Vaxtın və ya camaatın qaçmasından qorxu olmadığı zaman, başqa məzhəbdə namazı pozan bir şeydən qurtulmaq üçün məsələn dirhəmdən az nəcasəti təmizləmək üçün və yad qadına toxunmuş olduğunu xatırladıqda dəstəmaz almaq üçün namazı pozmaq caiz olar.
Dəstəmaz və yel sıxışdırmasından qurtulmaq üçün də namaz pozulur.