Facebook Twitter WhatsApp

Yoxsula nisab miqdarından artıq zəkat vermək

Sual: Zəkat olaraq verəcəyim məbləğ borcu olmayan bir yoxsula nisab miqdarından artıq ola bilərmi?

CAVAB

Artıq olmaz, olarsa zəkat məkruh olar. Əgər bu yoxsulun uşağı, xanımı varsa, məsələn, bir evdə üçü də yoxsuldursa, verilən zəkat üç hissəyə bölünər, hər birinə verilən miqdar nisabı keçməsə, məkruh olmaz.

Sual: Yoxsula 100 qr qızıl zəkat verilsə, səhihdirmi?

CAVAB

Səhihdir, lakin borcu olmayan yoxsula nisab miqdarı və ya daha çox zəkat vermək məkruhdur. Yoxsula verilən qızıl onu zənginləşdirəcək qədər çox olmamalıdır. Borclu kasıba borcunu ödəyib nisaba çatmayacaq qədər zəkat verə bilər. Məsələn, kasıbın 80 qr qızıl borcu vardırsa, o kasıba 170 qr qızıl vermək məkruh olmaz. Çünki borcunu ödədikdən sonra əlində nisab qədər pulu qalmır.
Sual: Yoxsula verəcəyim zəkatın məbləği onu dinən zəngin edir. Nə etməliyəm?

CAVAB

Əgər kasıbın xanımı da, uşaqları da kasıbdırsa, onların hər birinə varlı olmayacaq qədər zəkat verilə bilər. Yaxud da kasıba varlanmayacaq qədər pul versəniz, o pulu xərclədikdən sonra təkrar yenə verə bilərsiniz.
Sual:
1 kq qızıl borcu olan yoxsula, 1 kq qızıl zəkat vermək caizdirmi?

CAVAB

Bəli, caizdir.

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину