Facebook Twitter WhatsApp

Bayram günləri

Bayram günlərinin də fəziləti böyükdür. Qurban bayramının 1-ci, 2-ci və 3-cü günlərindən sonrakı gecələrə Qurban bayramı gecələri deyilir. Ramazanı-şərifin son günü ilə bayramın ilk günü arasındakı gecəyə də Ramazan bayramı gecəsi deyilir.  
Hədisi-şəriflərdə buyuruldu ki:

“Ramazan və Qurban bayramının gecələrini əhya edənlərin  qəlbi, qəlblərin öldüyü gün ölməz.”[ İbni Macə, Tabərani]
“Rəhmət qapıları dörd gecə açılır. O gecələrdə edilən dua, tövbə rədd olmaz. Ramazan və Qurban bayramının birinci gecələri, Bərat gecəsi və Ərəfə gecəsi.” (İsfəhani)
Bu beş gecədə edilən dua geri çevrilməz: Rəqaib gecəsi, Bərat gecəsi, Cümə gecəsi, Ramazan və Qurban bayramı gecəsi.” (İbni Əsakir)
Bayramda tezdən oyanmaq, qüsl almaq, misvaq istifadə etmək, gözəl ətir vurmaq, təzə və təmiz paltar geyinmək, sevindiyini hiss etdirmək, üzük taxmaq, rastlaşdığı möminlərə gülər üzlə salam vermək, yoxsullara çox sədəqə vermək, İslamiyyətə doğru şəkildə xidmət edənlərə yardım etmək, küsülüləri barışdırmaq, qohumları, din qardaşları ziyarət etmək, onlara hədiyyə vermək sünnətdir. Bayram gecələrini əhya edən böyük səadətə qovuşar. Qurban bayramı gecələri, bayramın 1-ci, 2-ci və 3-cü günündən sonrakı gecələrdir. İki hədisi şərif:

“Bayram gecələrini əhya edənin qəlbi, qəlblərin öldüyü gündə ölməz.” (Tabərani)
Ramazan bayramında bayram namazından əvvəl şirniyyat, xurma yemək, xurmanı 1, 3, 5 kimi tək sayda yemək, təkə riayət etmək sünnətdir. Hədisi-şərifdə buyuruldu ki:

“Allahu təala təkdir, təkə riayət edəni sevər.” (Buhari)
Bayram günləri sevinmək, sevincli olmaq lazımdır. Həzrəti Əbu Bəkir qızı Aişə anamızın evinə getdiyi zaman iki cariyənin dəf çalıb oynadığını gördü. Ənsarı-kiramın qəhrəmanlıqlarını tərifləyir, dastan söyləyirdilər. Həzrəti Əbu Bəkir Rəsulullahın evində belə işlərin edilməsinin düzgün olmadığını bildirərək, onların susmalarını söylədi. Toylarda və bayramlarda qadınların dəf çalmaları caiz olduğu üçün Peyğəmbər əfəndimiz həzrəti Əbu Bəkirə, “Onlara mane olma! Hər qövmün bir bayramı vardır, bu da bizim bayramımızdır. Bayram, sevinc günləridir” buyurdu. (Buxari)
Küsülü olanlar bayramı gözləməyib dərhal barışmalıdırlar. Allahu təalanı və Peyğəmbər əfəndimizi sevən şəxs insanların eybinə baxmaz, xoşniyyətli olar. Yaxşı insan [mömin] hamıya yaxşı davranar.
Başqalarına əziyyət vermədiyi kimi onlardan gələn əziyyətlərə də dözər. Bir səhvinə görə heç kimdən incimək doğru deyil.

İnciklik olsa belə 3 gündən artıq çəkməməlidir. Əgər bayrama qədər davam edən bir inciklik varsa, daha çox gecikdirmədən barışmaq lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Bir-birinizlə münasibəti kəsməyin! Bir-birinizə arxa çevirməyin!

Bir-birinizə kin və düşmanlıq bəsləməyin! Bir-birinizi qısqanmayın! Ey Allahın bəndələri, qardaş olun! Bir müsəlmanın başqa qardaşından inciyərək üç gündən çox uzaqlaşması halal deyil.”(Buxari)
“Üç gündən artıq müsəlmandan küsülü qalan Cəhənnəmə gedər.”(Nəsai)
Bir-birindən inciyən iki nəfərdən hansı birinci salam verərsə, günahları bağışlanar. Verilən salamı digər şəxs almazsa, mələklər alar. Salamı almayana şeytan sevinclə iltifat edər.” (İbni Əbi Şeybə)

“Möminin qardaşına üç gündən artıq küsülü qalması caiz deyil. Üç gündən sonra ona salam verib, halını soruşmalıdır. Onun salamını alarsa, birlikdə savab qazanarlar. Salamını almasa, günaha girər. Salam verən də küsülü qalmaq məsuliyyətindən azad olar.” (Əbu Davud)
“Din qardaşı ilə bir il küsülü qalan onu öldürmüş kimi günaha girər.”(Beyhəqı)
“Əməllər bazar ertəsi və cümə axşamı günləri Allahu təalaya ərz olunur. Allahu təala da Ona şərik qoşmayan hər kəsi əfv edər. Ancaq bir-birinə kin tutan iki insan bu mərhəmətdən faydalana bilməz. Allahu təala , “O iki insan barışana qədər əməllərini mənə gətirməyin” buyurur.” (İ. Malik)
“İki insan bir-birinə küsülü olaraq ölərsə, Cəhənnəmi görmədən Cənnətə gedə bilməz. Cənnətə getsələr belə bir-biri ilə qarşılaşmazlar.” (İbni Hibbani)
Ramazan ayı bitdiyi üçün deyil, günahlarımızın əfv olunduğu üçün, böyük savab və nemətə qovuşduğumuz üçün bayram edirik. Hədisi-şərifdə buyuruldu ki:

“Bayramın səhəri müsəlmanlar namaz qılmaq üçün məscidlərə toplandığı vaxt Allahu təala mələklərə, “İşini görüb tamamlayan insanın qarşılığı nədir deyə, soruşar.  Mələklər də, “Haqqını almaqdır” deyirlər. Allahu təala da “Siz şahid olun ki, Ramazandakı orucların və namazların qarşılığı olaraq, qullarıma öz rizamı və məğfirətimi verdim. Ey bəndələrim, bu gün məndən istəyin, izzət və cəlalımın haqqı üçün istədiklərinizi verərəm” buyurur.” [Beyhəqı]
Peyğəmbər əfəndimiz “Ramazan ayının son günü Allahu təala oruc tutanları əfv edər” buyuranda, Əshabı kiram “Ya Rəsulallah, o gün Qədir gecəsidirmi? deyə sual verdi. Onlara “Bilmirsinizmi ki, iş görənə, işi bitirən kimi haqqı verilir” buyurdu. [Beyhəqı]

Həzrəti Əli “Bu gün orucu qəbul olunanların və günahları əfv edilənlərin bayramıdır” buyurdu. Hədisi-şərifdə də “Ramazan ayında içkiyə davam edən, ata-anasına qarşı üsyan edəndən və sılayi-rəhmi tərk edəndən başqa, hamının günahları əfv olar” buyuruldu. (Günyə)
Əgər bunlar tövbə edərsə, Allahu təala günahlarını əfv edər. Ramazandakı savablar bilinsəydi “Hər gün Ramazan olsaydı” deyilərdi. Hədisi-şərifdə “Ramazan ayındakı xüsusi savablar bilinsəydi, bütün ilin Ramazan olması arzulanardı” buyuruldu. (Əbu Nəsr)
Günahlardan çəkinərək oruc tutanlar nə xoşbəxtdir... Onlar əsl bayramı axirətdə edəcəklər!

Bayram gecələri
Sual:
S. Əbədiyyədəki “Qiymətli gecəyə ondan sonra gələn günün adı verilir. Əvvəlki gün zöhr namazının vaxtından həmin gecənin imsaqına qədər olan vaxtdır. Yalnız Ərəfə gecəsi və üç qurban günlərinin gecələri belə deyildir. Bu dörd gecə bu günlərdən sonra gələn gecələrdir” ifadəsi hansı kitabdan alınmışdır?

CAVAB

Dürr-ül muxtar kitabının etiqad bəhsində belə deyilir:

Bil ki, gecələr gündüzlərə tabedir. Bunlardan yalnız Ərəfə gecəsi və Qurban bayramı gecələri müstəsnadır. İnsanların rahatlığı üçün bu gecələr keçən günlərə tabedir. Vəlvalciyyənin qurban bəhsində də bəyan edilmişdir.


Bayramda yeyib-içmək

Sual: Məktubatda “ Bayramda yeyib-içmək, illərlə nafilə oruc tutmaqdan daha savabdır” buyurulur. Nə üçün yeyib-içmək savab sayılır?

CAVAB

Burada savab sayılan yeyib-içmək deyil, oruc tutmayaraq Allahu təalanın əmrinə tabe olmaqdır. Bayram günü oruc tutmaq haram olduğu üçün oruc tutmamağın, yəni dinin əmrinə tabe olmağın nafilə orucdan daha qiymətli olduğu bildirilir.

Bayram ziyarətləri

Sual: Bayram ziyarətlərində nələrə diqqət edək, əvvəlcə kimləri ziyarət etməliyik?

CAVAB

Bizim günah işləməyimizə səbəb olacaq fasiq qohumu ziyarət etmək lazım deyil. Lakin saleh qohumları, saleh dostları da ziyarət etmək  çox savabdır. Ziyarət yalnız Allah rizası üçün olmalıdır.
Hədisi şəriflərdə byuruldu ki:

“Bir adam kənddəki dostunu ziyarət etməyə gedir. Haqq təala ona bir mələk göndərir. Mələk həmin adama deyər ki:

- Hara gedirsən belə?

-Bu kənddə bir dostum var, onu ziyarət etməyə gedirəm.

-Onun sənə bir yaxşılığı, bir köməyi dəydiyi üçün gedirsənmi?
-Xeyir, yalnız Allah rizası üçün gedirəm.

-Müjdələr olsun sənə! Məni Allahu təala göndərdi. Heç bir qarşılıq gözləmədən dostunu ziyarət etməyə getdiyin üçün Allahu təalanın sevgisi ilə şərəfləndin.” [Hakim]

“Elə bir bəndə yoxdur ki, din qardaşını Allah üçün ziyarət etsin və bir mələk də “Nə yaxşı etdin, Cənnət sənə halal olsun” deməsin. Allahu təala da buyurar ki: “Qulum məni ziyarətə  gəldi. Mənə də onu qarşılamaq düşər”. [Əbu Yala]

Hikmət əhli deyir ki:

“Ziyarəti tərk etmə, səni unudarlar. Çox tez-tez də getmə, səndən bezərlər.
Allah rizası üçün müsəlmanı ziyarət etmək çox savabdır. Alimi, yoxsulu və saleh qohumu ziyarət etmək daha çox savabdır. Hədisi-şərifdə buyuruldu ki: “Alimi ziyarət edən, məni ziyarət etmiş kimi savab qazanar.”[Tabərani]
Saleh qohumu heç olmasa həftədə və ya ayda bir dəfə ziyarət etməli, qırx günü keçirməməlidir! Uzaq ölkədə yaşayırsa məktubla, telefonla könlünü almalı, küsülüdürsə, barışmalıdır.
Ev sahibi imam olur, yaxud da onun təyin etdiyi şəxs imam olur. Başqa biri layiq olsa da, ziyarətə getdiyi yerdə təklif olunmadan imamlıq etməməlidir. Hədisi-şərifdə buyuruldu ki:

“Bir qövmü ziyarətə gedən, onlara imamlıq etməsin!” [Tirmizi]

Dəvət olunan yerə getmək
Sual:
Hər dəvət olunan yerə getmək olarmı?

CAVAB

Yemək zamanı günah işlənilirsə, getmək olmaz. Yoxsulların dəvətinə getməyib, zənginlərin dəvətinə getmək təkəbbürdəndir. Özündən aşağı olanları ziyarət etmək də təvazökarlıq əlamətidir.
Toy süfrəsinə dəvət olunanın getməsi sünnət, başqa ziyafətlərə getməsi müstəhəbdir. Bəzi alimlər isə “Toy süfrəsinə getmək vacib, digər dəvətlərə getmək sünnətdir” demişlər. Müsəlmanın müsəlman üzərindəki beş haqdan biri dəvətini qəbul etməkdir. Yəni dəvətini qəbul edib getməkdir. Hədisi-şərifdə “Dəvəti qəbul edin” buyuruldu. (Müslim)
Külfətə girənin dəvətinə getmək vacib deyil, xəsisin dəvətinə getməməlidir!

Hədisi-şərifdə buyuruldu ki:

“Səxavətli insanların yeməyi şəfa, xəsisin yeməyi xəstəlikdir.” [Deyləmi, Hakim, İbni Lal, Darə Qutni, Hətib]
Səmimi olaraq dəvət olunan yerə getməlidir! Hədisi-şəriflərdə buyuruldu ki:

“Dəvəti qəbul etməyən, Allaha və Rəsuluna qarşı üsyan etmiş olar.” [Buxari]
“Müsəlman qardaşına hörmət edən, Allahu təalaya hörmət etmiş sayılır.” [İsfəhani]
“İki nəfər birdən dəvət edərsə, qapısı yaxın olanı qəbul et! Çünki qapısı yaxın olanın haqqı daha əvvəl gəlir.” [Buxari]

Əl öpmək

Sual: Bayramda hər kəsin əli öpülməlidirmi, yəni kimlərin əli öpülər, kimlərin əli öpülməz?

CAVAB

Hər kəsin əli öpülmür. Ata-ananın, bir də adət olduğu üçün yaşlı qohumların əlini öpmək caizdir. Dostun əlini öpmək haramdır. Qadın ərinin əlini öpə bilər, amma naməhrəm, yəni yad kişinin, kişi də yad qadının zərurət olmadıqca əlini öpə bilməz.

