Sual: Bəziləri “İmanın şərtləri arasında qadınların örtünməsi yoxdur, hətta böyük günahlar arasında da bildirilmir. Bu bir təfərrüat deyilmi, buna niyə bu qədər əhəmiyyət verilir?” deyir. Necə cavab vermək olar?
CAVAB
Bu qədər örtünməyin üzərində duranlar örtünənlər deyil, dinin bu əmrinə qarşı çıxanlardır.
İmanın şərtləri arasında örtünmək də, bütün fərzlər və haramlar da mövcuddur. İmanın bir şərtini qəbul etməyən mömin ola bilməz. İmanın altı şərti: 1- Allaha, 2- Mələklərə, 3- Kitablara, 4- Peyğəmbərlərə, 5- Axirət gününə. 6- Qədərə inanmaqdır. İndi onların izahına baxaq:
1- Allaha iman: Təkcə Allah vardır deməklə iman olmaz. Onun bildirdiyi fərzlərə və haramlara da inanmaq şərtdir. Onların birinə belə inanmayan Allaha inanmamış olar. Məsələn, qumar, şərab, faiz halaldır deyən Allaha inanmamış sayılır. Təsəttür də Allahın əmirləri arasındadır. Təsəttürə inanıb riayət etməyən günah işləmiş olur, amma inanmayan Allaha inanmamış olur. Allaha inanmayan da müsəlman ola bilməz.
2- Mələklərə iman: Mələklər var deməklə mələklərə iman olmaz. Mələkləri xristianlar kimi qız bilmək, mələklərin günah işlədiyini düşünmək mələklərə düzgün iman olmaz. Mələklərə inanmayan da müsəlman olmaz.
3- Kitablara iman: Allah kitablar göndərdi deməklə kitablara iman edilmiş olmur. Həmin kitablarda bildirilən haramlara, fərzlərə inanmaq şərtdir. Birinə belə inanmayan müsəlman ola bilməz. Qurani-kərimdə təsəttür bildirilir. Bir ayəti-kərimə məalı belədir:
“Mömin qadınlara söylə: [Yad kişilərə baxmaqdan] çəkinsinlər, namuslarını qorusunlar, [əl, üz kimi] görünən hissə xaric zinətlərini [saç və boyun kimi zinət taxılan yerləri] göstərməsinlər, himarlarını [örpəklərini] yaxalarına qədər [saç, qulaq və boyunlarını] örtsünlər!” [Nur 31]
Bunu inkar edən necə müsəlman ola bilər?
4- Peyğəmbərlərə iman: Peyğəmbərlər vardır deməklə iman olmaz. Peyğəmbərlərin bildirdiklərinin hamısının düzgün olduğuna inanmaq şərtdir. Peyğəmbər əfəndimiz təsəttürü bir neçə hədisi-şəriflə bildirmişdir. Birinin məalı belədir:
“Bir qız namaz qılacaq yaşa gələndə üz və əlləri xaric bədənini kişilərə göstərə bilməz.” [Əbu Davud]
Peyğəmbərin sözünü qəbul etməyən necə müsəlman ola bilər?
5- Axirət gününə iman: Bir insan axirət vardır deməklə axirətə inanmış sayılmır. Müsəlmanların Cənnətə, kafirlərin Cəhənnəmə gedəcəyinə də inanmaq şərtdir. Buna inanmayan da müsəlman ola bilməz.
6- Qədərə iman: Qədər ancaq Allahdandır deməklə qədərə inanılmış olmaz. Qədərimi mən özüm yazaram, ölkəni qədərinə buraxmarıq deyən qədərin nə olduğunu bilmir deməkdir.
Demək ki, təsəttür iman əsasları arasındadır, təfərrüat deyildir. Təsəttürün fərz olduğunu inkar edən imanını itirər. Təsəttürə inanıb riayət etməyən yenə müsəlmandır, lakin günahkar sayılır.
В корзине: 0 шт.
на сумму: 0