- Namazda əlləri qulağa qaldırmaq.
- Əlin ovucunu qibləyə çevirmək.
- Təkbir aldıqdan sonra əl bağlamaq.
- Sağ əli sol əlinin üzərinə qoymaq.
- Kişinin əllərini göbəyindən aşağıya qoyması, qadının sinəsinə qoyması.
- Iftitah təkbirindən sonra “Sübhanəkə” oxumaq.
- İmamın və tək qılanın “Əuzu” oxuması.
- Bəsmələ oxumaq.
- Rüküdə üç dəfə “Sübhanə rabbiyəl-azım” , demək.
- Səcdədə üç dəfə “Sübhanə rabbiyəl-alə” , demək.
- Son oturuşda “Salavat” dualarını oxumaq.
- Salam verərkən iki yanına baxmaq.
- İmamın, cümə və bayram namazlarından başqa, hər namazda birinci rükətdə ikinci rükətdə oxuyacağının iki misli uzun oxuması.
- Rüküdən qalxarkən imamın və yalnız qılanın “Səmiallahü limən hamidəh” deməsi.
- Rüküdən qalxınca “Rabbəna ləkəl-həmd” demək.
- Səcdədə ayaq barmaqlarını bükərək uclarını qibləyə çevirmək.
- Rükü və səcdələrə enərkən və səcdələrdən qalxarkən “Allahü-əkbər”demək.
- Əlləri və dizləri yerə qoymaq.
- Topuqları kıyamda bir-birindən dörd barmaq eni qədər uzaq, rüküdə, kavmə və səcdədə bitişik tutmaq.
- Fatihədan sonra “amin” demək, rüküdən öncə təkbir almaq, rüküdə, əlləri, barmaqları açıq olaraq, diz qapaqları üzərinə bağlamaq, səcdə üçün təkbir almaq, oturarkən sol ayağını yerə yatırıb, sağ ayağını dikib oturmaq, iki səcdə arasında oturmaq.
Şam namazında qısa surələr oxunur. Sübh namazında ilk rükət, ikincisinə nisbətlə daha uzun edilir. İmama tabe olan, Fatihə və zammı-surə oxumaz. Sübhanəkə oxuyar. Təkbirləri söyləyər. Təhiyyat və salavatı-şərifləri oxuyar.