Əl öpərkən  alına qoymaq
Sual:
Əlini öpmək caiz olan adamların əllərini öpərkən alına qoymaq caizdirmi?

 CAVAB

Qoymaq lazım deyil, qoyularsa da adət olduğu üçün zərəri yoxdur.

Sual: Bayramın ilk günü nə etməli, necə hazırlanmalı, nələri etməli, dinimizin bu mövzudakı tövsiyələri nələrdir?

CAVAB: Şəvval ayının birinci günü fitr bayramının, Zilhiccə ayının onuncu günü də Qurban bayramının birinci günləridir. Bu iki gündə günəş doğduqdan və məkruh vaxt çıxdıqdan sonra kişilərə iki rükət bayram namazı qılmaq vacibdir. Bayram namazlarının şərtləri cümə namazının şərti kimidir. Lakin burada xütbə sünnətdir və bayram namazından sonra oxunur. Fitr bayramında namazdan əvvəl şirniyyat yemək, qüsl almaq, misvaq istifadə etmək,  təzə paltar geyinmək, fitrəni namazdan əvvəl vermək, yolda astaca təkbir söyləmək müstəhəbdir. Qurban bayramı namazından əvvəl bir şey yeməmək, namazdan sonra birinci qurban əti yemək, namaza gedərkən yüksək səslə, üzrü olan astadan təşrik təkbirlərini gətirmək müstəhəbdir.

İyd- bayram deməkdir. Hər il Ramazan ayında və Ərəfə günündə günahları bağışlandığı üçün müsəlmanların sevindikləri, sevinclərinin qayıtdığı, yenidən gəldiyi üçün İyd deyildi. Neməti islam kitabında deyilir ki:
“Bayram günləri bunları etmək sünnətdir: Tezdən oyanmaq, qüsl  almaq, misvaq ilə dişləri təmizləmək, gözəl ətir vurmaq, yeni və təmiz paltar geyinmək, sevincini bildirmək, Fitrə bayramı namazından əvvəl şirniyyat, xurma yemək. Tək sayda xurma yemək. Qurban kəsən həmin gün ilk olarak qurban əti yeməli, sübh namazını məhəllə məscidində qılıb bayram namazı üçün böyük məscidə getməli. O gün üzük taxmaq, məscidə tez və yeriyərək getmək. Bayram təkbirlərini Fitr bayramında səssiz, Qurban bayramında ucadan söyləmək. Qayıdanda başqa yoldan gəlməli, çünki ibadət edilən yerlər və ibadət üçün gedib-gəlinən yollar qiyamət günü şəhadət edəcəklər. Möminləri gülərüzlə və Səlamün aleykum deyərək qarşılamaq. Yoxsullara çox sədəqə, İslamiyyəti düzgün yaymaq üçün çalışanlara kömək etmək. Sədəqəyi-fitri bayram namazından əvvəl vermək.”

Fitr bayramı

Sual: Bayramda nə etməli və necə davranmalı?

CAVAB

Bayram günü ailə və uşaqlarına, yaxın qohumlarına gözəl və gülərüzlə rəftar edilməlidir. Küsülü olanları barışdırmaq, qohumları və din qardaşlarını ziyarət etmək, onlara hədiyyə almaq sünnətdir. Kişilərin qəbirləri ziyarət etməsi də sünnətdir.

Şəvval ayının birinci günü Fitr bayramının birinci günüdür. Bu gündə günəş doğduqdan sonra və kərahət vaxtı çıxdıqdan sonra iki rükət bayram namazı qılmaq kişilərə vacibdir. Bayram namazlarının şərtləri cümə namazının şərtləri kimidir. Lakin burada xütbə sünnətdir və namazdan sonra oxunur. 

Bayram namazı iki rükətdir, camaatla qılınır, tək qılınmır. Birinci rükətdə Sübhanəkədən sonra üç dəfə təkbiri-zəvaid deyilir. Yəni əllər üç dəfə qulağa qaldırılır, birinci və ikincisində iki yana uzadılır. Üçüncüsündə göbəyin altına bağlanır. İmam əfəndi yüksək səslə Fatihə və zəmmi surə oxuduqdan sonra birbaşa rükuya eyilir. İkinci rükətdə əvvəl Fatihə və zəmmi surə oxunur, sonra iki əl yenə üç dəfə qulağa qaldırılır. Üçündə də yanlara sallanır. Dördüncü təkbirdə qulağa qaldırılmayıb rükuyə eyilir. Birinci rükətdə beş, ikinci rükətdə dörd təkbir gətirilir


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину