Facebook Twitter WhatsApp

Namazın Məkruhları

  1. Paltarı geyinməyib, çiyinlərinə ataraq qılmaq.
  2. Səcdəyə enərkən ətəkləri, şalvar dizlərini qaldırmaq.
  3. Köynəyinin ətəkləri, qolları çirməli olaraq namaza durmaq.
  4. Əbəs, yəni faydasız hərəkətlər etmək.
  5. İş paltarı ilə və böyüklərin yanına çıxa bilmədiyi paltar ilə qılmaq.
  6. Ağızda qiraətə mane olmayacaq bir şeyin olması. Mane olarsa, namazı pozulur.
  7. Başı açıq namaz qılmaq.
  8. Kiçik və böyük dəstəmazı sıxışdırarkən və yel zorlayarkən namaza durmaq.
  9. Namazda ikən səcdə yerindən daşı, torpağı əli ilə süpürmək.
  10. Namaza durarkən namaz içində barmaqları çıtırdatmaq.
  11. Namazda əlini böyrünə qoymaq.
  12. Başını və üzünü ətrafa çevirmək, gözləri ilə ətrafa baxmaq. Sinəsini çevirincə namaz pozulur.
  13. Təşəhhüdlərdə it kimi oturmaq.
  14. Səcdədə kişilərin qollarını yerə yayması.
  15. İnsanın üzünə qarşı və yüksək səslə danışanların arxasına qarşı qılmaq.

16.Birinin salamına əli ilə, başı ilə cavab vermək.

  1. Namazda və namaz xaricində əsnəmək.
  2. Namazda gözləri yummaq.
  3. İmamın mehrab içində durması.
  4. İmamın təkbaşına, camaatdan yarım metr yüksəkdə durması tənzihən məkruhdur.
  5. İmamın təkbaşına, aşağıda durması da tənzihən məkruhdur.
  6. Öndəki sırada boş yer var ikən, arxadakı sırada durmaq və sırada yer yox ikən, sıra arxasında tək durmaq.
  7. Üzərində canlı rəsm olan paltar ilə qılmaq.
  8. Canlı rəsmi namaz qılanın başında, önündə, sağ və sol tərəfində divara çəkilmiş və ya parçaya, kağıza çəkilərək asılmış və ya qoyulmuş isə məkruhdur. Xaç rəsmi də canlı rəsmi kimidir.
  9. Alovlu atəşə qarşı namaz qılmaq.
  10. Namazda ayətləri, təsbehləri əli ilə saymaq.
  11. Başdan ayağa qədər bir dəsmala sarılıb qılmaq.
  12. Açıq başına sarıq sarıyıb, təpəsi açıq olaraq qılmaq.
  13. Ağzını və burnunu örtərək qılmaq.
  14. Üzrsüz boğazından bəlğəm çıxarmaq.
  15. Əli bir-iki dəfə hərəkət etdirmək.
  16. Namazın sünnətlərindən birini tərk etmək.
  17. Zərurətsiz uşağı qucağında ikən namaza başlamaq.
  18. Qəlbi məşğul edən, huşunu aradan qaldıran şeylər yanında, məsələn  bəzəkli şeylər qarşısında, oyun, çalğı yanında və arzu etdiyi yemək qarşısında qılmaq.
  19. Fərz qılarkən üzrsüz divara və dirəyə dayanmaq.
  20. Rüküyə əyilərkən və qalxarkən əlləri qulaqlara qaldırmaq.
  21. Qiraəti rüküyə əyildikdə tamamlamaq.
  22. Səcdələrə və rüküyə imamdan öncə başını qoymaq və qaldırmaq.
  23. Nəcasət olma ehtimalı olan yerlərdə namaz qılmaq.
  24. Qəbrə qarşı namaz qılmaq.
  25. Təşəhhüdlərdə sünnətə uyğun oturmamaq.
  26. İkinci rükətdə birincidən üç ayət uzun oxumaq. 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину