Vəkalət və vəkil olmaq

Sual: Vəkalət nədir, birisinə vəkalət necə verilər, necə vəkil edilir və xəbərçi kimə deyilir?

CAVAB

Vəkalət - bir şəxsin bir işi görmək üçün başqasını öz yerinə qoyması, başqasına iş həvalə etməsi deməkdir. Yerinə keçirilən başqa bir şəxsə Vəkil deyilir. Vəkil edənə Sahib deyilir. Bir şəxsin sözünü başqasına aparana Rəsul və ya Xəbərçi deyilir.

Birini vəkil etmək təklif və qəbul ilə olur. Yəni, “Səni vəkil etdim” “Qəbul etdim” sözləri və ya yazıları ilə olur. Vəkil cavab vermədən işi görməyə başlasa, qəbul etmiş sayılır. İş xəbərsiz edildikdən sonra sahibinin izn verdim deməsilə də vəkil etmiş olur. Kirayənişin kirayə haqqı ilə kirayədəki malı təmir etməyə vəkil edilə bilər.

 

Sual: Bir malı satın almaq üçün vəkil olan şəxs o malı özü üçün satın ala bilərmi?

CAVAB: Bəlli bir malı satın almağa vəkil olan şəxs o malı özü üçün satın ala bilməz. Özüm üçün aldım desə belə sahibinin olar. Sahibi yanında ikən özü üçün aldığı mal vəkilin olar.

 

Sual: Bir işdə vəkil olan şəxs başqa birini həmin işlə bağlı vəkil edə bilərmi?

CAVAB

Vəkil sahibindən ayrıca izn almadan və ya “istədiyini et” deyərək “Ümumi vəkil” edilmədikcə başqasını özünə vəkil edə bilməz. Yalnız zəkat vermək üçün olan vəkil izinsiz olaraq başqasını, o da başqasını vəkil edə bilər. İkinci vəkil birbaşa sahibin vəkili olur.  

 

Sual: Bir şəxs vəkil olduğu şəxsin malını öz istədiyi qiymətə sata bilərmi və özü ala bilərmi?
CAVAB

Ümumi vəkil olan şəxs sahibinin, yəni vəkili olduğu şəxsin malını istədiyi qiymətə sata bilər. Qiymət deyilmişsə, aşağı qiymətə sata bilməz. Satarsa ödəyər. Vəkil sahibinin malını özünə sata bilməz və qohumuna sata bilər. Ümumi vəkil nəğd də, nisyə də sata bilər. Lakin, nəğd sat və ya bu malımı sat, borcumu ver deyilərsə, nisyə sata bilməz.

 

Sual: Bir şəxs vəkilinə, filan şəxsə sədəqə ver, desə, vəkil öz pulundan versə, sonra bunu vəkil edəndən istəyə bilərmi?

CAVAB

Bir şəxs filankəsə borc və ya sədəqə yaxud hədiyyə ver desə, vəkil də versə, əmr edəndən istəyə bilməz. Sonra mən sənə verərəm desə istəyə bilər.

 

Sual: Bir şəxs başqa birinin bağındakı almaları yığıb kasıblara paylayın deyə əmr versə, bu əmrə tabe olanlar payladıqları almaların dəyərini ödəyərlərmi?
CAVAB

Hər kəs ancaq öz mülkü üçün əmr verə bilər. Başqasının malını dənizə at deyə birisi əmr versə, bu əmrə tabe olub, o malı dənizə atmaq olmaz, atan ödəyər. Vəkilinə borcumu öz malından ödə desə, vəkil qəbul etsə belə ödəməyə məcbur olmaz. Lakin vəkildə alacağı və ya əmanət pulu varsa, o vəkil əmri yerinə yetirməyə məcburdur. Malımı satıb ödə desə bu əmri yalnız muzdlu vəkil etməyə məcburdur.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину