Facebook Twitter WhatsApp

Nəcasətin nə qədəri namaza manedir?

Sual: Nəcasətdən təharət nə deməkdir?
CAVAB
Bədəndə, paltarda və namaz qılınan yerdə nəcasətin olmamasıdır. Yaylıq, başlıq, sarıq, məst və nalın da paltardan sayılır. Boyuna sarılmış şalın sallanan hissəsi namaz qılanla birlikdə hərəkət etdiyi üçün paltar sayılır və bu təmiz olmazsa, namaz qəbul olmaz. Səccadənin baş və ayağın qoyulduğu yeri təmiz olarsa, başqa yeri nəcasətlidirsə, namaz qəbul olar; çünki səccadə şal kimi bədənə bitişik deyil. Lakin üzərində ağzı bağlı olan şüşə qabın içində sidik daşıyanın namazı caiz olmaz; çünki şüşə bövlün [sidiyin] meydana gəldiyi yer deyil. [Bundan aydın olur ki, cibində ağzı bağlı spirt şüşəsi və ya bağlı qutuda qanlı dəsmal, nəcasətli bez varkən namaz qılmaq caiz deyil.]


İki ayağın qoyulduğu və səcdə edilən yer təmiz olmalıdır. Nəcasətin üstünə qoyulmuş bez, şüşə, və neylonun üstündə qılınan namaz qəbul olar. Səcdədə ətək quru nəcasətə dəyərsə, zərəri olmaz.

Dəridə, paltarda namaz qılınan yerdə «dirhəm miqdarı» və ya daha çox qaba nəcasət yoxdursa, namaz qəbul olsa da, dirhəm miqdarı olsa, təhrimən məkruh olar və yumaq vacib olar. Dirhəmdən çox olarsa, yumaq fərz olar. Az olarsa, yumaq sünnədir. Şərabın damlasını da yumaq fərzdir. İmameynə [imam Əbu Yusif və imam Muhammedə] görə və digər üç məzhəbdə qaba nəcasətlərin hamısının zərrəsini belə yumaq fərzdir. Malikidə iki söz var, birinci sözdə zərrəsini təmizləmək fərz, o biri sözdə isə nəcasəti təmizləmək sünnədir. Nəcasət miqdarı bulaşdığı zaman deyil, namaza durarkən olan miqdarıdır.

Dirhəm miqdarı qatı nəcasətlərdə bir misqal, yəni 4.80 qram ağırlıqdır. Axan nəcasətlərdə açıq əlin içindəki suyun üzünün genişliyi qədər səthdir. Bir misqaldan az olan qatı nəcasət paltarın ovuc içindən daha geniş hissəsinə yayılanda namaza mane olmur.

Nəcasət iki cürdür:
1- Qaba nəcasət:
İnsandan çıxanda dəstəmaz və ya qüslə səbəb olan hər şey, əti yeyilməyən heyvanların (yarasa istisna olmaqla) və balalarının üzülmüş, aşılanmamış dərisi, əti, pisliyi və bövlü, insanın və bütün heyvanların qanı və həmçinin şərab, leş, donuz əti və ev heyvanlarının pisliyi, o cümlədən yük heyvanlarının, qoyun və keçinin nəcasətləri qatı, yəni qabadır.


2- Xəfif nəcasət:
Xəfif olan nəcasətlər bir üzvə və paltarın bir hissəsinə bulaşanda bu qisim və ya üzvün dörddə biri qədəri namaza zərər verməz. Əti yeyilən dörd ayaqlı heyvanların bövlü və əti yeyilməyən quşların pisliyi xəfifdür. Göyərçin, sərçə və bənzərləri kimi əti yeyilən quşların pisliyi təmizdir.


Şərabın ənbiqlənməsi ilə əldə edilən rakı və spirt qaba nəcasət olub, içilməsi şərab kimi haramdır. Namaz qılarkən qan, spirt və spirtli içkilər paltar və dəridən yuyunub təmizlənməlidir. Buxarlanmaqla təmiz olmaz. Bunların olduğu şüşə və bənzərləri cibdən çıxarılmalıdır.

Dörd məzhəbə görə nəcasət
Sual:
Digər haqq məzhəblərə görə nəcasətin hökmü necədir?

CAVAB
Nəcasətin azı da üç məzhəbdə namaza manedir.
Bədəndə, paltarda və namaz qılınan yerdə az da olsa, nəcasət olmamalıdır. Hənəfidə isə çox az nəcasətlə namaz qılmaq məkruhdur. Malikinin bir sözündə isə nəcasət çox olsa da, namaza mane deyil.


Məni (sperma), məzi və sidikdən sonra çıxan vədi Hənəfi və Malikidə qaba nəcasətdir. Şəfiidə təkcə məni, Hənbəlidə isə üçü də təmizdir.

Əlin içi
Sual:
Axan nəcasətdə əlin içindəki suyun səthinin genişliyi əlin içinin ortasındakı çuxurda dayana biləcək su səthidirmi?

CAVAB
Bəli.


Nəcis yerlərin cəmi
Sual:
Üzərimizdə və paltarımızın müxtəlif yerlərinə maye nəcasət sıçrasa, bunların cəmi əsasdır, yoxsa bir yerə bulaşan əsas götürülür?

CAVAB
Cəmi əsas götürülür. «Ə. Səadət»

Nəcasət olan yerdə namaz
Sual:
Kilsə, hamam və nəcis olma ehtimalı olan yerdə namaz qılmaq caizdirmi?

CAVAB
Üstü açıq nəcasətə və qəbrə qarşı namaz qılmaq məkruhdur. Nəcis olma ehtimalı olan yerlərdə, məsələn, hamamın içində və kilsədə qılmaq məkruh olub, yuyub təmizləyərək qılmaq məkruh olmaz. Başqa yer tapılmazsa, kilsədə də qılmaq caizdir. Namazdan sonra dərhal çıxmaq lazımdır; çünki kilsədə şeytanlar toplaşır. Kilsədəki küfr əlamətləri boşaldılsa, namaz qılmaq məkruh olmaz. «Rəddül-muxtar»

Nəcasətə qarşı namaz
Sual:
Nəcasətli boyayla boyanmış divara qarşı namaz qılınırmı?

CAVAB
Bəli, qılınır.


Təharətdən qalan yaşlıq
Sual:
Təharətdən qalan yaşlıq paltarımıza bulaşır. Təmizləmək lazımdırmı? Şəfiidə necədir?

CAVAB
Təharətdən, yəni istincadan qalan yaşlıq təmizdir, namaza mane deyil. Şəfiidə də belədir. Hətta Şəfii məzhəbində istincadan sonra nəcasət qalsa, əfv olur. Halbuki Şəfiidə az bir nəcasətin namaza mane olduğu halda təharətdən sonra qalan nəcasət əfv olmuşdur.


Təharətdən qalan yaşlığı qurulamaq müstəhəbdir. Bez və ya tualet kağızı olmazsa, əl ilə qurulanar.

Bulaşmış məni
Sual:
Paltara bulaşan məni ilə namaz qılmaq olarmı?

CAVAB
Paltara az bulaşsa, zərəri olmaz. Quruyanda ovulub tökülsə, yenə zərəri olmaz.


Hənbəlidə nəcasət
Sual:
Hənbəlidə nəcasətin hökmü Şəfiidəki kimidir?

CAVAB
Bəli, Şəfiidəki kimidir, az nəcasətlə də namaz səhih olmaz. Malikidə isə çox olsa da, əfv olur. Nəcasəti təmizləməkdə bir çətinlik varsa, Maliki məzhəbi təqlid edilir.


Çox nəcasət bulaşan
Sual:
Hemoroid səbəbiylə Malikini təqlid edən qan axarkən və ya paltarına çoxlu qan bulaşmış ikən namaz qılsa, caiz olarmı?

CAVAB
Bəli, çünki təmizləmək çətindir.


Üzərimizə sıçrayan sidik
Sual:
Tualetdə bizim xəbərimiz olmadan üzərimizə sidik sıçrasa, aldığımız dəstəmaz etibarlı sayılırmı?

CAVAB
Sidiyin dəstəmaza zərəri olmaz. Çox olsa, namaza zərəri olar. Maliki məzhəbi təqlid ediləndə bilinmədən çox sidik olsa da, namaza zərəri olmaz.


Namaz haralarda qılına bilər?
Sual:
Namaz haralarda qılına bilər, məsələn, kilsədə namaz qılınarmı?

CAVAB
Namaz təmiz olan hər yerdə qılınar. Namaz qılmağa yer olmayanda ayaqqabı ilə girilən, lakin nəcasət görünməyən otaqda da qılınar.


Kilsədə namaz qılınmaz. Əgər başqa yer yoxdursa, kilsədə namaz qılınar. Namazdan sonra dərhal çıxmaq lazımdır; çünki kilsədə şeytanlar toplaşır. «Rəddül-muxtar»

Namaz xaricində
Sual:
Namazda sidikli, qanlı paltar geyməyin caiz olmadığı kimi, namaz xaricində də geymək caiz deyilmi?

CAVAB
Namaz xaricində zərurətsiz murdar paltar geymək məkruhdur.


Spirtli boyaya qarşı namaz
Sual:
İçində spirt olan yağlı boya ilə məhlul düzəldib vurmaq caizdirmi? Belə boyanmış divara qarşı namaz qılmaq olarmı?

CAVAB
Caizdir, namaz qılınar. Nəcasətə qarşı namaz qılınmaz, lakin nəcasət bulaşan bir şeyə qarşı qılmaq caizdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину