Facebook Twitter WhatsApp

Çılpaq çimmək

Sual Kişilərin tək olarkən çılpaq və ya şortla çimməsi günahdırmı?

CAVAB

Bu mövzuda üç qövl vardır:

  • Məkruhdur.
  • Kiçik yerdə caizdir.
  • Caizdir. [Rədd-ül muxtar]

Ehtiyatlı olmalı və göbəkdən dizə qədər dəsmal kimi bir şeylə örtünməlidir. Əgər dəsmal tapılmazsa, şort varsa, Hənbəli məzhəbi təqlid edilərsə, məkruh deyil. Şort da yoxdursa, kiçik bir yerdə qüsl almağa çalışmaq lazımdır. Kiçik yer də tapılmasa, caiz olan qövlə uyğun əməl etmək olar.

Sual Evdə heç kim olmayanda çılpaq dayanmaq və çılpaq çimmək günahdırmı?

CAVAB

Bəli, günahdır, çünki tək deyilik. Yanımızda bizi cin və şeytanlardan qoruyan, əməllərimizi kamera kimi cihazlarla qeyd edən mələklər vardır. Hədisi-şəriflərdə buyurulur ki:

“Bir şəxs iki saleh qonşusundan necə utanırsa, gecə-gündüz onunla birgə olan iki mələkdən də elə utanmalıdır!” [Beyhəqı]

 

“Çılpaq qalmaqdan çəkinin! Daima sizinlə birgə olan və yalnız cimada və ayaqyolunda ayrılan hafizə mələklərindən utanın və onlara hörmət edin!” [Tirmizi]

“Yalnız olarkən övrət yerinizi açmayın! Çünki yanınızdan heç ayrılmayan [hafizə] mələklər vardır. Onlardan utanın və onlara hörmət edin.”

[Əşiat-ül-ləməat]

“Gecə qüsl alarkən övrət yerini açmaqdan çəkinin. Əgər çəkinməyən olarsa, onda dəlilik əlaməti görülərsə, özündən başqasını günahlandırmasın.” [Hakim]


Biz həmişə Allahu təalanın hüzurundayıq, lakin namaza durduqda Onun hüzuruna çıxırıq deyilir. Hüzura çıxarkən özümüzə fikir verməliyik. Allahu təala bizim yeni və bəzəkli paltarımıza baxaraq bizə və namazımıza dəyər vermir, qəlbimizə və niyyətimizə baxır. Bunları hansı düşüncə və niyyətlə etdiyinə baxaraq savab və ya əzab verir. Buna rəğmən yalnız özümüz üçün çöl paltarımızın da düzgün olmasını, ədəb yerlərimizin örtülü olmasını əmr edir.  

Əlbəttə ki, Allahu təala namazda da, namaz xaricində də bizi görür. Bu halda ona isyan etməkdən, tərbiyəsiz və ədəbsiz hərəkətlərdən uzaq durmalıyıq. Yenə hədisi-şəriflərdə buyurulur ki:

“Allahu təala həyanı və örtünməyi sevər. Ona görə də yuyunarkən övrət yerinizi örtün. [Əbu Davud]

“Allahu təaldan utanmaq, insanlardan utanmaqdan daha əhəmiyyətlidir.” [Tirmizi, Nəsai]

Yuyunarkən örtünün! Allahu təala həya sahibidir, utanıb örtünəni sevər. [Nəsai]


“Övrət yerlərinizi örtün! Yalnız olarkən də Allahu təladan həya edin!” [Tirmizi]

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину