Gözəl İslam / Dəstəmaz alarkən edilməsi qadağan olan şeylər

Dəstəmaz alarkən edilməsi qadağan olan şeylər

Dəstəmaz alarkən edilməsi qadağan olanlar on ikidir. Bunları etmək haram və ya məkruhdur. Bunlar aşağıdakılardır:

  1. Tualetdə, çöldə dəstəmaz pozarkən qiblə öndə, arxada qalmamalıdır.
  2.  Təharətlənmək üçün biri yanında övrət yerini açmaq haramdır.
  3. Sağ əl ilə təharətlənməməlidir.
  4.  Su olmadığı zaman qida maddəsi, gübrə, sümük, heyvan yemi, kömür və başqasının malı ilə, saxsı, kirəmit parçası, qamış, yarpaq, parça, kağız ilə təharətlənmək məkruhdur.
  5. Dəstəmaz alınan hovuza tüpürməməli və fınxırmamalıdır.
  6. Dəstəmaz əzasını həddindən artıq və ya əskik olaraq yumamalı və üçdən az və ya çox yumamalıdır.
  7.  Dəstəmaz əzasını təharətdə quruladığı parça ilə qurulamamalıdır.
  8.  Üzü yuyarkən suyu üzə çırpmamalı, alnı üstündən aşağı doğru tökməlidir.
  9.  Suyu üfürməməlidir.
  10. Ağızı və gözləri möhkəm yummamalıdır. Dodağın görünən qismində və göz qapağında islanmayan az bir yer qalarsa, dəstəmaz qəbul olmaz.
  11. Sağ əl ilə fınxırmamalıdır.
  12. Başı, qulaqları və ya boynun arxasından birini, hər dəfə əli ayrı-ayrı  isladaraq, birdən artıq məsh etməməlidir. Lakin hər dəfə islatmadan təkrarlana bilər. 

 

18-03-2018, 13:36
Geri