Facebook Twitter WhatsApp

Qurbana mane olmayan qüsurlar

Sual: Qurbana mane olmayan qüsurlar nələrdir?

CAVAB

Bəziləri bunlardır:

  • Buynuzu qırıq və ya buynuzsuz olan heyvandan qurban olar.
  • Qulağının çoxu kəsilib lakin ayrılmasa, asılı qalsa məkruh olmaqla birlikdə, caizdir. Yarıdan azı kəsik olsa qurban olar. Qulağı eninə və ya boyuna yarıq olsa, qurban olar. Qulağın cırıq olması tənzihən məkruhdur. Burun da qulaq kimidir. Yaralı, burulmuş olanı qurban edilir.
  • Qulağı, quyruğu kiçik olaraq doğulan heyvandan qurban olar. Quyruğu kəsik deyilsə, merinosdan qurban olar.
  • Dişiyə çıxa bilməyən, zəkəri (erkəklik orqanı) kəsik olan heyvandan qurban olar. Hüsna (cüt cinsiyyətli) olanı qurban etməmək lazımdır.
  • Yayılmasına mane olmayacaq qədər dəli olub, sürüsündən ayrılmayan heyvandan qurban olar. Sürüsündən ayrılan və otlamayacaq qədər dəli olan heyvandan qurban olmaz.
  • Bir gözündə görməyə mane olmayan pərdə olan heyvanı qurban etmək caizdir.
  • Qurbanlıq, kəsim yerinə gətirilərkən ayağı qırılan, sonra kəsilərsə caiz olar.
  • Dişlərinin çoxu varsa məkruh olar, fəqət caizdir.

Sual: Boğaz olub olmadığı bilinməyən heyvanı qurban etmək caizdir?

CAVAB

            Bəli, caizdir. Əgər doğuşuna az qalıbsa bəzi alimlər, “Belə heyvanı qurban etmək məkruh olar” demişlərdir. 

Buynuzun özü çıxarılarsa

Sual: Buzov kiçik ikən buynuzunun özü çıxarılır. Buynuz böyümür. Sadəcə yeri bəlli olur. Böyüyüncə belə bir heyvanın qurban edilməsi caiz olar?

CAVAB

            Bəli, caiz olar.

Buruq heyvan

Sual: Axtalanmış öküzü, buğanı və ya qoçu qurban etmək caizdir?

CAVAB

            Bəli, caizdir. Hətta axtalanmış olanı, axtalanmamışdan daha savabdır, çünki qısırlaşdırılan erkək heyvanlar, daha yağlı və ətləri də daha ləzzətli olur. Hidayə kitabında bildirildiyinə görə Peyğəmbər əfəndimiz axtalanmış iki qoçu qurban etmişdir. (Dürr-ül-muxtar, Rədd-ül-muxtar, Hindiyyə, Məcmuə-i Zühdiyyə)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину