Facebook Twitter WhatsApp

Qara geyinmək

Sual: Ümmü Sələmə validəmiz buyurur: “Təsəttür ayəti endiyi vaxt Ənsar qadınları başlarındakı qara örtüyə görə, sanki başlarına qarğa qonmuş kimi görünürdülər.” Buradan qadınların qara geyinməsinin fərz olduğu mənasını çıxarmaq olmazmı?

 

CAVAB

Qətiyyən belə bir məna çıxarıla bilməz. Burada yalnız baş örtülərinin qara olduğu bildirilir. Başlarındakı örtülər ağ, ya da yaşıl olsaydı, ağ və ya yaşıl geyinmək fərz olmazdı. Əslində Peyğəmbər əfəndimiz müxtəlif rənglərdə paltarlar geyinmişdir. Onun geyindiyi paltarları geyinmək fərz deyil.

Dihyəyi-Kəlbi (radiyallahu anh) deyir: Rəsulullaha (sallallahu aleyhi və səlləm) ağ parça gətirmişdilər. Mənə bir az verib buyurdu: “Bunu iki yerə böl, parçanın birindən özünə köynək tikdir, digərini hanımına ver, özünə örtü tiksin!”

[Əbu Davud]

Bu hədisi-şərifə görə qadın və kişilərin ağ paltar geyinməsi fərz deyil. Çünki “Dürər-ül-mültəqitə” kitabında belə deyilir:

Qadınların bədən cizgilərini, qaba övrət yerlərinin forma və rəngini bəlli etməyən hansısa bir paltarla örtünməsi fərzdir. Dinimiz örtünməni əmr etdi, ancaq müəyyən bir örtü forması və ya müəyyən bir rəng bildirmədi.

Hər rəngdə paltar geyinmək həm qadınlara, həm də kişilərə caiz olsa da, kişilərin qırmızı və sarı rəngdə paltar geyinməsi məkruhdur. Yaşıl geyinmək sünnətdir. Ağ və qara geyinmək müstəhəbdir. Rəsulullahın əntari və köynəyi ağ pambıq parçadan idi. Məkkəni fəth etdiyi gün mübarək başlığı və paltosu qara idi. [İbni Abidin]

 

Sual: Kişilərin qırmızı və sarı rəngli paltar geyinməsinin bir zərəri vardırmı?

CAVAB

Kişilərin hər rəngdə paltar geyinməsi caiz olsa da, qırmızı və sarı rəngli paltar geyinməsinin tənzihən məkruh olduğu bildirilmişdir. Başa taxılan başlıq və təkkənin isə qırmızı və sarı rəngdə olmasının məkruh olmadığı yekdilliklə bildirilmişdir. “Şirət-ül-islam” təfsirində Rəsulullah əfəndimizin ayaqqasının qara olduğu yazılmışdır.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину