Sual: Bəziləri, “Təsəttür imanın və ya İslamın şərti deyil. Təsəttür üzərində bu qədər çox durmaq lazım deyil” deyirlər. Açıq gəzmək digər haramlardan fərqlidirmi?
CAVAB
Belə demək çox səhvdir. Fərzlərə tabe olmağa, haramlardan çəkinməyə təklif deyilir. Təkliflərə, yəni əmrlərin əməl olunmasına və qadağalardan çəkinməyin lazim olduğuna inanmaq imanın şərtidir. Təkliflərin çoxuna inanıb, amma yalnız birinə inanmayan, buna tabe olmaq istəməyən, Muhamməd əleyhissalama inanmamış sayılır, kafir olur. Müsəlman olmaq üçün təkliflərin hamısına inanmaq, hamısını bəyənmək lazımdır. Bir Müsəlman təkliflərə inandığı halda bunlara tabe olmazsa, məsələn, pis yoldaşa və nəfsinə uyaraq içki içərsə, təsəttürə riayət etməzsə, imanı getməz, kafir olmaz, günahkar Müsəlman olar.
Təkliflərin [Allahın əmrlərinin] hamısına inanıb, əməl etdiyi halda, sadəcə birinə riayət etmək istəməyərək, yəni bəyənməyərək, vəzifə olduğuna əhəmiyyət verməyərək, barmaqarası baxarsa, o Müsəlmanın imanı gedər, kafir olar.
Məsələn, “Açıq gəzirəmsə nə olar ki? Əsas qəlbimə bax. Qəlbim təmizdir” demək, təkliflərin bir hissəsini bəyənip bir hissəsini bəyənməməkdir. Hər Müsəlmanın bu incəliyə diqqət etməsi, təkliflərə uymayanların imanlarının getməməsi üçün oyaq olmaları lazımdır. Təklifə tabe olmamaq başqadır, tabe olmaq istəməmək, bəyənməmək, qəbul etməmək başqadır. Bu ikisini qarışdırmamaq lazımdır!
Açıq gəzmək digər günahlardan üç cəhətdən fərqlidir:
Birincisi: Hərdən-bir deyil, davamlı işlənən bir günahdır. Hədisi-şərifdə, “Kiçik günaha davam edilərsə, böyük olar” və “İnsan, günah işləyərkən qəlbində qara bir nöqtə əmələ gələr. Günaha davam edərsə, o ləkə böyüyər və qəlbinin bütününü örtər” buyuruldu. (Haraiti)
Deməli, davamlı günah işləyənlərin qəlbləri qaralır. Qəlbi qaralan nə olur? Peyğəmbər əfəndimiz, “Günaha davam edənin zamanla qəlbi möhürlənir. O, artıq savab iş görə bilmir” buyurur. (Bəzzar)
Təsəttürsüz qadın oruc tutsa, oruc borcundan, zəkat versə, zəkat borcundan qurtulur, lakin orucunun və zəkatının savabı azalır. Yəni, işlədiyi günahlar qazandığı savabları aparır. Əlində savabı qalmadığı üçün savab qazana bilmir, savabı olmur deyirlər. Yoxsa səhih və ixlaslı olan hər ibadətin savabı olur.
Dinimizdə savab qazanmaqdan əvvəl günahdan qaçmaq əsasdır. Bir hədisi-şərifdə, “Çox az bir günahdan çəkinmək bütün cin və insanların [nafilə] ibadətlərinin cəmindən daha yaxşıdır” buyurulur. Hər günah Allahü təalaya üsyan olduğuna görə böyükdür, lakin bəziləri bəzilərilə müqayisədə kiçik görünür. Bir kiçik günahı etməmək bütün dünyanın nafilə ibadətlərindən daha savabdır, çünki nafilə ibadət etmək fərz deyildir. Günahlardan qaçmaq isə fərzdir. (Riyadün-nasıhin)
Zəngin qadına həccə getmək fərzdir. Yanında məhrəmi yoxdursa, getmək haram olar.
İkincisi: Gizli işlənən günahı açıqlamaq da ikinci bir günahdır. Açıq gəzən qadın bu günahı çəkinmədən işlədiyi üçün başqalarına pis nümunə olur. Hədisi-şərifdə, “Hər mömin bağışlanar, ancaq günahını başqalarına açıqlayan xaric” buyuruldu. (Buxari)
Təsəttürsüz qadın günahı açıq-aşkar işləmiş olur, günahını başqalarına açıqlamış sayılır. Hədisi-şərifdə bildirildiyi kimi açıq işlənən günahların əfvi çətin olur.
Hər nə qədər açıq-saçıq gəzənə kafir deməmək lazımdırsa da, açıq gəzən qadının zamanla qəlbi qaralır, açıq gəzdiyi üçün vicdanı sızlamazsa, imanı da zəyifləyib bir gün tamamilə sönə bilər.
Üçüncüsü: Ən əhəmiyyətlisi budur. Açıq-saçıq gəzmək, iffətsizliyə yol açan bir günahdır. Bir qadın içki içsə, qumar oynasa, oğurluq etsə, əri onu bunlardan imtina etdirmək üçün müalicə etməyə çalışar. Ancaq açıq gəzən qadın, iffətsizliyində həddi aşarsa, əri müalicəsinə çalışmadan dərhal onu tərk edər. Hətta öldürə bilən belə çıxır.
Peyğəmbər əfəndimiz kişinin övrət yerinin diz ilə göbək arası, qadının isə üz və iki əlindən başqa bütün bədəninin övrət olduğunu bildirmişdir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Övrət yerini açmaq böyük günahdır.” [Hakim]
“Övrət yerini açana, başqasının övrət yerinə baxana Allah lənət etsin!” [Beyhəqı]
Qurani-kərimdə isə məalən buyuruldu ki:
“Mömin qadınlara söylə: [Yad kişilərə baxmaqdan] çəkinsinlər, namuslarını qorusunlar, [əl, üz kimi] görünən qismi xaric, zinətlərini [Saç və boyun kimi zinət taxılan yerləri] göstərməsinlər, baş örtülərini yaxalarına qədər [saç, qulaq və boyunlarını] örtsünlər!” [Nur 31]
Əhzab surəsində də Allahdan qorxan qadınların yad kişilərlə danışmaq məcburiyyətində qaldıqlarında, pis niyyətli kişilərin təhrikinə səbəb olmamaları üçün yumşaq danışmamaları əmr edilir. Səsdən təhrik olan kişi açıq qadına baxarkən təhrik olmazmı?
Artıq istəyən Allahü təalanın əmrinə uyar, istəyən də nəfsinə və şeytana uyar.
В корзине: 0 шт.
на сумму: 0