Facebook Twitter WhatsApp

Heyzlə əlaqədar sual və cavablar

Sual 1: Bir qadın gecə təmiz yatıb oyandıqda, paltarında qan görsə, heyzi nə zaman başlayır?
CAVAB
Gördüyü andan etibarən heyzi başlamış sayılır. Heyzi gecə başlamış olsa da fərqi yoxdur. Məsələn, gecə yatsını qılmadan yatıb günəş çıxdıqdan sonra oyansa, heyzi gecə başlamış olsa belə, o günün yatsı və sübh namazını təmizləndikdən sonra qəza etməsi lazımdır. Çünki heyzi günəş çıxdıqdan sonra başlamış sayılır.

Sual 2: Heyzli ikən yatıb, oyandıqda təmiz olduğunu görən bir qadının heyzi nə zaman bitmiş olur?
CAVAB
Yatarkən bitmiş olur. Yatsı namazını qılmadan əvvəl yatıb sübh namazı vaxtında oyansa, yatarkən heyzi bitmiş sayılacağı üçün yatsı namazını qəza etməsi lazımdır.

Sual 3: Ramazanı tam tuta bilmək və həcci zamanında əda edə bilmək üçün dərmandan istifadə etmək caizdirmi?
CAVAB
Caizdir, amma gecikdirmək lazım deyildir.

Sual 4: Heyzli bir qadın yuxuda cinsi həzz duyub cünub olarsa yuyunması lazımdırmı?
CAVAB
Yuyunması lazım gəlməz, amma yuyunarsa yaxsı olar. Heyzi bitdikdə yenidən yuyunar. 

Sual 5: Heyzli La ilahə illa əntə sübhanəkə inni küntü minəzzalimin ayəsini oxuya bilərmi?
CAVAB
Bu ayəni təsbeh niyyəti ilə oxumaq olar.

Sual 6: Heyzli ikən İxlas, Fələq və Nas surəsi oxuna bilərmi?
CAVAB
Oxunmaz. 

Sual 7: Cünub olan evə rəhmət mələkləri girməz. Heyzli olan evə də girməzmi?
CAVAB
Heyzli olan evə girər. Heyzi bitdikdə yuyunmazsa, o zaman girməz.

Sual 8: Prezervativ istifadə edərək və ya bezlə sarıyıb heyz halında cinsi əlaqə haramdırmı?
CAVAB
Bəli, haramdır.

Sual 9: Heyz halında cinsi əlaqə haramdır. Bu haramın cəzası nədir?
CAVAB
Hənəfi məzhəbində cəza lazım deyildir. Sadəcə tövbə və istiğfar lazımdır.

Sual 10: Bir qadın heyz və ya zahılıq səbəbiylə qıla bilmədiyi namazları qəza etsə caizdirmi?
CAVAB
Məkruhdur. Dəstəmaza başın hər tərəfini məsh etmək sünnət ikən başı yumaq məkruh olduğu kimi, heyzli ikən qıla bilmədiyi namazları qəza etmək də məkruh olur. (Bəhr)
Sual 11: 
Axşam namazına 5 dəqiqə qalmış heyzim kəsilsə, yuyunub ikindini qıla bilməsəm qəza lazımdırmı?

CAVAB
Bəli, qəza etmək fərzdir.

Sual 12: Heyzli qadın oxunan müqabələni (Ramazan ayında camaat qarşısında Qurani-kərim oxumaq) dinləyə bilərmi?
CAVAB
Evlərdə oxunanı dinləyə bilər. Məsciddə dinləyə bilməz, çünki məscidə girmək olmaz.

Sual 13: Zöhr namazının çıxmasına yarım saat var ikən heyzi başlayan qadın, zöhr namazını qılmayıbsa, o namazı qəza etməsi gərəkdirmi?
CAVAB
Bir namazın vaxtı çıxmadan əvvəl heyz görən bu namazı qəza etməz. Çünki namazın fərz olması vaxtının sonunda təmiz olmağa bağlıdır. 


Sual 14:
 “Quşluq namazına davam edən şəhid kimi ölər” buyurulduğu üçün quşluq qılıram. Dünən quşluq qılarkən heyz oldum. Təmizləndikdə bu namazı qəza etmək lazımdırmı?

CAVAB
Quşluq da vaxtın sünnətləri kimi nafilədir. Quşluq və ya sünnət qılarkən heyz olan qadının bu namazları qəza etməsi vacibdir. Amma vaxtın fərzini qılarkən, heyz olsa qəza etməsi lazım olmaz.

Sual 15: Nafilə oruc tutarkən heyz başlasa bu orucu qəza etmək lazımdırmı?

CAVAB
Bəli, qəza etmək vacibdir.

Sual 16: Kəffarət lazım olan bir səbəblə orucum pozulsa, daha sonra heyz olsam, nə etmək lazımdır?
CAVAB
Qəza etmək lazımdır, kəffarət lazım gəlməz. (Taxtavi)
Sual 17: 
Ramazan orucunu tutarkən gündüz heyz başlasa, yeyib-içmək lazımdırmı?
CAVAB
Bəli yeyib-içmək lazımdır. Heyzli ikən oruclu kimi durulmaz. Heyzli ikən oruc tutmaq haram olduğu üçün səhərdən axşama qədər oruc kimi durmaq da haramdır.
Sual 18:
 Adətim 25 təmiz və 5 qan ikən, bu ay 27 təmiz, 12 qan gördüm. Adətim dəyişdimi? 

CAVAB
Qanın 3-ü əvvəlki adətə təsadüf etdiyi üçün adət 3 günə enir. 9 gün istihazə olur. 

Sual 19: Adətim 25 təmiz, 5 qan ikən, 25 təmiz, 3 qan,1 təmiz, 7 qan gördüm. Heyzim dəyişdimi?
CAVAB
Adət zamanına təsadüf edən qan 11 gün və daha çox davam edərsə, adətinə təsadüf edənləri heyz, qalanı istihazə olur. 3 qan, 1 təmiz və 1 qan, yəni ilk 5-i adət, qalanın 6-sı istihazədir.

Sual 20: Bir qadının adəti 26 təmiz 5 heyz ikən, 5 qan, 3 təmiz, 4 qan görsə, qanlı günlərdə namaz qılmayacaqmı?
CAVAB
Adət zamanına təsadüf edən qan 11 və daha çox gün davam edərsə, sadəcə adət zamanına təsadüf edənlər heyz, qalanları istihazədir. 5 qanlı gün adət, 4 qanlı gün istihazədir.

Sual 21: Adətim 31 təmiz 8 heyz ikən, 28-ci gündən etibarən 13 qan görsəm, adətim dəyişirmi?
CAVAB
Bu 13 qanlı günün ilk 3 günü istihazə, günü heyz, son 2 günü istihazə olur.

Sual 22: Adəti 25 təmiz 5 heyz olan, 18 gün təmizlikdən sonra, 9 gün qan, 1 gün təmiz, gün qan görən qadının heyzi hansı günlərdir?
CAVAB
Adət günlərinə təsadüf etməyən ilk 7 günkü qan istihazədir. Geri qalan 2 qan, 1 təmiz və 2 qanlı gün, yəni gün, adət zamanına təsadüf etdiyi üçün heyzli günlərdir.

Sual 23: Adəti 5 gün, təmizliyi 25 gün olan, 20 gün təmizlikdən sonra, gün qan, 2 gün təmiz, 6 gün qan görən qadının hansı günləri heyzdir? 
CAVAB
Adət zamanına təsadüf etməyən ilk 3 qan və 2 təmiz gün, yəni gün istihazədir. Geri qalan 6 qanlı günün ilk 5-i heyz olub, adəti dəyişməmişdir, yenə 5 gündür.

Sual 24: Adəti gün, təmizliyi 23 gün olan, 35 təmizlikdən sonra 2 qan, 3 təmiz, 6 qan olan bir qadının heyzi hansı günlər olur?
CAVAB
Əvvəlki kimi yeni adəti də ilk 7 gündür. 6 günün son 4 günü istihazə olur. İlk 10 gün içindəki qanlı günlər arasındakı təmiz günlər, qan hökmündə olduğu üçün əvvəldən etibarən 2 qan və 3 təmiz gün heyz günüdür, 6 günün ilk 2 günü heyz, 4 günü də istihazədir.

Sual 25: Adəti 8 gün, təmizliyi 23 gün olan, 29 gün təmizlikdən sonra gün qan, 2 gün təmiz, 6 gün qan görən qadın, daha sonra səhih təmizlik görsə heyzi hansı günlərdir?
CAVAB
İşin içində istihazə vardır. Əvvəlki adəti 8 gün olduğu üçün yeni adəti də ilk 8 gündür. Əvvəldən 24-cü gündən 31-ci günə qədər qan gəlirdi. İndi bu qanlı günə sadəcə 30 və 31-ci günlər, yəni 2 gün təsadüf etmişdir. Əgər 3 gün təsadüf etsəydi, adəti dəyişib 3 gün olardı. 2 günü qanlı günə təsadüf etdiyi üçün əvvəlki adəti qədər, yəni 8 gün başdan sayılır. Başdan gün qan idi. İlk 10 gün içindəki qanlı günlər arasındakı təmiz günlər də qan sayıldığı üçün 2 gün də qan qəbul edilir. 4 ilə 2-nin cəmi 6 edər. gün olması üçün 6 günün ilk 2 günü də əlavə olunub 8 günü heyz, qalan 4-ü istihazədir.

Sual 26: Heyzim 7 gün ikən bu ay 8 gün oldu. Yenə 21 gün təmiz oldum. Adətim dəyişdimi?
CAVAB
Bəli, yeni adətiniz 8 gün olmuşdur.

Sual 27: Adətim 6 gün ikən, bu ay yenə gün qandan sonra 1 gün təmiz və 8-ci gün yenə qan gəldi. Ondan sonra 25 gün təmiz qaldım. 8-ci gün gələn qan istihazədirmi?
CAVAB
8-ci
 gün qan gəldikdə, 7-ci gün də qan gəlmiş sayılır və adətiniz 8 günə qalxır.

Sual 28: Adətim 5 gün ikən, bu ay 8-ci və 9-cu günləri də qan gəldi. Əvvəlki kimi, təmizliyim də 23 gün davam etdi. Qan gəlməyən 6-cı və 7-ci günlər, namaz qılmaq lazımdırmı?
CAVAB
Adətiniz dəyişib, 9 günə qalxmışdır. Axmayan 2 gün də axmış sayılır. Ancaq adətinizin dəyişəcəyini bilə bilməyəcəyiniz üçün qüsul alıb, o iki gündə namaz qılmanız lazım idi. İndi o iki günün adət olduğu aydın olduğu  üçün qəza etməniz lazım olmaz.

Sual 29: Adətən heyzim 7 gündə bitməktədir. Bu ay 7 gündən sonra da qan gəldi və 10 gün davam etdi. günlük müddətin sonunda qüsul alaraq namaz qıla bilərəmmi?
CAVAB
Qan 11 gün gəlsəydi, 7 gündən sonra təmiz qəbul edilərdi. Tam 10 gün davam etmişsə, 10 günün hamısı heyz olur. 10 gündən sonra qüsul alıb, namaz qıla bilərsiniz. 10 gündən əvvəl təmiz sayılmaz. Adətiniz 10 günə qalxmış olur.

Sual 30: Adətim 5 gün ikən, qan,1 təmiz, 8 qan görsəm, heyzim dəyişirmi? Təmizlik eynidir.
CAVAB
Adət müddətinə təsadüf edənləri heyz, qalanı istihazə olur. Buna görə, 3 qan, 1 təmiz və 1 qan, yəni ilk 5 gün adət, geri qalan 7 gün istihazədir.

Sual 31: Bir qadının adəti 5 gün olursa, 5 gün qan, 3 gün təmiz, 4 gün qan görsə, təmizliyi yenə 26 gün olsa, qanlı günlərdə namaz qılmayacaqmı?
CAVAB
Adət müddətinə təsadüf edən qan 11 gün və daha çox davam edərsə, sadəcə adət müddətinə təsadüf edənlər heyz, geri qalanları istihazədir. 5 qanlı gün adət, 4 qanlı gün istihazədir. 

Sual 32: 8 qan və 31 təmiz ikən, 28-ci gündən etibarən 11 gün qan görsəm, adətim dəyişirmi?
CAVAB
Bu 11 qanlı günün ilk günü istihazə (28-29-30-31 təmiz günlər) olub, üst-üstə düşən gün heyz (32-33-34-35-36-37-38 əvvəldən heyz olan günlər) olur. Yeni heyzi 7 olub, təmizlik günü dəyişməz. 

Sual 33: Adəti 5 gün, təmizliyi 25 gün ikən, 20 gün təmizlikdən sonra, 3 gün qan, 2 gün təmiz, 5 gün qan görən qadının hansı günləri heyzdir? 
CAVAB
Adəti dəyişərək 10 günə qalxır. 

Sual 34: Quran əlifbasını heyzlinın əlinə alması caizdirmi?
CAVAB
Caizdir. Barmaqla ayələrə toxunmaq olmaz. Fiqh kitabını da ələ alması caizdir.

Sual 35: Heyzli təmizləndikdə ölənə qədər hər hansı bir ayda təvaf edə bilərmi?
CAVAB
Bəli. Ancaq gecikdirməməlidir.


Sual 36:
 Qadın heyzli ikən də Səfa ilə Mərvə arasında say edə bilərmi?

CAVAB
Bəli,edə bilər.
Sual 37:
 Binamızın birinci mərtəbəsi məscid kimi istifadə olunur. Nişan, toy da qeyd edilir. Heyzlinın girməsi caizdirmi?

CAVAB
Bəli, caizdir.

Sual 38: Bir qadın nafilə namaza və ya nafilə oruca başladıqdan bir müddət sonra heyz görsə, heyzi bitdikdə, əlində olmayan səmavi bir səbəbdən ötrü namaz və orucu pozulduğu üçün, bunları təmizləndikdə qəza etməsi lazımdırmı?
CAVAB

Bəli lazımdır; yəni bu nafilə namazla, nafilə orucu qəza etmək vacibdir. Əgər, fərz oruca niyyət etdikdən sonra, heyz görərsə, bu orucu qəza edər. Amma fərz namaza niyyət etdikdən sonra heyz başlasa, namazı qəza etməz. Çünki namaz əfv edilmişdir. (Rədd-ül-muxtar)
Sual 39: Hamilə zamanı gələn qan heyzdirmi?
CAVAB
Hənəfi məzhəbində istihazə, yəni üzrlüdür. Namazını qılar, orucunu tutar. Malikidə isə, hamilədən və doğuşdan öncə gələn qan heyzdir. Malikini təqlid edən qadın bu qanlı günlərdə orucunu tutar, ancaq namaz qılmaz. Namazını daha sonra qəza edər. 

Sual 40: Heyzim kəsildikdə, bunun heyzmi, yoxsa sarı axıntımı olduğunu bilə bilmirəm. Heyz zənn edərək namaz qılmasam və ya heyz olduğu halda axıntı zənn edərək, namaz qılsam, günah olurmu?
CAVAB
Qəsdən olmadığı üçün günah olmaz. 

Sual 41: Adətim 23 təmiz 5 qan idi, indi yenə 23 təmiz gündən sonra, 5 qan və 1 təmiz, sonra, 7-ci və 13-cü günləri qan gəldi. Nə etməliyəm?
CAVAB
Qan 10 günü keçdiyi üçün istihazə var deməkdir. İstihazə olduqda kəsişən günlərə baxmaq lazımdır. Kəsişən gün yoxdursa, köhnə adəti keçərli olur. Kəsişən gün də, köhnə adəti də 5 gün olduğu üçün yenə adəti 5 gün olur. 7-ci və 13-cü gün gələn qan istihazədir. Əgər 7-ci gün heyz zənn edilib namaz qılınmamışsa, qəza edilir.
Uşaqlığı çıxarılan qadın
Sual: Uşaqlığı tamamilə çıxarılan qadından heyz qanı gəlirmi?
CAVAB
Xeyr, gəlməz. Həkimlər, uşaqlıq bütövlükdə çıxarılsa, qan gəlməyəcəyini bildirirlər. Əgər qan gəlirsə başqa bir xəstəlikdən olur.

Qadının ayisə yaşı
Sual: 
Qadın neçə yaşından sonra adətdən kəsilmiş sayılır?

CAVAB
Hənəfidə 55 yaşından sonra qan gəlsə də artıq adət sayılmaz. Fətva da belədir. Bəzi alimlərə görə qadın qara və tünd qırmızı qan görərsə heyz olar. Əgər axıntı sarımtıl, yaşımtıl və torpaq rəngindədirsə üzrlü sayılır.

Ayisə yaşı
Sual: Âyisə yaşını hesablayarkən, miladi yaşımı, yoxsa hicri yaşı əsas götürmək lazımdır?
CAVAB
Hicri yaş əsas götürülür. Ayisə, heyzdən kəsilmiş, yaşlı qadın deməkdir. Ayisə yaşı Hənbəlidə 50, Hənəfidə 55, Şafidə 60, Malikidə 70-dir. Bu yaşlardan sonra gələn qan, heyz olmaz, istihazə olur. Təxminən miladi 53 yaş 3 aylıq olan adam hicri 55 yaşına girmiş olur. Miladi il 1,0307-yə vurulduqda, hicri il tapılır. Məsələn, miladi 68 yaşında olan biri, 1,0307-yə vurulsa, hasili 70 olur.


Dırnaq kəsmək
Sual:
 Heyzli ikən kəsilən dırnağı və tökülən saçları qüsul alarkən yumaq lazımdırmı?

CAVAB
Xeyr, lazım deyildir. Heyzli ikən dırnaq kəsmək caiz, cünub ikən dırnaq kəsmək məkruhdur.

Üç gün heyz olmaq
Sual:
 “3 gün qan gələrsə heyz olur” deyirlər. 3 gün necə hesablanır? Məsələn, bir qadından ayın birində saat doqquzda qan gəldi, ayın ikisində də davam etdi. Üçüncü gün saat doqquza qədər davam etdi. Bu qadının heyzi 3 günmü olur?

CAVAB
Xeyr, 2 gün qan gəlmiş olur, heyz olmaz. Hətta bu qan dördüncü gün saat səkkizə qədər davam etsə, sonra kəsilsə yenə heyz olmaz. Heyz olması üçün tam 3 gün, yəni 72 saat davam etməsi lazımdır. Bu 3 günü doğru təsbit etmək üçün, gün olaraq deyil, saat olaraq hesablanmalıdır. Məsələn, birinci gün saat doqquzda başlasa, dördüncü gün saat səkkizdə bitsə, cəmi 71 saat edir. 72 saatı doldurmadığı üçün heyz olmaz. Bunun üçün heyz cədvəli tutmaq lazımdır. Qanın fasiləsiz 3 gün durmadan axması lazım deyildir. Hər gün bir az axıbsa, o gün durmadan axdı qəbul edilir.

Bir qüsul kifayət edər
Sual: 
Cünub ikən heyz görən qadının heyzdən təmizlənənə qədər qüsulu gecikdirməsi caizdirmi? Və ya heyzli ikən yuxuda cinsi həzz duysa və ya hər hansı bir şəkildə cünub olsa, hər ikisi üçün bir qüsul kifayətdirmi?
CAVAB
Heyzli qadın yuxuda cinsi həzz duysa  və ya hər hansı bir şəkildə cünub olsa, ikisi üçün bir qüsul kifayətdir. Həmçinin, bayramın ilk günü cüməyə təsadüf etsə, bir qüsul, həm bayram, həm cümə üçün yetərli olur. (Hələbi-yi sagir)
Heyzli cünubdan fərqlidir
Sual:
 Bidət əhli bir hoca, “Heyzli qadın cünub kimi, qasıq traşı edə bilməz, ağzını yumadan yeyib-içə bilməz, sinəsini yumadan uşağını əmzirə bilməz” deyir. Heyzli qadınla cünub fərqli deyildirmi?

CAVAB
Bəli, fərqlidir. Cünubun əlini və ağzını yumadan yeyib-içməsi tənzihən məkruhdur, çünki ağzına aldığı su müstaməl olur. Müstaməl suyu içmək isə məkruhdur. Heyzli qadın belə deyildir. Çünki onun qüsul alması əmr edilmədi. Cünub ikən qasıq traşı məkruh olduğu halda, heyzliyə məkruh deyildir. Heyzli sinəsini yumadan uşağını əmzirə bilər. Cünub qadının isə yumadan əmzirməsi məkruh olur. (Hindiyyə, Rədd-ül Muxtar, S. Əbədiyyə)
Heyzli ilə cünubun yanında Quran oxunsa, cünuba təmizləndikdə tilavət səcdəsi vacib olur, heyzliyə isə vacib olmaz. Çünki tilavət səcdəsi namaz qılması fərz olana vacibdir. Heyzli qadına heyzi bitincəyə qədər namaz qılmaq fərz deyildir. (Dürər və gurər, S. Əbədiyyə)
Yemək yeyərkən niyyət
Sual: Yeməyə başlayarkən ibadət etməyə güc yığmaq üçün niyyət edirik. Heyzli ikən ibadət edilmədiyinə görə bu cür niyyət etmirəm. Niyyət etsəm bir zərəri olarmı?
CAVAB
Zərəri olmaz, əksinə elə niyyət etmək lazımdır. İbadət deyərkən, sadəcə namaz nəzərdə tutulmur. Fərz ibadətlərin yanında saysız nafilə ibadət vardır. Məsələn, zikr çəkmək də ibadətdir.

Heyzli qadın hər namaz vaxtında dəstəmaz alıb, səccadəsi üzərində, o namazı qılacaq qədər zaman oturub təsbeh oxuyarsa, salavat gətirərsə, dua edərsə və ya hər hansı bir zikri edərsə, ən yaxşı qılmış olduğu bir namazın savabını qazanar. (Ey Oğul Elmihalı)
Ona görə də heyzli olan da ibadətə güc yığmaq üçün niyyət etməlidir. Zəkat və ya sədəqə vermək, kasıbları doyurmaq və ya geyindirmək də ibadətdir. Bu ibadətləri edə bilmək üçün də gücə, qüvvətə, mala ehtiyacımız vardır. O qüvvəti və malı olmayan bu ibadətləri etməkdən və savablarından məhrum qalır. Bunlar üçün də niyyət və dua etməliyik.