Facebook Twitter WhatsApp

Təyəmmümdə bunlara diqqət etməlidir

  1. Dəstəmazsız bir kimsə tələbəsinə göstərmək üçün təyəmmüm edərsə, bu təyəmmümlə namaz qıla bilməz.
  2. Təyəmmüm ilə namaz qıla bilmək üçün yalnız təyəmmümə niyyət etmək kifayət deyil. Namaz üçün də niyyət etmək lazımdır.
  3. Bir torpaqdan bir neçə kimsə təyəmmüm edə bilər. Çünki təyəmmüm edilən torpaq və buna bənzəyənlər müstaməl (istifadə edilmiş) olmaz. Təyəmmümdən sonra əldən, üzdən tökülən toz müstaməldir.
  4. Şafii və hanbəlidə təyəmmüm yalnız torpaq ilə edilir. Digər məzhəbdə torpaq cinsindən olan hər təmiz şey ilə üzərində bunların tozu olmasa belə, təyəmmüm edilir. Yanıb kül olan və ya istidə əriyə bilən şeylər torpaq cinsindən deyildir. Ona görə də agac, ot, taxta, dəmir, düyü, yağlı boya ilə boyanmış divar, mis, qızıl, şüşə ilə təyəmmüm edilə bilməz. Qum ilə olar. İnci, mərcan ilə olmaz. Əhəng və gips ilə yuyulmuş mərmər, sement, zərsiz plitka, zərsiz farfor, palçıq ilə olar. Palçıqdakı su yarıdan azdırsa, bununla təyəmmüm edilir.
  5. Bir təyəmmüm ilə müxtəlif namaz qılmaq caizdir.
  6. Səfəri, iki kilometrdən az məsafədə su olacağını əlamətlərlə və ya ağıllı, həddi-büluğa çatmış və adil bir müsəlmanın xəbər verməsi  ilə çox zənn etdiyi zaman, hər tərəfə doğru 200 metr gedərək və ya birini göndərərək axtarması fərz olar. Çox zənn etməzsə, suyu axtarması lazım olmaz.
  7. Bir kimsə suyu soruşmadan təyəmmüm edib namaza dursa, sonra yanında olan adil bir şəxsdən su olduğunu xəbər alsa, dəstəmaz alıb namazını iadə edər (yenidən qılar).
  8. Səfərdə iki kilometrdən uzaqda su varkən, təyəmmüm ilə namaz qılmaq caizdir.
  9. Əşyası arasında su olduğunu unudan kimsə şəhərdə, kənddə deyilsə, təyəmmüm ilə namaz qıla bilər.
  10. Suyun bitdiyini zənn edən kimsə namazdan sonra suyunu görsə, təyəmmüm ilə qıldığı namazı iadə edər.
  11. Səfərinin yanında olanlardan su istəməsi vacibdir. Su verməzlərsə, namazı təyəmmüm ilə qılar. Yoldaşı suyu bazardakı qiymətinə satarsa, artıq pulu olan səfərinin satın alması lazımdır. Sahibi suyunu çox baha qiymətə satarsa təyəmmüm ilə qılması caizdir. Bazar qiymətinə alacaq artıq pulu yoxsa yenə təyəmmüm edər.
  12. Çöldə, yollarda içmək üçün qoyulan su varkən, təyəmmüm edilə bilər.
  13. Su az isə, cünüb olan kimsənin hayzlı qadından, dəstəmazsızdan və meyiddən öncə yuyulması lazımdır. Suyun sahibi başqalarından öncə yuyunar. Sahibləri ayrı-ayrı olan sular, bir yerə toplanınca, öncə meyid yuyulur.
  14. Cünüb bir kimsə təyəmmüm etdikdən sonra dəstəmazı pozulsa, cünüb olmaz. Az su varsa, yalnız dəstəmaz alar.
  15. Cünüb kimsənin bədəninin yarıdan çoxu yara və ya çiçək, qırmızı kimi isə, təyəmmüm edər. Dərisinin çoxu sağlam isə və yaralı qismləri  islatmadan yuması mümkün isə, qüsl edər. Yaralı qismləri islatmadan yuyuna bilməzsə, yenə təyəmmüm edər.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину