Namazın vacibləri bunlardır:
- Fatihə surəsini oxumaq.
- Fatihədən sonra bir surə və ya ən az üç qısa ayət oxumaq.
- Fatihəni surədən əvvəl oxumaq.
- Fatihəni və Fatihədən sonra oxunan surəni fərzlərin birinci və ikinci rükətlərində, vacib və sünnətlərin hər rükətində oxumaq.
- Səcdələri bir-birinin ardınca etmək.
- Üç və dörd rükətli namazların ikinci rükətində təşəhhüd miqdarı oturmaq. Son oturuş fərzdir.
- İkinci rükətdə təşəhhüddən artıq oturmamaq.
- Səcdədə burunu alnı ilə bərabər yerə qoymaq.
- Son rükətdə oturarkən “Əttəhiyyatu” duasını oxumaq.
- Namazda tadili-ərkana riayət etmək.
- Namazın sonunda “Əssəlamü aləyküm və rəhmətullah” , demək.
- Vitr namazının üçüncü rükətinin sonunda kunut duası oxumaq.
- Bayram namazlarında təkbir gətirmək.
- İmamın sübh, cümə, bayram, təravih, vitr namazlarında və şam ilə işa ilk iki rükətində yüksək səslə oxuması.
- İmamın və yalnız qılanın zöhr və əsr fərzlərində və şamın üçüncü, işanın üçüncü və dördüncü rükətlərində yavaş səslə oxuması vacibdir. İmamın yüksək səslə oxuması vacib olan yerləri, yalnız qılanın, yüksək səs ilə də, yavaş səslə də oxuması caizdir.
Qurban bayramının ərəfəsinin sübh namazından, dördüncü günün əsr namazına qədər 23 fərz namazının arxasınca, “Təkbiri təşrik” oxumaq vacibdir.