Facebook Twitter WhatsApp

Doğru ilə yanlışı ayırd etmək üçün ölçü

Sual: Bəzi müəlliflər ayələri öz ağıllarına uyğun olaraq  “Din budur”, “Həqiqi İslam”, “Qurandakı İslam” kimi ifadələrlə İslam alimlərinin yanlış yolda olduqlarını söyləyirlər. Onların doğru olub-olmadığı hər kəs tərəfindən necə başa düşülə bilər?
CAVAB

İmam Rəbbani həzrətləri buyurdu ki:

“Bir hökmün doğru və ya yanlış olduğu Əhli sünnət alimlərinin bildirdiklərinə uyğun olub-olmaması ilə məlum olur. Çünki Əhli sünnət alimlərinin bəyan etdiklərinə uyğun olmayan hər məna, hər nəticə dəyərsiz və yanlışdır. Hər azğın insan Qurani-kərimə və hədisi-şəriflərə tabe olduğunu iddia edir. Yarım ağlı, qısa baxışı ilə bu mənbələrdən yanlış mənalar çıxarır. Doğru yoldan azıb fəlakətə sürüklənir. Qurani-kərimdə məalən buyurulur ki:

“Qurani kərimdə bildirilən misallar bir çoxunu küfrə sürüklədiyi kimi, çoxunu da hidayətə qovuşdurur.” [Bəqərə 26]
Əhli sünnət alimlərinin bildirdikləri mənalar doğrudur, bunlara uyğun olmayanlar yanlışdır.” [Müjdəçi Məktublar 286]


Hər işin mütəxəssisi

Sual: Dində səlahiyyəti olmayan şəxsin din haqqında fikir bildirməsi düzgündürmü?

CAVAB

Tamamilə yanlışdır. Dində olan məsuliyyəti bilsəydilər, bilmədikləri mövzuda danışmazdılar.
Əlbəttə ki, hər bir işi, işin mütəxəssisi, ustası daha yaxşı bilir. Bir həkim vəkilin işinə, vəkil də həkimin işinə qarışmadığı kimi, din alimlərinin də işinə başqası qarışa bilməz. Qarışmaq həddini aşmaq, ən mülayim sözlə tərbiyəsizlik, ədəbsizlik sayılır.
Bir işin mütəxəssisi olmaq diplom sahibi olmaq demək deyil. Dində söz sahibi olmaq, səlahiyyətli bir alimdən icazət  almaq deməkdir. Günümüzün ixtisaslı ilahiyyatçılarının İmam əzəm, İmam Şafi, İmam Rəbbani kimi səlahiyyətli Əhli sünnət alimlərini tənqid etmələri böyük fəlakətdir. Hər kəs həddini bilməlidir!

 

Hər tərcüməyə etibar etmək olarmı?

Sual: Özünü səlahiyyətli zənn edib, hər ayəni, hədisi və dini kitabını tərcümə edənlərin tərcümələrinə etibar etmək olarmı?

CAVAB:  Hər elmdə bir çox söz müxtəlif mənalarda işlənir. Məsələn, zalimlər sözü təfsir elmində kafirlər mənasında, fiqh elmində isə başqalarının haqqına təcavüz edən şəxs mənasında işlənilir. Təsəvvüfdə isə fərqli mənası vardır. Belə olan halda, bir elmə aid olan kitabı oxuyub anlamaq üçün ilk növbədə bu elmdə olan sözlərin xüsusi mənalarını bilmək lazımdır. Bir neçə il Misirdə, Bağdadda olub arqo dilini ərəbcə öyrənənlərin və əlinə cib lüğəti götürüb Qurani-kərimi, hədisi-şərifləri tərcümə etməyə çalışanların, pul qazanmaq üçün etdikləri tərcümələr, təfsirlər fəsad və zərərlidir. Bir təsəvvüf aliminin hüzurunda illərlə əmək sərf edib, zəhmət çəkib, yetişmədən, Məsnəvi öyrədən, təsəvvüf kitablarını tərcümə etməyə çalışanların sözləri və yazıları da yanlış və çox zərərlidir. Hər hansı bir kitabdan tərcümə edən insanın, o kitabdakı elmi, niyyəti və məqsədi yaxşı başa düşməsi və çatdırması əsasdır.

Sual: Hər ərəb dilini bilən insan dini mövzularda yazılmış ərəbcə kitabları anlayıb tərcümə edə bilərmi?

CAVAB

Ərəbcə yazılmış bir kitabı tərcümə edib anlamaq üçün ərəb dilini bilmək lazım olsa da, bu kifayət etmir. Çünki hər elmdə bir çox söz müxtəlif mənalarda işlənir. Məsələn, zalimlər sözü təfsir elmində kafirlər mənasında, fiqh elmində isə başqalarının haqqına girən şəxs mənasında işlənir. Təsəvvüfdə isə fərqli mənası vardır. Belə olan halda, bir elmə aid olan bir kitabı oxuyub anlamaq üçün ilk növbədə sözlərin bu elmdəki xüsusi mənalarını bilmək lazımdır. Bir neçə il Misirdə, Bağdadda yaşayıb arqo dilini ərəbcə öyrənənlərin və əlinə cib lüğəti götürüb Qurani kərim və hədisi-şərifləri tərcümə etməyə çalışan yeni din alimlərinin pul qazanmaq üçün etdikləri tərcümə və təfsirləri fəsad və zərərlidir. Bir təsəvvüf aliminin hüzurunda illərlə əmək sərf edib, zəhmət çəkib, yetişmədən Məsnəvi öyrədən, təsəvvüf kitablarını tərcümə etməyə çalışan təriqətçilərin sözləri və yazıları da yanlış və çox zərərlidir, bu zərərlər də görünür.

Bidad əhlinin kitablarını oxumaq

Sual: Sadəcə maraq üçün, bidad əhlinin kitabındakı yazılanları oxumağın bir zərəri vardırmı?

CAVAB: Mövzu ilə əlaqəli olaraq Fətəvayi-Hindiyyədə deyilir ki: “Hər kəs tərəfindən iman edilməsi və yerinə yetirilməsi, çəkinməsi lazım olanları və yaşamaq üçün sənət biliklərini öyrənmək fərzdir. Bundan artıq öyrənmək fərz olmasa da, savabdır, öyrənilməsə günah olmaz. Fərz olan biliklərə kömək edən elmləri, məsələn, astronomiya öyrənmək də savabdır. Fiqhi öyrənməyib, ancaq hədis öyrənən şəxs iflas olar. Kəlam elmini, yəni iman biliklərini lazım olandan artıq öyrənmək caiz deyil, bidətlərin, fitnələrin yayılmasına səbəb olar. Sədrül-islam Əbül-Yüsr buyurur ki:

“Kəlam və təhvid kitablarından bir neçəsində fəlsəfi məlumatlar gördüm. İbni İshaq Kindi Bağdadinin və İstiqrarinin kitabları bunlardandır. Onlar islamın bildirdiyi düzgün yoldan ayrılan azğın insanlardır.

Əhli sünnət elmini öyrənməmiş bu cür doğru olmayan kitabları oxumaq caiz deyil. Əbdül-Cabbar Razi, Əbu Əli Cübbai, Qabi, Nəzzam İbrahim bin Yəsar Bəsri və tələbələrindən Əmr Cahiz Mütəzli yolunu azmışların kitabları da köhnə Yunan fəlsəfəçilərinin azğın fikirləri ilə doludur. Belə kitabları oxumaq gənclərə zərərlidir. Muhamməd bin Hisüm kimi mücəssimə firqəsindəklərin kitabları da bunlardandır. Onlar ibadət firqələrinin ən pisidir. Əbül Həsəni Əşari də əvvəllər Mütəzilə inancını yaymaq üçün çox kitab yazdı. Allahu təala ona hidayət verdikdən sonra köhnə fikirlərini rədd edən kitablarını yaydı. Səhvlərini görə bilənlərin bu kitabları oxuması zərərli deyil. Şafii alimləri iman biliklərini Əbül-Həsəni Əşarinin kitablarından götürdülər. Əbu Muhamməd Abdullah bin Səidin bu kitabları açıqlayan əsərləri tamamilə zərərsiz haldadır. Sözün qısası, köhnə fəlsəfəçilərin yazdığı din kitablarını gənclərə oxutmaq lazım deyil. Əhli sünnət elmini öyrəndikdən sonra oxumaları caizdir.”

Misirli məzhəbsiz, Həsən əl-Bənnanın inqilabi yazıları, Seyid Qütbün Fizilalil-Quran adındakı səhv təfsiri və başaq kitabları, Hindistandakı vahabilərdən Muhamməd Siddiq Xanın bəzi kitabları, Məvdudi, Həmidullah və Cəzayili ibni Badis kimi dində reforumçuların kitabları da bunlardandır. Dinini öyrənmək istəyənlər onların səhv kitablarını oxumamalıdır.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину