Gözəl İslam / Azan və İqamə

Azan və İqamə

     Azan hər kəsə bildirmək deməkdir. Beş vaxt namaz və qəza namazları üçün və Cümə namazında xatibin (xütbə oxuyan) qarşısında kişilərin azan oxuması sünnəti-müəkkədədir. Qadınların azan və iqamət oxuması məkruhdur. Azan başqasına vaxtı bildirmək üçün yüksək bir yerdə oxunur. Azan oxunarkən iki əli qaldırıb bir barmağını iki qulağın dəliyinə qoymaq müstəhəbdır. İqamə oxumaq azandan daha üstündür. Azan və iqamət qibləyə tərəf oxunur. Oxunarkən danışmaq və salama cavab vermək olmaz.

AZAN VƏ İQAMƏ HANSI HALLARDA OXUNUR?

1. Çöldə, bostanda yalnız və ya camaat ilə qəza qılarkən, kişilərin azanı və iqaməni yüksək səslə oxumaları sünnətdir. Azanı eşidən insanlar, cinlər, daşlar qiyamət günü şahid olacaqlar. Bir neçə qəza namazını bir arada qılan əvvəlcə azan və iqamət oxuyar. Sonrakı qəzaları qılarkən hamısına sadəcə iqamət oxuyar. Sonrakı qəzalarda azan oxumasa da olar.

2. Evində yalnız və ya camaat ilə vaxt namazı qılan azan və iqamət oxumaz. Çünki o məhəlləki dəməsciddə oxunan azan və iqamət evlərdə də oxunmuş sayılır. Lakin oxumaları yaxşıdır. Məhəllə məscidində və camaatı müəyyən kimsələr olan hər məsciddə, vaxt namazı camaat ilə qılındıqdan sonra yalnız qılan kimsə azan vəiqamət oxumaz. Yollarda olan və ya imamı və müəzzini olmayan və camaatı müəyyən kimsələr olmayan məscidlərdə, müxtəlif zamanlarda gələnlər bir vaxtın namazı üçün müxtəlif camaatlar edərlər. Hər camaat üçün azan və iqamət oxunur. Belə məsciddə yalnız qılan da azan və iqaməni öz eşidəcəyi qədər səslə oxuyar.

     3. Səfəri olanlar öz aralarindakı camaat ilə də, yalnız qılarkən də azan və iqamə oxuyar. Yalnız qılanın yanında yoldaşları varsa, azanı tərk edə bilər. Səfəri olan kimsə bir evdə yalnız qılarkən də azan və iqamə oxuyar. Çünki məsciddə oxunan onun namazı üçün deyil. Səfəri olanlardan bəzisi evdə azan oxuyarsa, sonra qılanlar oxumaz.

    Ağıllı uşağın, korun, vələdi-zinanın, azan oxumasını bilən cahil kəndlinin azan oxuması məkruhsuz caizdir. Cünüb kimsənin azan və iqamə oxuması, dəstəmazsız azan oxumaq, qadının, fasiqin (açıqdan günah işləyən), sərxoşun, ağılsız uşağın azan oxuması və oturaraq azan oxumaq tahrimən məkruhdur. Bunların azanları təkrar oxunar. Azanın səhih olması üçün müəzzin müsəlman və ağıllı olmalıdır. Mikrofon ilə oxumaq səhih olmaz.

     Fasiq kimsənin azanı səhih olmamasının səbəbi ibadətlərdə bunun sözü qəbul edilmədiyi üçündür. Fasiqin və mikrofon azanı ilə vaxtın gəldiyinə inanmaq olmaz. Bunun azanı ilə və ya verdiyi bir işarət ilə oruc pozulmaz.

     Azana təzim və hörmət edənlər onu, hərflərini, kəlmələrini dəyişdirmədən, pozmadan, təğənni etmədən, minarəyə çıxıb sünnətə uyğun oxuyanlar, yüksək dərəcələrə nail olacaqlar.

     Lakin azan sünnətə uyğun oxunmursa, məsələn? bəzi kəlmələri dəyişdirilmiş, tərcümə edilmişsə və bəzi yerində nəğməli şəkildə oxunursa və ya azan səsi səsucadıcı deyilən alətdən gəlirsə, (çünki səsucaldıcıdan çıxan səs imam və ya müəzzinin səsi deyildir. Bunların səsi elektrik və maqnit halına dönür. Bu elektrik və maqnitin hasil etdiyi səs eşidilir) bunu eşidən heç bir kəlməsini təkrar etməz.

27-04-2020, 14:17
Geri