Dəstəmaz alarkən edilməsi qadağan olanlar on ikidir. Bunları etmək haram və ya məkruhdur. Bunlar aşağıdakılardır:
- Tualetdə, çöldə dəstəmaz pozarkən qiblə öndə, arxada qalmamalıdır.
- Təharətlənmək üçün biri yanında övrət yerini açmaq haramdır.
- Sağ əl ilə təharətlənməməlidir.
- Su olmadığı zaman qida maddəsi, gübrə, sümük, heyvan yemi, kömür və başqasının malı ilə, saxsı, kirəmit parçası, qamış, yarpaq, parça, kağız ilə təharətlənmək məkruhdur.
- Dəstəmaz alınan hovuza tüpürməməli və fınxırmamalıdır.
- Dəstəmaz əzasını həddindən artıq və ya əskik olaraq yumamalı və üçdən az və ya çox yumamalıdır.
- Dəstəmaz əzasını təharətdə quruladığı parça ilə qurulamamalıdır.
- Üzü yuyarkən suyu üzə çırpmamalı, alnı üstündən aşağı doğru tökməlidir.
- Suyu üfürməməlidir.
- Ağızı və gözləri möhkəm yummamalıdır. Dodağın görünən qismində və göz qapağında islanmayan az bir yer qalarsa, dəstəmaz qəbul olmaz.
- Sağ əl ilə fınxırmamalıdır.
- Başı, qulaqları və ya boynun arxasından birini, hər dəfə əli ayrı-ayrı isladaraq, birdən artıq məsh etməməlidir. Lakin hər dəfə islatmadan təkrarlana bilər.