Facebook Twitter WhatsApp

Təsəttürə riayət etmək

Sual Türban sonradan meydana çıxmadımı? Səhabə qadınlar türban taxırdımı? Quranın əmri olmadığı üçün türban bir adət, bir ənənə deyilmi?

CAVAB

Saçların örtülməsi Qurani-kərimdə açıq bildirilmişdir. Türban kəlməsi dilimizə fransız dilindən gəlmişdir. Baş örtüsü deməkdir. Bu türban kəlməsini də yenə türbana qarşı olanlar çıxarmışdılar. Biz baş örtüsünə deyil, türbana qarşıyıq deyərək, güya məqsədlərini gizlətməyə çalışmışdılar. Biz geyindiyimiz baş örtüsünə yəməni, tülbənt, çəmbər kimi başqa bir ad versək də onlar yenə qarşı çıxacaqlar. Bunlar türbana, şərfə deyil, Allahın “Başınızı örtün” əmrinə qarşı çıxırlar. Türban kəlməsini vurğulamaq hiylədən başqa bir şey deyildir. Qurani-kərimdə “Himar” kəlməsi keçir. Himar türk dilində baş örtüsüdür. Fransız dilində “Echarpe”, yəni şərfdir. Fransızlar şərfə “Turban”, yəni türban da deyirlər. Türklər fransız dilindən gələn şərf kəlməsini işlətdiyi kimi, fars dilindən gələn tülbənt kəlməsini də işlədirlər. Yenə Ərəb dilindən gələn yəməni kəlməsi də işlənilir. Bunlar ədəbiyyatımıza da keçmişdir. Xalqımıza məxsus olmuşdur.

Bir mani:

Başında al yəməni

Öldürmə zalım məni

Ellər nə desə desin

Alacağam mən səni.

Baş örtüsünə çəmbər də deyilir. Çəmbər də manilərə daxildir:

 

Çəmbərimdə gül oya

Gülmədim doya-doya

Dərdlərə qarışıram

Günləri saya-saya.

Xalqımız baş örtüsünə çalma da deyir:

Oyalı çalma başında

Oyaları qaşında

Bəsdir gözlətdiklərin

Çeşmələrin başında.

Yaşmaq kəlməsi Anadoluda hələ də işlədilir, hətta bəzi siyasət adamları xalqın gözünə girmək üçün Bosnada ağ yaşmaq paylamışdılar.

 

Bir mani daha:

 

Ay doğar anasından,

Buludun arasından,

Qız, saçın görünür

Yaşmağın arasından.

Çox yerdə baş örtüsünə bürgü də deyilir. Hər bölgədə bir şey deyirlər. Bəzi bölgələrdə qaşbasdı da deyilirmiş. Baş örtünün adı vacib deyildir. Əsas olan saçların ve boyun hissənin örtülməsidir.


Təsəttür ayəti gəlməzdən əvvəl cahil ərəblər açıq-saçıq geyinərlərdi, hətta Kəbəyi-şərifi belə çılpaq təvaf edərdilər. Təsəttür ayəti-kəriməsi endikdən sonra yeni bir mədəniyyət başlamış, bütün müsəlman xanımlar örtünmüşlər. Təsəttür ayətindən əvvəlki vəziyyəti anladıb səhabələrin xanımları açıq gəzərdi demək qəsdən olmasa da, çox cahilcə bir sözdür.

Bir ayəti kərimə məalı belədir:

“Mömin qadınlara söylə: [Yad kişilərə baxmaqdan] çəkinsinlər, namuslarını qorusunlar, [əl,üz kimi] görünən hissədən başqa, zinətlərini [saç və boyun kimi zinət taxılan yerləri] göstərməsinlər, himarlarını [baş örtülərini] yaxalarına qədər [saç, qulaq və boyunlarını] örtsünlər!” [Nur 31]

Peyğəmbər əfəndimiz Qurani-kərimi açıqlayaraq buyurur ki:

“Qadının [üz və iki əlindən başqa] bütün bədəni övrətdir.” [Məcmaul-ənhür, El-mugni]

Həzrəti Aişə validəmiz də buyurur ki:

“İlk mühacir qadınlara Allah rəhmət etsin! Təsəttür ayəti enəndə dərhal önlüklərini cırıb başlarını örtdülər.” [Buxari, Nəsai]

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину