Facebook Twitter WhatsApp

Cənazə Namazı və Şərtləri

Bir möminin vəfat etdiyini xəbər alan kişilərə, kişi yoxdursa, qadınlara cənazə namazı fərzi-kifayədir. Cənazə namazı Allahü üçün namaz və ölən üçün duadır. Əhəmiyyət verməyənin imanı gedər.


CƏNAZƏ NAMAZININ ŞƏRTLƏRİ
1. Meyid müsəlman olmalıdır.
2. Yuyulmuş olmalıdır. Yuyulmadan basdırılan üzərinə torpaq atılmamış isə,çıxarılıb yuyulur, sonra namazı qılınır. Cənazənin və imamın olduğu yerin təmiz olması lazımdır.
3. Cənazənin və ya bədənin yarısı ilə, başının və ya başsız yarıdan artıq bədənin imamın önündə olması lazımdır.
4. Cənazə yerdə və ya yerə yaxın, əllərlə tutulmuş və ya daş üstünə qoyulmuş olmalıdır. Cənazənin başı imamın sağına, ayağı soluna düşməlidir. Tərsinə qoymaq günahdır.

5. Cənazə imamın önündə hazır olmalıdır.
6. Cənazənin və imamın övrət yeri örtülü olmalıdır.


CƏNAZƏ NAMAZININ FƏRZLƏRI
1. Dörd dəfə təkbir gətirmək.
2. Ayaq üstə qılmaq.


CƏNAZƏ NAMAZININ SÜNNƏTLƏRI
1. Sübhanəkə oxumaq;
2. Salavat oxumaq;
3. Özünə, meyidə və bütün müsəlmanlara əfv və bağışlama üçün bildirilmiş olan dualardan bildiyini oxumaq. Cənazə namazı məscid içərisində qılınmaz. Canlı olaraq doğulduqdan sonra ölən uşağın adı qoyulur, yuyulur, kəfənlənir, namazı qılınır. Cənazə daşınacağı zaman tabutun dörd qolundan tutulur. İlk olaraq cənazənin baş tərəfi sağ çiyinə, sonra ayaq tərəfi sağ çiyinə, sonra baş tərəfi sol çiyinə,sonra ayaq tərəfi sol çiyinə qoymaq surətiylə hər birində on addım daşınır. Qəbrə çatdığı zaman cənazə çiyinlərdən yerə endirilmədikçə oturulmaz. Dəfn edilərkən işi olmayanlar otururlar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину