Hənəfi məzhəbində dişlərin arası və diş çuxurları islanmazsa, qüsl olmaz. Bunun üçün dişə diş qapağı qoyulduqda və dolğu(plomb) qoyulduqda qüsl səhih olmaz. İnsan cənabətlikdən qurtula bilməz. Qızıl, gümüş və nəcs olmayan başqa maddələrdən hazırlanan diş qapağı və dolğu altına su girmədikdə, Hənəfi məzhəbi alimlərinin hamısına görə, qüsl dəstəmazı caiz olmaz.
Tahtavi, “Mərakıl-fəlah” haşiyəsi, 96-cı səhifəsində və həmçinin bunun tərcüməsi olan “Neməti-İslam” kitabında belə yazır: Bir Hənəfinin öz məzhəbinə görə edə bilmədiyi bir işi edə bilməsi üçün Şafii məzhəbini təqlid etməsində bir maneə yoxdur. “Bahr-ür-raik” və “Nehr-ül-faik” kitablarında da belə yazılmışdır. Lakin bu işi edərkən, o məzhəbin şərtlərini də yerinə yetirmək lazımdır. Məcburiyyət, zərurət olmadan və şərtlərinə riayət etmədən təqlid edərsə, buna “müləffiq” deyilir ki, asanları toplayan deməkdir. Bu, caiz deyildir.
Öz məzhəbindəki bir fərzi edə bilməyən kimsənin yalnız bu fərzi etməsi üçün başqa məzhəbi təqlid etməsi lazımdır. Amma bu işi edərkən təqlid etdiyi məzhəbin şərtlərini də yerinə yetirməlidir. Diş qapağı və dolğu qoyduran Hənəfi məzhəbindəki bir müsəlmanın Maliki [və ya Şafii] məzhəbini təqlid etməsi üçün qüsldə, dəstəmaz almaqda və namazda niyyət edərkən İmam Malikə [və ya İmam Şafi-yə] tabe olduğunu xatırlaması kifayət edər. Yəni qüsl dəstəmazı almağa başlayarkən, “Niyyət etdim qüsl almağa və Maliki [və ya Şafii] məzhəbinə tabe olmağa” sözünü qəlbindən keçirən bir kimsənin qüslü səhih olar. Ağzında diş qapağı və ya dolğulu dişi olan Hənəfi məzhəbindəki bir kimsə belə niyyət etdikdə qüslü, yəni boy dəstəmazı səhih olar. Cünubluqdan qurtular, təmiz olar. Maliki [və ya Şafii] məzhəbini təqlid etdikdə, dəstəmazı və namazları səhih olar. Diş qapağı və dolğu dişi olmayanlara da imam ola bilər.
Şafii məzhəbini təqlid edənin imam arxasında Fatihə surəsini oxuması, özünün və ya başqasının səvətəyninə, yəni iki dəstəmaz pozma üzvlərinə əlin ovucunun (içi) ilə toxunarsa və nikah ilə alması haram olan 18 qadından başqa qadının dərisinə dərisi dəyərsə dəstəmaz alması, dəstəmaza niyyət etməsi və az nəcasətdən də çəkinməsi lazımdır. Qurani-Kərimi tutacağı zaman da Şafii məzhəbinə görə dəstəmazlı olmalıdır. Hənəfi məzhəbində olan bir yolçunun Şafii məzhəbini təqlid edərək, zöhr ilə əsr, şam ilə işa namazlarını cəm edərək birlikdə qıla bilməsi üçün Şafii məzhəbinə görə dəstəmazlı olması lazımdır.
В корзине: 0 шт.
на сумму: 0