Facebook Twitter WhatsApp

Namazı necə qılacam


Sual: Namaza yeni başladım. Necə namaz qılacağımı örnəklə açıqlaya bilərsiniz?

CAVAB

Sübh namazının sünnəti belə qılınır:

  • Qibləyə qarşı dönülü Ayaqlar bir-birindən dörd barmaq qədər açıq tutulur. Əllərin baş barmaqları qulaq yumşaqlarına dəydirilir, ovuc içləri qiblə istiqamətinə açılır. “Niyyət etdim, Allah rizası üçün bu günün sübh namazının sünnətini qılmağa dedikdən sonra, Allahu Əkbər deyərək göbək altında sağ əl sol əlin üzərinə bağlanır. O anda qibləyə döndüyünü də bilmək lazımdır.
  • Gözlər, səcdə ediləcək yerdən ayrılmadan Sübhanəkə oxunu Əuzu Bəsmələdən (Əuzü billəhi minəşşeytanir racim, Bismilləhir rahmənir rahıim) sonra Fatihə və bəsmələ çəkmədən bir zəmmi-surə oxunur.
  • Zəmmi-surədən sonra Allahu əkbər deyərək rükuya əyilir. Əllərlə diz qapaqları örtülür, bel düz tutulur və gözlər ayaqlara baxır, üç dəfə Sübhanə Rabbiyəl-azım
  • Səmi allahü limən hamidəh deyərək doğrulu Qalxarkən, şalvarı çəkməməli və gözləri səcdə yerindən ayırmamaq lazımdır. Tam dik dayananda Rabbəna ləkəl hamd deyilir.
  • Ayaqda bir az dayanıb, Allahu əkbər deyərək səcdəyə gedili Səcdədə üç dəfə Sübhanə Rabbiyəl əalə deyilir.
  • Sonra, Allahu əkbər deyərək sol ayaq yerə yayılır, sağ ayağın barmaqları qiblə istiqamətində bükülür, baldırın üzərinə oturulur. Ovuclar dizin üzərinə qoyulur və barmaqlar öz halına buraxılı
  • Sonra Allahu əkbər deyərək, təkrar səcdəyə gedilir.
  • Səcdədə üç dəfə Sübhanə Rabbiyəl əalə dedikdən sonra Allahu əkbər deyərək ayağa qalxılı
  • Ayaqda bəsmələ çəkilib Fatihə və bir zəmmi-surə oxunub, Allahu əkbər deyərək rükuya əyilir.
  • İkinci rükət birinci rükətdə təsvir edildiyi kimi tamamlanı Yalnız ikinci səcdədən sonra “Allahu əkbər” deyərək ayağa qalxmayıb baldırın üzərinə oturulur, Əttəhiyyatu, Allahümmə salli, Allahümmə bərik Rabbəna ətinə dualarını oxuduqdan sonra əvvəl sağa, sonra sola Əssəlamü aleyküm və rahmətullah deyə salam verilir və Allahümmə əntəssələm və minkəssalam təbarək zəl-cəlali vəl-ikram deyilir.

Sonra heç bir şey danışmadan, heç bir şey oxumadan sübh namazının fərzini qılmağa qalxılır. Sübh namazının fərzi də eynilə sünnət kimi qılınır.

Namazdan sonra, 3 dəfə istiğfar yəni Əstağfirullah oxunur, sonra, Ayət-əl-kürsi, 33 dəfə sübhanəllah, əlhamdülillah və Allahü əkbər  və bir dəfə “Lə ilahə  illalləhu vəhdəhu la şərikə ləh ləhül-mülkü və ləhül-hamdü və hüvə ala külli şeyin qadir” oxunar. Daha sonra dua edilir. 

            Dörd rükətli sünnətlərin ikinci rükətindən sonra oturduğu zaman sadəcə təhiyyat oxunub, [yəni yuxarıda təsvir etdiyimiz kimi ilk iki rükəti qılıb] üçüncü rükətə qalxılır. Üçüncü və dördüncü rükətlərdə Fatihə və zəmmi surə oxuyaraq, rükü və səcdələrini edib oturar. Əttəhiyyatu, Allahümmə salli, Allahümmə bərik Rabbəna ətinə dualarını oxuduqdan sonra əvvəl sağa, sonra sola salam verərək namaz tamamlanır.

            Dörd rükətli fərzlərin ikinci rükətindən sonra oturduğu zaman sadəcə təhiyyat oxuyub, [yəni yuxarıda təsvir etdiyimiz kimi iki rükəti qılıb] üçüncü rükətə qalxılır. Ancaq, üçüncü və dördüncü rükətlərdə sadəcə Fatihə oxuyaraq, rüku və səcdə edib otururlur. Əttəhiyyatu, Allahümmə salli, Allahümmə bərik Rabbəna ətinə dualarını oxuduqdan sonra əvvəl sağa, sonra sola salam verərək namaz tamamlanır.

            Axşamın fərzi də belədir. Yəni, üçüncü rükətdə zəmmi-surə oxunmaz.

            Vitrin üç rükətində də, Fathədən sonra zəmmi-surə oxunur. Üçüncü rükətdə zəmmi-surədən sonra, təkbir gətirib əllər qulaqlara qaldırılır. Sonra Qunut duaları oxunur.

            Əsrin və məğribin ilk sünnətləri, digər 4 rükətli sünnətlər kimidir. Ancaq ilk təşəhhüddə Əttəhiyyatudan sonra salli bariklər, üçüncü rükətə qalxıldığında isə əvvəl sübhanəkə oxunur.

            Qadın isə namaz qılarkən, əlləri kişilər kimi qulaqlara gətirməz, əlləri çiyin səviyyəsinə qaldırıb, niyyət edər, əlləri sinəsi üzərinə bağlayar. Rükuda tam düz dayanmaz. Səcdədə dirsəkləri yerə yayar. Təhiyyatda baldırların üzərinə oturar. Yəni, ayaqlarını sağa çıxararaq yerə oturar. Əl barmaqları bir-birinə yapışıq olar.

Sual: Namazda niyyət etmək nə deməkdir?

CAVAB

            Namazda niyyət etmək demək, o namazın adını, vaxtını, qibləni, camaatla qılırsa imama tabe olmağı və ya imam olmağı ürəyindən keçirmək deməkdir.

Sual: Namazda ilk təkbir gətirilərkən əllər qulaqda olacaq?

CAVAB

            Namaza başlayarkən kişilər iki əli qaldırar, baş barmaq ucları qulaq yumşağına dəyər. Ovuc içləri qibləyə çevrilir. Əllər qulaqdan ayrılarkən, Allahu əkbər deməyə başlanır, göbək altında bağlayarkən bitirilir. Allahu əkbər deyildikdən sonra əllər bağlansa namaz pozulmuş olmaz isə də, bildirdiyimiz şəkildə edilməsi yaxşı olar.

Sual: Namaza təkbir gətirincə başlamış oluruq, yoxsa əlləri bağlayanda?

CAVAB

            Əllərin önəmi yoxdur, təkbir gətirəndə başlanmış olur.

Sual: Səccadəsiz namaz qılınırmı?

CAVAB

            Namaz, təmiz olan hər yerdə qılınır. Səccadə şərt deyildir. Torpaq üzərində, həsir üzərində, kilim üzərində, təmiz olan hər şey üzərində namaz qılınır. Namaz qılacaq yer tapıla bilmədiyi təqdirdə ayaqqabı ilə girilən, fəqət nəcis görünməyən otaqlarda da qılınar.

Sual: Bir rükət namaz, nə vaxt başlayır, nə vaxt bitir?

CAVAB

            Birinci rükət namaza duranda, digər rükətlər ayağa qalxanda başlayır, təkrar ayağa qalxana qədər davam edər. Son rükət isə salam verənə qədər davam edir. İki rükətdən az namaz olmaz.

Sual: Zəmmi-surə nədir, uzunluğu nə qədər olması lazımdır?

