Sual: Heyvan kəsilərkən məkruh olanlar nələrdir?
CAVAB
Bəziləri bunlardır:
- Qurbanı kəsiləcək olan yerə sürüyərək gətirmək, səbəbsiz incitmək məkruhdur.
- Bıçaqları heyvanı yatırdıqdan sonra itiləşdirmək və birini o birinin gözü önündə kəsmək məkruhdur.
- Soyumaya başlamadan, yəni çırpınması dayanmadan peysərini də kəsmək məkruhdur.
- Heyvan tamamilə ölüb çırpınması dayanmadan onurğa iliyini kəsərək başını qopartmaq və dərisini soymağa başlamaq məkruhdur.
- Qamış, daş kimi kəskin şeylərlə kəsmək, küt bıçaqla kəsməyə çalışmaq məkruhdur.
- Doğması yaxın olan heyvanı kəsmək məkruhdur.
- Oğurlanmış bıçaqla kəsmək məkruhdur.