Facebook Twitter WhatsApp

Azan və İqamət

     Azan hər kəsə bildirmək deməkdir. Beş vaxt namaz və qəza namazları üçün və Cümə namazında xatibin (xütbə oxuyan) qarşısında kişilərin azan oxumasısünnəti müəkkədədir. Qadınların azan və iqamət oxuması məkruhdur. Azan baş-qasına vaxtı bildirmək üçün yüksək bir yerdə oxunur. Azan oxunarkən iki əli qal-dırıb bir barmağını iki qulağın dəliyinə qoymaq müstəhəbdır. Qamət oxumaq azandan daha üstündür. Azan və iqamət qibləyə qarşı oxunur. Oxunarkən danış-maq və salama cavab vermək olmaz.

AZAN VƏ İQAMƏT HANSI HALLARDA OXUNUR?

1. Çöldə, bostanda yalnız və ya camaat ilə qəza qılarkən, kişilərin azanı vəiqaməti yüksək səslə oxumaları sünnətdir. Azanı eşidən insanlar, cinlər, daşlar qiyamət günü şahid olacaqlar. Bir neçə qəza namazını bir arada qılan, öncə azan və iqamət oxuyar. Sonrakı qəzaları qılarkən hamısına sadəcə iqamət oxuyar. Sonrakı qəzalarda azan oxumasa da olar.

2. Evində yalnız və ya camaat ilə vaxt namazı qılan azan və iqamət oxumaz. Çünki o məhəlləki dəməsciddə oxunan azan və iqamət evlərdə də oxunmuş sayılır. Lakin oxumaları yaxşıdır. Məhəllə məscidində və camaatı müəyyən kimsələr olan hər məsciddə, vaxt namazı camaat ilə qılındıqdan sonra yalnız qılan kimsə azan vəiqamət oxumaz. Yollarda olan və ya imamı və müəzzini olmayan və camaatımüəyyən kimsələr olmayan məscidlərdə, müxtəlif zamanlarda gələnlər bir vaxtın namazı üçün müxtəlif camaatlar edərlər. Hər camaat üçün azan və iqamət oxunur. Belə məsciddə yalnız qılan da azan və iqaməti öz eşidəcəyi qədər səslə oxuyar.

     3. Səfəri olanlar öz aralarindakı camaat ilə də, yalnız qılarkən də azan vəiqamət oxuyar. Yalnız qılanın yanında yoldaşları varsa, azanı tərk edə bilər. Sə-fəri olan kimsə bir evdə yalnız qılarkən də azan və iqamət oxuyar. Çünki məscid-də oxunan, onun namazı üçün olmaz. Səfəri olanlardan bəzisi evdə azan oxuyar-sa, sonra qılanlar oxumaz.

    Ağıllı uşağın, korun, vələdi-zinanın, azan oxumasını bilən cahil kəndlinin azan oxuması məkruhsuz caizdir. Cünüb kimsənin azan və iqamət oxuması, dəstə-mazsız azan oxumaq, qadının, fasiqin (açıqdan günah işləyən) sərxoşun, ağılsız uşağın azan oxuması və oturaraq azan oxumaq tahrimən məkruhdur. Bunların azanları təkrar oxunur. Azanın səhih olması üçün müəzzin, müsəlman və ağıllı ol-malıdır. Mikrofon ilə oxumaq səhih olmaz.

     Fasiq kimsənin azanı səhih olmamasının səbəbi ibadətlərdə bunun sözü qə-bul edilmədiyi üçündür. Fasiqin və mikrofon azanı ilə vaxtın gəldiyinə inanmaq olmaz. Bunun azanı ilə və ya verdiyi bir işarət ilə oruc pozulmaz.

     Azana təzim və hörmət edənlər onu, hərflərini, kəlmələrini dəyişdirmədən, pozmadan, təğənni etmədən, minarəyə çıxıb sünnətə uyğun oxuyanlar, yüksək dərəcələrə nail olacaqlar.

     Lakin azan sünnətə uyğun oxunmursa, məsələn bəzi kəlmələri dəyişdirilmiş, tərcümə edilmişsə və bəzi yerində təğənni edərək oxunursa və ya azan səsi, mik-rofon deyilən alətdən gəlirsə, (çünki mikrofondan çıxan səs, imam və ya müəzzi-nin səsi deyildir. Bunların səsi elektrik və maqnit halına dönür. Bu elektrik vəmaqnitin hasil etdiyi səs eşidilir) bunu eşidən heç bir kəlməsini təkrar etməz.