CAVAB

            Fatihədən sonra oxunan, uzun və ya qısa bir surəyə, yaxud üç ayəyə və ya üç ayə miqdarına uyğun bir ayəyə zəmmi-surə deyilir. Üç ayənin miqdarı kəlimə etibarı ilə on kəlimə, hərf etibarı ilə otuz (30) hərf olması lazımdır! (Rədd-ül Muxtar)

Sual: Beş vaxt namazda oxunan zəmmi-surənin sünnət miqdarı neçə ayədir?

CAVAB

            Sübh namazının iki rükətində cəmi qırx, ən çox əlli ayə oxumaq sünnətdir.

            Zöhr namazında sünnət olan sübh namazından daha aşağı miqdar oxumaqdır.

            Əsr və məğrib namazında sünnət olan iyirmi ayə oxumaqdır.

            Axşam namazında sünnət olan hər rükətdə qısa bir surə oxumaqdır. Qısa surələr, “Bəyyinə surəsindən sonrakı surələrdir.

            İmam olan şəxs fərz qıldırdığı zaman yuxarıda bildirilən ayələr miqdarlarından çox oxuması tahrimən məkruhdur. Camaat uzun oxunmasını istəsə də yenə məkruhdur. Fəqət, camaat sünnət miqdarından daha qısa oxunmasını istəyərsə, imamın qısa oxuması caiz, uzun oxuması caiz deyildir. Məsələn, yolçular, dəstəmazı çətin tutanlar, sübh namazının fərzini qıldıracaq imama, “Ən qısa surə ilə namazı qıldır” desələr, imam da Kövsər və İxlas surəsi ilə namaz qıldırsa caizdir, məkruh olmaz. (Hindiyyə)

Sual: Elektrik sobasına, mavi qaz alovuna qarşı namaz qılmaq caizdirmi?

CAVAB

            Hər cür sobaya qarşı, alova və işıq qaynaqlarına qarşı namaz qılmaq caizdir. Ancaq açıqda olan atəşə qarşı namaz qılmaq caiz deyildir.

Sual: Namaz qılarkən melodiyalı cib telefonum çalarsa, namaza zərəri olar?

CAVAB

            Cib telefonu çalanda namaz pozulmaz. Fəqət, İbni Abidində bildirildiyinə görə, qəlbi məşğul edən, huşusunu aradan qaldıran şeylər yanında, məsələn, çalğı yanında namaz qılmağın məkruh olduğu bildirilir. Məkruhlar namazın savabını azaldır. Bəzi məscidlərdə mikrofon açıq olduğu zaman musiqi səsləri gəlir. Namaz qılarkən huşuya mane olan şeyləri qaldırmaq lazımdır.

Sual: Namaz qılarkən necə dayanmaz lazımdır?

CAVAB

            Allahu təalanın hüzurunda olduğumuz üçün ədəbə uyğun dayanılar. Namaza durarkən öndə Sirat varmış kimi düşünmək, Əzrail əleyhissəlamın hər an canımızı almaq üzrə hazır olduğunu düşünmək və ömrümüzün ən son namazını qılırmış kimi hərəkət etmək yaxşı olar. 

Sual: Namaza duranda, önümdəki masanın üstündə bir rəsm gördüm. Namazımın məkruh olmaması üçün namazı pozub rəsmi oradan götürməyim uyğun olar?

CAVAB

            Namazı pozmaq caiz deyildir. Namazdan əvvəl bunun kimi xüsuslara diqqət etmək lazımdır.

Sual: Namaz qılarkən başını yana çevirib, gələn kimsəyə baxmaq və ya filan əşya harada deyə soruşana, qolunu uzadıb əl ilə işarə etmək namazı pozar?

CAVAB

            Namazı pozmayan az işə əməli-qalil, namazı pozacaq qədər çox olana əməli-kəsir deyilir.

            Namaz qılarkən başını, üzünü ətrafa çevirmək əməli-qalil olub məkruhdur. “Filan şey haradadır?” deyə soruşana, əli ilə qolu ilə işarə etmək də əməli-qalil olub məkruhdur. Namaz qılarkən sinəsini qiblədən çevirmək əməli-kəsir olub namazı pozar. (Maraqıl-fəlah)

Sual: Namaz qılan bir nəfərə, Düşən təkkəni bir əlinlə al, zərəri olmaz və ya Bir az yer aç keçim kimi sözlər desəm, o da dediklərimi etsə, onun namazı pozulur?

CAVAB

            Başqasının sözü ilə təkkəni almaq və ya onun sözü ilə yer vermək namazı pozar. Fəqət özbaşına hərəkət etsə pozulmaz.

Sual: Namaz qılarkən uşaqlar səs-küy edir. Səslərini kəsmələri üçün təkbirləri bir az yüksək səslə oxumaq məkruh olar?

CAVAB

            Məkruh olmaz. Çaşdırmayacaq qədər az olan səs-küylərinə mane olmamaq lazımdır!

Sual: Namaz qılman olan bir nəfərə, “Namazdan çıxınca, filan yerə gedəcəksən” kimi bir xəbər verən kimsə, günaha girər?

CAVAB

            Günaha girməz.

Sual: Namazda salam verərkən mələklərə və Peyğəmbər əfəndimizə də niyyət edilər?

CAVAB

            Tək qılan salam verərkən hafaza (insanın əməllərini yazmaqla vəzifəli mələklər) mələklərinə niyyət edər. Peyğəmbər əfəndimizə də niyyət etməsi yaxşı olar. Camaatla qılan, imama və sağındakı solundakı camaata da niyyət edər.

Sual: Son təşəhhüddü Rabbənadan sonra, tək qılanın və camaatın, “ Allahummə inni əuzu bikə min həməzatiş-şeyatin” duasını oxuması savabdırmı?

CAVAB

            Bəli çox savabdır. Ayə və hədislərdə keçən başqa duaları da oxumaq müstəhəbdir.

Sual: Bir kimsə qibləni araşdırıb namaza dayanıb bir rükət qıldıqdan sonra, saleh birisi gəlsə, “Səhv dayanmısan” deyərək əli ilə qibləyə çevirsə, namazı səhih olar?

CAVAB

            Bəli, namaz səhihdir.

Sual: Namazda, qiyamda ikən ayaqları nə qədər açmaq lazımdır?

CAVAB

            Qiyamda ikən, Hənəfilər ayaqlarını dörd barmaq, Şafilər isə bir qarış açar.

Sual: Əsr və işa namazının fərzlərini qəza edərkən sünnətini qılar kimi ilk oturuşda salli barik oxunar? Bir də məğribin fərzini qəza edərkən sünnəti kimi iki rükət qılmaq lazımdır?

CAVAB

            Bir fərz, necə əda edilirsə, qəzası da eyni olur. Qəzası dəyişik olmaz. Məğribin fərzini qəza edərkən iki deyil, üç rükət qılmaq lazımdır.  (Rədd-ül Muxtar)

Sual: Dükanda namaz qılarkən müştəri gəlir. Namazı pozub müştəri ilə məşğul olmaq uyğun olar? Yoxsa namazı bitirmək lazımdır?

CAVAB

            Namazı zərurətsiz pozmaq haramdır. Namazı bitirməyiniz lazımdır. Müştəri sizin namaz qıldığınızı gördüyünə görə, ya gözləyər və ya gedər. Müştəri üçün günah işlənməz.

Sual: Namaz qılarkən səcdədə dua etmək caizdir?

CAVAB

            Namaz qılarkən səcdədə dua edilməz. Ancaq bəzi nafilə namazlarda, səcdədə ikən dua edilər. Namaz qılmadan da səcdəyə gedib dua etmək yaxşı olar. Hədisi-şərifərdə buyuruldu ki:

            “Qulun Rəbbinə ən yaxın halı səcdədə ikəndir. Elə isə səcdədə çox dua edin.” [Müslim]

            “ Rüku və səcdədə duaya səy göstərin. Bu dua qəbula layiqdir.” [Müslim]

            “Səcdədə üç dəfə, Rabbiğfirli deyən səcdədən qalxmadan mağfirət olar.” [Deyləmi]

Sual: Səhər azanı oxunanda namazımı qılıb yatıram. Fəqət mən yatdıqdan sonra başqa məscidlərin azanı oxunur. Yenidən qılmağım lazımdır?

