Facebook Twitter WhatsApp

Qadınların namazı

Sual: Qadınların kişiyə görə namazda fərqli etdiyi şeylər nələrdir?

CAVAB

Bunlardır:

1- Qadın namaza başlayarkən əllərini çiyinlərinə qədər qaldırar. Sağ əl barmaqlarını sol bilək üzərinə halqa şəklində bağlamaz. Sağ əli sol əl üzərində olaraq sinə üstünə qoyar.

2- Rükuya əyilərkən ayaqlarını birləşdirməz. Rükuya az əyilər, belini başı ilə düz tutmaz, dizlərini bükər. Əllərini dizləri üstünə qoyar, dizlərini qavramaz və barmaqlarını açmaz.

3- Səcdədə qollarını qarnına yaxın olaraq yerə sərər. Qarnını budlarına bitişdirər.

Təşəhhüddə ayaqlarını sağa çıxararaq yerə oturar. Əl barmaqları bir-birinə yapışıq olar.

4- Dua edərkən əllərini irəli uzatmaz, üzünə qarşı əyik tutar.

5- Sübh namazını gec qılması müstəhəb deyildir. Vaxt girər-girməz qılmaları yaxşı olar.

Namazda yüksək səslə oxumaz. Qurban bayramında fərz namazlarından sonra təşrik təkbirini səssiz oxuyar. (Rədd-ül-muxtar, Tahtavi)

Sual: Hələbi və Rədd-ül-muxtarda  rükuya əyilərkən  ayaqları birləşdirməyin sünnət olduğu yazılıdır. Qadınlar da ayaq birləşdirər?

CAVAB 

            Xeyr, qadınlar birləşdirməz. Bu kişilərə məxsusdur.

Qadınlar gözləməz

Sual: Kişilərin cümə namazından çıxmalarını gözləmədən qadınlar zöhr namazını qıla birlərlər?

CAVAB

            Bəli, qıla bilərlər.

Sual: Bir rükn miqdarı saçımız açılarsa namaz pozulur? Rükn miqdarı nə qədərdir?

CAVAB

            Namazın pozulmasında və səcdəyi-səhvlərdə rükn miqdarı önəmlidir. Bunu yaxşı bilmək lazımdır.

            Namazın içindəki fərzlərə rükn deyilir. Bunlar beşdir: Qiyam, qiraət, rüku, sücud (səcdəyə getmək) və son təşəhhüddə oturmaq.

            Qadınlarda saç övrətdir. Bu rüknlərin birində saçı açılan qadın, bir ayə oxuyacaq qədər vaxt içində saçını bağlaya bilməzsə, namazı pozular. Açıldıqdan sonra bir əli ilə dərhal bağlayarsa, namazı pozulmaz. İki əli ilə bağlayarsa namazının pozulacağı bildirilən kitablar da vardır. Onun üçün bir əl ilə bağlamağa çalışmaq lazımdır. Yaxud üç dəfə  sübhanallah deyəcək qədər övrət yeri açılarsa namazı pozular. Normal şəkildə üç dəfə sübhanallah demək bir rükn üçün ölçüdür.

            Neçə rükət qıldığını çaşıb, namaz içində düşünən kimsə, sonrakı rüknün və ya vacibin üç dəfə sübhanallah deyəcək qədər bir vaxt gecikməsinə səbəb olarsa, bu arada ayə və təsbeh oxusa belə səcdəyi-səhv etməsi lazımdır.

Sual: Qadın səcdə edərkən hicabı alnına gəlsə məkruh olar?

CAVAB

            Bəli. Səcdəyə alının çılpaq olaraq dəyməsi lazımdır.

Sual: Sağlam qadınlar, istər tarlada, istərsə məsciddə yad kişilərin görəcəyi yerdə oturaraq namaz qılırlar. Qiyam, yəni ayaqda dayanmaq fərz deyilmi? Yad kişi görəcək deyə oturaraq namaz qılmaq caizdir?

CAVAB

            Caiz deyildir. Fərzi ayaqda qılmaq fərzdir. Ancaq xəstə olub ayağa qalxa bilməyən oturub qılar. Kişi görəcək deyə oturaraq qılmaq caiz olmaz. (Rədd-ül-muxtar, Hindiyyə)

Sual: Qadın çılpaq ayaqla namaz qıla bilər?

CAVAB

            Namaz ətəkliyi uzun isə ayaqlar görünmürsə, bir zərəri olmaz.

Sual: Namaz borcları olan qadın aybaşı günlərini çıxaraq qəzalarını hesablayar?

CAVAB

            Bəli.

Sual: Namaz qılarkən qadının qızılları görünsə caiz olar?

CAVAB

            Görünməməsi yaxşı olar.

Sual: Qadının namazını evdə əriylə və ya məhrəm kişi qohumuyla camaatla qılması tək qılmasından üstündürmü?

CAVAB

            Bəli.

Sual: Dizlə ayaq arasının dördtə biri açılan qadının namazı pozular?

CAVAB

            Bəli.

Sual: Qadının namazda üzünü tənziflə bağlaması caizdir?

CAVAB

            Xeyr.

Sual: Plyus, yəni xaç şəklində olan namaz ətəyim vardır. Rəsmli ətək kimi bununla namaz qılmaq məkruh olar?

CAVAB

            Bəli, məkruh olar.

Sual: Pomada və lakda plasentadan istifadə edildiyini, istehsalında çalışan bir neçə səlahiyyətli şəxsdən eşitdim. Pomadalı və laklı ikən namaz qılmaq uyğun olar?

CAVAB

            Lak, plasentadan istehsal edilməsə də altına su keçməz. Laklı ikən alınan dəstəmaz da səhih olmaz.

Sual: Örtünün altından parik görünərsə namaz pozular?

CAVAB

            Pozulmaz.

Sual: Malikini təqlid edən qadın dəstəmazda və qüsldə, hörgülü saçını açması lazımdırmı?

CAVAB

            Malikidə qadının dəstəmazda hörgülü saçını açması lazım deyildir. Hörgünün üstündən hamısını məsh edər.

            Qüsldə də saçların dibinə, yəni başındakı dəriyə su dəyirsə, hörgünü açmaq yenə lazım deyildir. Hənəfidə də belədir. Yəni, qadınlar hörgülü saçın diblərini isladanda, açmadan hörgünün üstünü islatmaq kifayətdir. Saç dibləri islanmazsa hörgünü açmaq lazımdır. Hörülməmiş saçların hər tərəfini də yumaq fərzdir. Malikidə qüsl alarkən saçları əli ilə daramaq da lazımdır. 

Sual: “Qadın bezlərdən istifadə etməzsə, namazı qəbul olmaz” deyilir. Doğrudur?

CAVAB

            Belə bir şeyin əsli yoxdur. Heç bezdən istifadə edilməsə də yenə də namazlar səhih olar. Bezdən istifadə edilməzsə, alt paltarı çirklənə bilər. Çirkli paltar çıxarılıb təmiz paltarla namaz qılınar. Bez və ya parça namazdan sonra qoyularsa, paltar çirklənmiş olmaz. Maliki məzhəbini təqlid edərsə, namazda belə axıntı gəlsə, dəstəması da, namazı da pozmaz. 

Sual: Aybaşılı, lohuzalı qadın namaz qıla bilər?

CAVAB

            Qıla bilməz. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Hayzlı qadın namaz qıla bilməz.” [Buxari, Müslim]

            “İstihazəli [üzrlü] hayzı bitəndə yuyunar, namazını qılar, orucunu tutar.” [Darəmi]

Sual: Qonşumuz, Cilbabsız, yəni çarşabsız namaz qılan qadının namazı qəbul olmaz dedi. Belə bir şey vardır?

CAVAB

            Belə bir şeyin əsli yoxdur. Cilbab kişinin də, qadının da geydiyi bir paltar, bir köynəkdir. Çünki hədisi-şəriflərdə buyurulur ki:

            “Haramdan cilbab (köynək) geyən kişinin namazları qəbul olmaz.” [Bəzzar]

            “Həya cilbabını (örtüsünü) çıxarandan (əleyhinə) söz etmək qeybət olmaz.” [Beyhəki]

            Cilbab hicabdan daha geniş və köynəkdən qısa olan bir örtüdür. Bədəni örtən hər örtüyə deyilir. (Əbussuud təfsiri, Ruh-ul-bəyan təfsiri)

            Rəsulullah əfəndimizin xanımı Ümmi Sələmə anamız buyurur:

            “Rəsulullaha, qadın tək şalı və köynəyi ilə namaz qıla bilər?” deyə soruşdum. “Geyindiyi dır [uzun köynək], ayaqlarının üstü ilə birlikdə bütün bədənini örtərsə, qıla bilər.” buyurdu [Əbu Davud]

Yenə hədisi-şəriflərdə buyurulur ki:

            “Qadın, ancaq başını və bütün bədənini örtən bir paltar ilə namaz qılarsa, təsəttürə riayət etmiş olar və namazı qəbul olmuş olar.” [Əbu Davud, Tirmizi]

            “Namazı, izar və rida ilə qılın!” [ İbni Adiy]

İzar, beldən aşağını örtən, rida isə, beldən yuxarısını örtən paltardır. Ehramın da alt qisminə izar, üst qisiminə rida deyilir. İzar, bir növ dəsmal, rida isə bir növ köynəkdir.

“Bəhr-ür-raik” də deyir ki:

            “Kişi, xanımına bunları alması lazımdır: Kisvə (paltar), ildə iki dır , iki himar və iki milhafədir. Milhafə, qadının küçəyə çıxarkən geydiyi paltardır. [Buna fəracə, saya, palto da deyilir. Himar, baş örtüsüdür.] Dır, sinəsi açıla bilən uzun köynəkdir. Kamis, çiyini açıla bilən uzun köynək [don]dir.”

            Nur surəsinin 31-ci ayəti-kəriməsində, “Qadınlar himarlarını [baş örtülərini] yaxalarının üstünə örtsünlər” buyurulur. Əgər qadınlar, çarşab geyinsələrdi, himar yəni baş örtüsünü yaxanın üzərinə örtməkdən bəhs edilməzdi.   

            Qadınlara bədən cizgiləri [kobud övrət yerlərinin şəkli və rəngi] bəlli olmayacaq hər hansı bir paltar ilə örtünmək fərzdir. Dinimiz bağlanmağı əmr etdi, amma bəlli bir örtü şəkli bildirmədi. (Dürər-ül-mültəkitə) 

            Bu vəsiqələrin hamısı göstərir ki, qadınların çarşab geyinməsi lazım deyildir. Nə Rəsulullah əfəndimizin xanımlarının, nə də Əshabi-kiramın xanımlarının çarşab geyindiklərinə dair bir vəsiqə yoxdur. Din kitablarında da qadına nəfəqə olaraq verilməsi lazım olan paltarlar bildirilmiş, heç birində çarşabdan bəhs edilməmişdir.

Sual: Qadın üçün Bayram və Cümə namazı fərz olan bir məzhəb vardırmı?

CAVAB

            Bayram namazı Şafii və Malikidə sünnət, Hənəfidə vacibdir.

            Cümə namazının tək kişilərə fərz olduğu müxtəlif hədisi-şəriflərdə  bildirilmişdir. Bunlardan ikisi belədir:

            “Cümə namazı, kölə, qadın, uşaq, xəstə xaric, hər müsəlmana fərzdir.” [Əbu Davud, Hakim]

            “Namaz qıldırması üçün bir kişiyə əmr edib, sonra da Cümə namazına gəlməyən kişilərin evlərini başlarına yıxsam deyə düşündüm.” [Buxari]

            Bayram namazlarının şərtləri də Cümə namazlarının şərtləri kimidir. Bu baxımdan Cümə namazına getməyən qadın, bayram namazına da getməz.

            Kişilərin məsciddə camaatla namaz qılmarının evdə qıldıqları namazdan 27 dərəcə daha çox savab olduğu, qadınların isə evdə namaz qılmalarının, məsciddə namaz qılmalarından daha çox savab olduğu hədisi-şəriflərlə bildirilmiºdir.

Sual: Qadın kişilərə imam ola bilər?

CAVAB

            Bütün fiqh kitablarında imam olmaq üçün bildirilən şərtlərdən biri, “Kişi olmaqdır. Qadın kişilərə imam ola bilməz” buyurulur. (Hələbi)

            Dürərdəki bir hədisi-şərif  məali belədir:

            “Qadınların, [namazda imam olaraq] önə keçirilməsi caiz deyildir.”[Rəzin]

            Qadın, kişilərlə birlikdə camaatla namaz qılsa, qadının sağındakı, solundakı və arxasındakı kişinin namazı pozular. (Rədd-ül-muxtar)

Sual:Niyə qadınlar kişilərin arasında namaz qıla bilmir? Din qardaşı deyilikmi, çiyin-çiyinə qılsaq nə zərəri olar?

CAVAB

            Əlbəttə namazda qadına bir pislik edəcək kişi çıxmaz. Həqiqətən niyə qadın kişilərin arasında girmir ki? Hər qadın birimizin anasıdır və ya bacısıdır və ya xanımıdır və ya qızıdır, xalamız da ola bilər.

            Bəli, anamızla da yan-yana namaz qıla bilmirik, onun deyil, bizim namazımız pozular. Bir başqa xanım da, “O kişilərin mənə nə zərəri toxuna bilər” demişdi. Bəli, ona da sənə də bizə də zərəri toxunmaz. Amma qadınla kişi yan-yana namaz qılanda kişinin namazı pozular. Niyə pozular? Namaz qılmağı bizə əmr edən elə əmr etmişdir də ondan, yəni Allah elə əmr etdiyi üçün elədir. İnsan xala qızı ilə evlənə bilər də nədən bacısı ilə evlənə bilmir? Allah elə əmr etdiyi üçün, bacımızla evlənin desəydi evlənərdik. Bir qadın niyə iki kişiylə evlənə bilmir, yenə eyni cavab, elə əmr etdiyi üçün. Yəni, bu səbəbdən ötəri deyil. Məsələn, kişilərə ipək geyinmək haramdır, niyə haramdır? Cavab eyni, elə əmr edildiyi üçün. 

Sual: Amerikada qadın imamın, Kilsədə Cümə namazı qıldırmasının məqsədi nədir? Feminizm üçünmü yoxsa başqa məqsədlərdə vardırmı?

CAVAB

            Məqsədsiz deyil əlbəttə. Amma əsl məqsədi nədir, bilmirik. Görünənlər var. Xütbədə və bildirişlərində bu xüsusları vurğulayır:

            “Qadın da kişilərin etdiyi işləri edir. Məsələn, qadın etdiyi zinadan ötəri cəzalandırıla bilməz. Etdiyi zinaları gizləmə və zina etmə hüququna sahibdir. Bu, feminizmdən çox, bir islahat hərəkətidir. İslamın qaydaları artıq dəyişməsi lazımdır. Sultan Əhməd məscidində də Cümə namazı qıldırmaq istəyirəm.”   

            İranlı qadın bir professor ilə ilahiyyatçı kişi bir professor da, “İmamlıq üçün qadın kişi fərq etməz, kim daha ləyaqətli isə onun imam olması lazımdır” deyərək, Amerikalı qadının imamlığını təsdiq etmişdirlər. Bu arada daha başqalarından da belə absurd sözlər çıxmışdır. Bunların məqsədi nə feminizm, nə də dində islahatdır. Dində islahat adı altında dini içdən yıxmaqdır. Əvvəl qadının Cümə namazına getməsi lazım deyildi, sonra, hayzlı və lohusa (yeni doğum etmiş qadın) ikən namaz qıla bilər, təsəttür şərt deyildir deyilərək hayzlı bəzi qadınlara cənazə namazı qıldırıldı. Qadın qadına imamlıq edə bilər deyildi. İndi də qadın kişilərə imam ola bilər deyildi. Addım-addım dinin əmrləri yıxılmağa başlanır. Bunlar qiyamət əlamətlərindəndir.

            Belə bir zamanda  Əhli-sünnət alimlərinin kitablarına sarılmağın əhəmiyyəti daha da artmaqdadır.

Sual: Böyük İslam Elmihalında “Qadının qadına imamlığı caizdir” deyilir, siz niyə məkruhdur deyirsiniz?

CAVAB

            Heç bir elmihalda belə deyilmir. Bəhs etdiyiniz ehmihala da baxdıq. Orada, “Qadının qadına imamlığı kərahətlə caizdir” deyir. Kərahətlə sözünü nə üçün yazmadığınızı anlaya bilmədik.

            Yəni, qadının qadına imam olması məkruhdur. Məkruh deyiləndə təhrimən məkruh aydın olar. Təhrimən məkruh harama yaxın məkruh deməkdir, namazın savabını yox edər. Yalnız namaz borcundan xilas olmuş olunar isə də savab alınmaz.

            Din yeni gəldi? Dinimizin hökmlərini bilinmir? Hər gün dinin bir məsələsini pozmağa çalışmağın məqsədi nədir?

Sual: Qadınların cənazələrə iştirak etmələri, cənazə namazı qılmaları və cənazəni dəfn etmələri  fərzdir?

CAVAB

            Xeyr qadınlara fərz deyildir. Bir hədisi-şərif məali belədir:

            “Qadınlar cənazələrə iştirak etməzlər.” [Buxari, Müslim, Əbu Davud]

Hayzlıya qadağan olanlar

Sual: Məzhəbsiz biri, “Məşhur qənaətə görə qadınlar hayzlı ikən namaz qıla bilməz, oruc tuta bilməz, Mushafa əl vura bilməz, məscidə girə bilməz deyilirsə də, bunu qadağan edən nə bir hədis, nə də başqa bir dəlil yoxdur” deyir. Yaxşı din kitablarının hamısı səhv yazır?

CAVAB

            Hamısı doğru yazır. Hamısının dəlili vardır. Məzhəbsiz, haqq olan dörd məzhəb demir, Əhli-sünnət alimləri demir, məşhur qənaətə görə deyərək, Allah və Rəsulunun əmrlərinə, Rəsulullahın varisləri olan alimlərin nəql etdiklərinə səhv bir qənaət deyir. Halbuki əksini söyləyən bir tək Əhli-sünnət alimi yoxdur.

            Hayzlı qadın bunları edə bilməz:

1- Namaz qıla bilməz. Bir hədisi-şərif məali:

“Hayzlı qadın namaz qıla bilməz.” [Əbu Davud]

Ümmü Büssə radiyallahu anha buyurur:

Həcc əsnasında Ümmü Sələmə radıyallahu anhaya soruşdum:

Ey möminlərin anası, hayz əsnasında qılınmayan namazın qəzası lazımdırmı?

Xeyr, qəza edilməz. Xanımlarından biri, nifas səbəbiylə qırx gün namaz qılmadı, Rəsulullah nifas zamanında qılınmayan namazları qəza etməsini əmr etmədi. (Əbu Davud)

Nifas da hayz kimi olduğu üçün belə bildirilmişdir.

2- Quran oxuya bilməz. Bir hədisi-şərif məali:

“Hayzlı və qüslsüz Quran oxuya bilməz.” [Tirmizi]

3- Oruc tuta bilməz. Bir qadın Həzrəti Aişə anamıza soruşdu:

  • Niyə hayzlı qadın orucunu qəza edir, namazını qəza etmir?

Aişə anamız buyurdu ki:

  • Sən Haruriyəsən (xaricisən)?
  • Haruriyə deyiləm, fəqət öyrənmək üçün soruşuram.
  • Hayzımız Ramazana rast gəlsəydi, oruc tutmayıb, qəzası ilə əmr olunar, fəqət hayzlı ikən qılmadığımız namazları qəza etməklə əmr olunmazdıq. (Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai)

Bir hədisi-şərif məali də belədir:

Rəsulullah zamanında hayz və nifas səbəbiylə Ramazanda xanımlarından biri orucunu yeyərdi, Rəsulullah ilə birlikdə Şaban ayına qədər qəza etmədiyi olardı. (Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai)

4- Mushafa əl vura bilməz. Bir hədisi-şərif məali:

“Qurana ancaq təmiz olan toxuna bilər.” [Nəsai]

5- Məscidə girə bilməz. Bir hədisi-şərif məali:

“ Qüslsüz və hayzlı ikən məscidə girmək halal olmaz.” [İbni Macə]

6- Kəbəni təvaf edə bilməz. Bir hədisi-şərif məali:

“Bəytullahı təvaf etmək namaz qılmaq kimidir, yəni dəstəmazlı olmaq lazımdır.” [Tirmizi]

7- Əri ilə cima (cinsi əlaqə) edə bilməz. (Bəqərə, 222) Bir hədisi-şərif məali də belədir:

“Hayzın başladığını və bitdiyini ərindən saxlayan qadın məlundur (lənətlənmişdir).” [Cövhərə]

Hayzlı ikən qadına yaxınlaşmaq haram olduğu üçün bunu gizləyən qadın günaha girər.

Sual: Qadınların namazda əllərinin üstlərini və ayaqlarını örtmələri lazımdır?

CAVAB

            S.Əbədiyyədə deyir ki:

            Qadınların əl və üzlərindən başqa hər yerləri, biləkləri, uzun saçları və ayaqlarının altı namaz üçün Hənəfidə övrətdir. Əllərin üstü övrət deyildir deyən alimlər də çoxdur. Bunlara görə qadınların biləklərinə qədər əllərinin üstü açıq qılmaları caiz olar. Amma, kitabların hamısına tabe olmaq üçün qadınların əlləri örtəcək qədər uzun qollu namazlıq və ya geniş baş örtüsü ilə əlləri örtülü olaraq qılmaları, daha yaxşı olar. Qadınların ayaqları namazda övrət deyildir deyən alimlər də varsa da bu alimlər də namazda örtməsi sünnət, açması məkruhdur dedi. uzun saçlar da ayaq kimidir. (Qadıhan)

Qadının dua etməsi

Sual: Qadın da kişi kimi dua edərkən əllərini uzadar?

CAVAB

            Xeyr, qadın dua edərkən əllərini uzatmaz, üzünə qarşı əyik tutar.(S.Əbədiyyə)

Qadının sallanan saçı

Sual: Qadının qulaqlarından aşağı sallanan saçı namazda açılsa, namaz pozulmuş olar?

CAVAB

            Qadınların qulaqlarına qədər sallanan saçı övrətdir. Qulaqdan aşağı sallanan qismi də, alimlərin çoxuna görə yenə övrətdir. Açılarsa namaz pozular. Bəzi alimlərə görə sallanan qisim namazda övrət olmaz, fəqət yad kişilərin bu saçlara baxmaları caiz deyildir. (Hələbi-yi kəbir)

Cəlsədə (iki səcdə arası) oturarkən

Sual: Qadın namazda iki səcdə arasında necə oturar?

CAVAB

            Təşəhhüddə, yəni namazdakı normal oturduğu kimi oturar. (Rədd-ül-muxtar)

Qadın və Cümə namazı

Sual: Bir qadın cümə namazı qılarsa səhih olurmuş. Səhih olması, cümə namazının qadınlara da fərz olduğunu göstərməz?

CAVAB

            Göstərməz. Qadınlara cümə namazı qılmaq fərz deyildir.

            Qadına və səfəri olana cümə namazı qılmaq fərz deyildir. (Fətavayi-Hindiyyə)

            Səfəri olan cümə namazı qılsa səhih olar. Bunun kimi səfərdə olana Ramazan orucunu tutmaq da fərz deyildir, amma tutarsa orucu əda etmiş olar. Beş vaxt namazın hansı olursa olsun, vaxt girəndə qılmaq fərz deyildir, vaxtın sonunda fərz olur, amma vaxt girəndə qılınarsa, fərz əda edilmiş olar. Qurban kəsmək də belədir. Qurban bayramının üçüncü günü zənginə qurban kəsmək vacib olur, amma birinci günü kəsilsə vacib əda edilmiş olur. (Rədd-ül muxtar)

            Cümə namazı səfəri olana fərz olmadığı halda, qılınca səhih olduğu kimi, qadın qılınca da cümə namazı səhih olur. Bunun qadına cümə namazının fərz olmasıyla heç bir əlaqəsi yoxdur.

            Cümə namazının fərz olmasının iki növ şərti vardır. Vücub şərtləri və əda şərtləri. http://gozelislam.com/?p=1109

            Vücub şərtlərindən biri və ya bir neçəsi bir kimsədə olmasa, buna baxmayaraq o şəxs cümə namazını qılsa, namaz səhih olar. Qılmazsa günah olmaz, çünki vücub şərti yoxdur.

            Bu şərtlər olmasa da cüməni qılan şəxs cüməni əda etmiş olar. (S.Əbədiyyə)

Qadın səsli oxuya bilməz

Sual: “Kişilərin namazda səsli oxuduğu yerdə qadınlar da səsli oxuya bilər” deyilir. Qadınların səsli oxuması caizdir?

CAVAB

            Xeyr, qadınlar namazda və ya namaz xaricində səsli oxuya bilməz. Azan və iqamət oxumaq kişilərə sünnət ikən, qadınların heç kimsə yox ikən də azan və iqamət oxuması tahrimən məkruhdur. (S.Əbədiyyə)

            Sübh, məğrib və işa namazlarıyla gecə qılınan nafilə namazlarda, kişilərin səsli oxumaları müstəhəbkən, qadınların səsli oxumaları caiz deyildir.

            Fətih kitabında, “Namazda Quranı aşkara oxuyan qadının namazı pozular sözü” doğrudur” deyilir. Qadınlar Qurban bayramında fərz namazlardan sonra təşrik təkbirini səssiz oxuyar. Namazda yüksək səslə oxumaz. (Rədd-ül muxtar)

            Səssiz oxumaq öz eşidəcəyi səslə oxumaq deməkdir. Səsini özü də eşitməzsə namaz səhih olmaz.

Qadının məscidə getməsi

Sual: Hindiyyədə, “Qadınların camaatla namaz qılmaq üçün məscidə getmələri məkruhdur” yazır. Camaatsız qılsalar da yenə getmələri doğru deyildir? Bazara çıxanda namaz qılacaq uyğun yer tapılmasa, məsciddə camaat dağıldıqdan sonra da qılmaları uyğun olmurmu?

CAVAB

            Qadınların məscidə getməsi günah deyil, kişilər var ikən gedib fitnəyə səbəb olmaları günahdır. Bəhs edilən vəziyyət kimi bir ehtiyac olanda, kişilər dağıldıqdan sonra, qadınlara aid qismdə namaz qılmalarında zərər olmaz.

Vaxtın girməsi önəmli

Sual: Ramazanda sübh namazı girincə azanlar oxunur, fəqət digər aylarda günəşin doğulmasına bir saat və ya daha az qala oxunur. Biz qadınlara azan oxumaq lazım olmadığına görə, vaxt girər girməz sübh namazını qılmaqda bir zərər olar?

CAVAB

            Xeyr, zərəri olmaz. Kişilər də vaxt girər girməz qıla bilər. Tək qılanda hər namazı ilk vaxtında qılmağa çalışmaq lazımdır.