CAVAB

            Namaz qılmaq üçün azanın oxunması deyil, vaxtın girməsi şərtdir. Vaxt girmişsə, azan oxunmasa da, özümüz azan oxuyar, namaz qılarıq. Azan oxumadan da qılsaq namaz yenə səhih olar. Fəqət, azan oxumaqdan meydana gələcək sünnət savabı nöqsan olur.

Sual: Bir rükndə üç dəfə əli qaldırıb bir yerimizi qaşımaq namazı pozar?

CAVAB

            Bir rükndə üç dəfə əli qaldırıb qaşımaq namazı pozar. Bir qaldırışda eyni yeri 3-4 dəfə qaşımaq namazı pozmaz. (Rədd-ül Muxtar)

Sual: Fərz namazların üçüncü və dördüncü rükətində zəmmi-zurə oxunarsa namaz pozular? Belə qılınan namazları qəza etmək lazımdır?

CAVAB

            Fərz namazların 3-cü və 4-cü rükətlərində zəmmi-surə oxumaqda heç zərər yoxdur. Bu baxımdan oxunaraq qılınmış namazları qəza etmək lazım deyildir. (Rədd-ül Muxtar)

Sual: Namazdan salam verib çıxanda, dərhal qalxmaq caizdirmi? “Allahummə əntəs sələmü”yü oturarkən deyil, qalxarkən oxumaqda bir zərər vardırmı?

CAVAB

            Peyğəmbər əfəndimiz, namaz sonunda salam verəndə, “Allahummə əntəs  sələmü və minkəs səlam təbarəktə ya zəl cəlalı vəl ikram” deyər və ancaq o miqdarda oturardı. (Tirmizi)

Sual: Axşamın, işanın, sübhün fərzi gündüz qəza edilərkən səslimi oxunar?

CAVAB

            Səsli oxumaq caizdir.

Sual: Təhiyyat oxuyarkən Bəsmələ çəkilsə, səcdəyi-səhv lazımdırmı?

CAVAB

            Lazım deyildir.

Sual: Qırx illik namaz borcum vardır. Qəzalarımı bir an əvvəl bitirə bilməyim üçün son təhiyyatdan sonra Rabbəna duasını oxumasam, bundan qazanacağım zamanı qəza namazına ayırsam uyğun olar?

CAVAB

            Caizdir. Çünki namaz qəzalarını bir an əvvəl ödəmək şərtdir. (Nəvadiri Fiqhiyyə)

Sual: Son rükətdə Əttəhıyyatunu oxuduqdan sonra unudaraq, qalxıb bir rükət daha qılanın namazı səhih olar?

CAVAB

            Son rükətdə oturduğu üçün səcdəyi-səhv ilə namazı səhih olur. Fəqət, bir rükət daha qılması daha yaxşı olardı. Son qıldığı iki rükət nafilə olar.

Sual: Namaz qılarkən yatağa girəndə, dua və ya kəliməyi-tövhid oxuyarkən, ağzımız bağlı olaraq qəlbdən səssiz oxumaq uyğundur?

CAVAB

            Qiraət, ağız ilə oxumaq deməkdir. Öz qulaqları eşidəcək qədər səsli oxumağa sakit oxumaq deyilir. Yanında olan insanların da eşidəcəkləri qədər səsli oxumağa, yüksək səslə oxumaq deyilir. Sakit səslə oxuyanı bir iki adamın eşitməsi məkruh olmaz. Səsli oxumaq, çox adamın eşitməsi deməkdir. (Bəzzaziyyə)

            Öz eşidəcəyi qədər səsli oxumadan qılınan namaz səhih olmaz. Dua edərkən, öz eşidəcəyi səslə oxuması, söyləməsi lazımdır.

            Kəlimeyi-təhlili də ibadət savabı hasil olması üçün, dil ilə, özü eşidəcək qədər səsli söyləmək lazımdır. Xətmi-təhlil oxuyanların da en az öz eşidəcəkləri qədər səsli oxumaları lazımdır. Kəlimeyi-təhlil ibadət olaraq deyil, qəlbi təmizləmək üçün oxuyarkən dil tərpənməz. (Rədd-ül Muxtar)

Sual: Zöhr namazını qıldıqdan sonra dəstəmazsız olduğumu xatırladım. Yenidən qılmağım lazımdır?

CAVAB

            Bəli, yenidən qılmaq lazımdır. Dəstəmazlı olduğunu zənn edərək, dəstəmazsız qılınan namaz səhih olmaz. Fəqət, niyyətinə qarşılıq çox savab verilər. Təmiz zənn edərək nəcis su ilə dəstəmaz alıb qılınan namazın şərti nöqsan olduğu üçün səhih olmaz isə də, niyyət etdiyi üçün savab verilər. Şərtlərinə uyğun olduğu üçün səhih olan bir namaz, riya ilə, göstəriş üçün qılınarsa savab hasil olmaz. (Eşbah)

Sual: Təqvimlərdə yazılı olan imsaq nə deməkdir? Bu vaxtda sübh namazı qılınar?

CAVAB

            İmsaq, gecənin sonu, yeyib-içməyin qadağan olduğu vaxtın başlaması deməkdir. Səhv təqvimlərə görə hərəkət edib, yeyib-içməyə azan oxunana qədər davam edən şəxsin təqsiri səhv təqvimdə görməsi onu məsuliyyətdən xilas edə bilməz!

Sual: Namaz qılarkən zəmmi surələrin sırasını çaşanda səcdəyi-səhv etmək lazımdırmı?

CAVAB

            Lazım deyildir. Fikirli ikən ediləndə məkruh da olmaz.

Sual: Namaz qılarkən dəstəmazı pozulan nə edər?

CAVAB

            Dərhal sağ tərəfə salam verib namazdan çıxar. Dəstəmaz alıb namazını təkrar qılar.

            Son təşəhhüddə, salli-barikləri oxuyarkən dəstəmaz pozulsa, salam verib namazdan çıxılar, namaz tamam olar.

Sual: Xanımımla birlikdə namaz qılırıq. Ayrıca niyyət etməyim lazımdırmı?

CAVAB

            Camaatla namazda imama tabe olduğuna niyyət etmək fərzdir. Bu fərz edilməzsə namaz səhih olmaz.

Sual: Namazda rüku və səcdədəki təsbehlər 3-dən çox (5 və ya 9) deyilə bilər?

CAVAB

            Tək olmaq şərti ilə 5,7,9,11 kimi oxumaq müstəhəbdir yaxşı olar. İmam 3-dən çox oxuya bilməz.

Sual: Vaxt namazlarında zəmmi-surə olaraq hansılarının oxunması üstündür?

CAVAB

            Sübh namazında mümkün qədər bir az uzun surə oxumaq lazımdır, digər vaxtlarda qısa oxumaq lazımdır.

Sual: Yalnız Fatihə, Kövsər və İxlas surələrini bilirəm. Bunlarla namaz qılınar?

CAVAB

            Qılınar. Digər qısa surələrdən də əzbərləməyə çalışmaq, həmişə eyni şeyləri oxumamaq lazımdır.

Sual: Mən namazda ikən biri asqıranda namazı pozub, yerhamükəllah deyimmi?

CAVAB

            Namazda ikən asqırana bir şey deyilməz.

Sual: Soyuqda qulaqları bağlayan plaş (kapşonka) başlığı  ilə namaz qılınar?

CAVAB

            Bəli qılınar. Hətta isti günlərdə də qılınar.

Sual: Namazda ayələri öz eşidəcəyimiz qədər səsli oxumaq lazımdır. Çox səs-küylü bir mühitdə ayələri eşitmək üçün səsimizi yüksəltmək lazımdırmı?

CAVAB

            Lazım deyildir. Səs-küy yox ikən öz eşidəcəyi qədər yavaş oxunur.

Sual: Gözlükdən istifadə edirəm. Çıxarmağı unudub namaza dururam. Səcdə edərkən gözlükdən burnum yerə dəymir. Namaz əsnasında gözlüyümü çıxarsam namazım pozulmuş olar?

CAVAB

            Səcdəyə gedərkən gözlük çıxarıla bilər. Namaz pozulmuş olmaz. Tək əl ilə çıxarılması lazımdır. Tək əl ilə çıxarılması çətin isə, iki əl ilə də çıxarıla bilər. 

Sual: Namaz qılarkən Fatihədən sonra surə oxuyacağı halda bir an unudaraq əllərini aşağıya saldı amma əyilmədi. Namaza davam edərkən əllərini təkrar bağlayaraq davam edəcək?

CAVAB

            Bağlasa da zərəri olmaz. Bağlamaması daha yaxşıdır. Namazda çox hərəkətdən çəkinmək lazımdır.

Sual: Namazda zəmmi-surə deyiləndə ümumiyyətlə Fil surəsi ilə Nas surəsi arası oxunur. Qadr surəsini Ayət-əl kürsini Əmənərrəsulünü və ya hər hansı bir uzun surənin bir neçə ayəsini oxuya bilmərik?

CAVAB

            Oxunar. Quranın başdan sona qədər hər ayəsi oxunar. Qısa olduğu üçün onlara namaz surələri deyilmiş. Yoxsa hər surə oxunar. 

Sual: Əsr namazını qılırıq. Namazın sünnətini qılıb bitirdikdən sonra fərzə başlamadan əvvəl danışmaq (telefona cavab vermək, ailə fərdlərinə bir şey söyləmək kimi... və s.) caizdirmi?

CAVAB

            Zərurət olmadan əsla danışılmaz. Dua və sairə də oxunmaz. Zərurətlər xaric gözləmək, ara vermək olmaz, dərhal fərz qılınar. 

Sual: Cib telefonu çaldığı vaxt namazı poza bilərik?

CAVAB

            Namazı pozmaq haramdır. Məsciddə telefonu bağlamaq lazımdır. Yaxud səsini kəsmək yaxşı olar.

Sual: Rükudan qalxarkən, səcdə yerinə baxmaq lazımdır?

CAVAB

            Bəli.

Sual: Yalnız Fatihəni bilən, zəmmi-surə olaraq da oxuyarmı?

CAVAB

            Surə öyrənənə qədər Fatihəni oxuyar.

Sual: Birinci rükətdə qiraəti unudan, ikinci rükətdə xatırlayarsa nə edər?

CAVAB

            Namazı yenidən qılması lazımdır. Qiraət fərzdir.

Sual: Axşamın fərzini yanılıb üçüncü rükətdə oturmadan dörd rükət qılanın yenidən qılması lazımdır?

CAVAB

            Bəli.

Sual: Namaz qılana “Fərz qılırsan?” deyə soruşulanda, onun da bəli mənasında başını önünə əyməsi caizdir?

CAVAB

            Bəli.

Sual:  Palto başlığı ilə namaz qılmaq caizdir?

CAVAB

            Heç zərəri olmaz.

Sual: İçinə ot doldurulmuş heyvanların olduğu otaqda namaz qılmaq caizdir?

CAVAB

            Namaz qılarkən, arxaya qoymaq lazımdır!

Sual: Zəmmi-surəni oxuduqdan sonra Fatihə oxumadığını xatırlayanın, Fatihə oxuması lazımdır?

CAVAB

            Bəli. Sonra da səcdəyi-səhv edər.

Sual: Möminlər üçün oxunan 25 istiğfarı, birər dəfə namazda Rəbbəna... dan sonra oxumaq caizdir?

CAVAB

            Bəli. Namazın ardınca duadan sonra oxumaq üstündür.

Sual:  Təhıyyatdan “İbad-is-salihin” deyilərsə namaz pozular?

CAVAB

            Xeyr.

Sual: Gülməmək üçün salam verib namazdan çıxmaq caizdir?

CAVAB

            Xeyr. Gülüncə məcbur olaraq çıxılar.

Sual: Bəsmələdə keçən ayəni, zəmmi-surə olaraq oxumaq caizdir?

CAVAB

            Bəli.

Sual: Namazda surə oxunarkən, uzun bir surə içindən ayəti-kərimələr oxumaqla, qısa bir surənin hamısını oxumaq arasında savab baxımından bir fərq vardır?

CAVAB

            Qısa surə oxumaq daha savabdır.

Sual: Qeyri-müəkkəd sünnət namazlarda, ilk təşəhhüddə təhiyyat və salavatlar xaricində Rabbəna atina və Rabbənağfirli duaları oxunar?

CAVAB

            Oxumaq savabdır.

Sual: Bir surəni bir rükətdə bir neçə dəfə oxumaq caizdir?

CAVAB

            Fərzlərdə bir surəni bir rükətdə təkrar oxumaq məkruhdur. Nəfilələrdə məkruh deyildir.

Sual: Namazda Salli Bariklərdən sonra, başqa dua oxumaq caizdir?

CAVAB

            Hədisi-şəriflərdə bildirilənləri oxumaq caizdir. Rabbəna atina və ya Rabbənağfirli kimi dua ayələrini dua niyyətiylə oxumaq da caizdir.

Sual: Quranda, İnnəhu min süleymanə və innəhu Bismillahirrahmanirrahim deyə bir ayə var. Bu ayəni zəmmi-surə olaraq oxumaq caiz olar?

CAVAB

            Üç ayə miqdarında bir ayə olduğu üçün caizdir.

Sual: Namaz əsnasında nəfəs alarkən də qiraət caizdir?

CAVAB

            Caizdir.

Sual: Namazda surə və ya dua oxuyarkən asqırsaq, duanı oxumağa təkrar başdan başlamaq lazımdırmı?

CAVAB

            Qalınan yerdən davam edilər.

Sual: Namaz surələrinin bəzilərində ayələrin sonunda “la” dayanmaları var. O dayanmalarda dayanmağı qarışdıraram, keçincə belə oxumaq namazı pozarmı?

CAVAB

            Namazı pozmaz.

Sual: Hər namazdan sonra salam verəndə əli üzə sürmək caizdir?

CAVAB

            Caiz isə də, sürməmək lazım, çünki sünnət zənn edilə bilər.

Sual: Səcdəyə gedərkən və səcdədən qalxarkən sağ sol öncəliyi varmı?

CAVAB

            Səcdəyə gedərkən əvvəl sağ, sonra sol diz, sonra sağ, sonra sol əl, sonra burun  və alın yerə qoyular. Səcdədən qalxarkən də bunun tərsi edilir. Yəni, səcdədən qalxarkən əvvəl alın, sonra burun, sonra da sol əl və sağ əl, sonra sol diz və sağ diz yerdən qaldırılır. Ancaq bunu çox aşkar şəkildə deyil, başqalarının diqqətini çəkməyəcək şəkildə etmək lazımdır.

Sual: Kitablarda, səcdə üçün alnı burun ilə birlikdə yerə qoymaq vacib deyə oxudum. Bunlardan biri yerə dəyərsə səcdənin səhih olduğunu anlayacağıq?

CAVAB

            Səcdə üçün alnı yerə qoymaq fərzdir. Alın yerə qoyulmazsa namaz səhih olmaz.  Burnu alınla birlikdə qoymaq vacibdir. Burnu qoymayıb tək alnı qoymaq məkruhdur.

Dəstəmaz sıxışarkən

Sual: Dəstəmazı sıxışıq ikən namaz qılmaq tahrimən məkruhdur, fəqət vaxt dar olanda, dəstəmaz almaq namaz vaxtının keçməsinə səbəb olacaqsa, bu halda o namazı qılması lazımdırmı?

CAVAB

            Bəli, qılması lazımdır, çünki qəzaya buraxmaq günahı məkruh olaraq qılmaq günahından daha böyükdür. Kərahət vaxtında qılmaq məkruh, qəzaya buraxmaq isə haramdır. (Hindiyyə)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину